N-ost

N-ost (Netzwerk für Osteuropa-Berichterstattung) — Berlində yerləşən qeyri-hökumət təşkilatı.[1] Birliyin idarə heyəti yeddi nəfərdən ibarətdir. Baş ofis Berlinin Kreuzberg rayonunda yerləşir və burada icraçı direktor Hanno Gundert və bir neçə redaktor işləyir.[2]

Şərqi Avropa haqqında yazan jurnalistlərin birliyi olan n-ost, 20-dən çox Avropa ölkəsindən müxbirləri və media layihələrini birləşdirir. Birliyin əsas məqsədi Şərqi Avropada baş verən hadisələri işıqlandırmaqdır. Assosiasiya üzvləri söz azadlığını inkişaf etdirməyə və jurnalist fəaliyyətinə mane olan məhdudiyyətlərə qarşı mübarizə aparmağa çalışırlar.[3] Həmçinin çap və radio abunə xidməti olan n-ost Almaniya, Avstriyaİsveçrədə qəzet və radio stansiyaları üçün mətn və hekayələr təqdim edir. İttifaq jurnalistlərin bacarıqlarının artırılması üçün təlimlər, beynəlxalq jurnalist layihələri təşkil edir və hər il yeni bir şəhərdə — son illərdə Berlin, Praqa, Sofiya, Buxarestdə konfranslar keçirilir. 2009-cu ildə Konfrans Rostov-na-Donda keçirilmişdir.

N-ost əvvəl Avropa ölkələrindən alman dilli müxbirləri bir araya gətirirdi, 2008-ci ilin may ayından etibarən isə n-ost eurotopics.net internet portalını beş dildə (alman, fransız, ispan, ingilis, polyak) yayımlamağa başladı. Bu, Almaniya Federal Siyasi Təhsil Agentliyi (alm. Bundeszentrale für politische‎) tərəfindən sifariş edilmişdir. Həmin portalın beş redaktordan, müxbirlər və tərcüməçilər şəbəkəsindən ibarət ayrıca redaksiya komandası var.[4]

N-ost jurnalistlər üçün Şərqi Avropada sağçı radikalizmantisemitizm mövzusunda tədqiqat qrantları, ən yaxşı hesabat müsabiqəsi, mədəniyyət haqqında Avropa internet portalı və silsilə müxtəlif layihələr təşkil edir.[5] Son illərdə keçirilən tədbirlərdən 28 aprel 2021-ci il tarixində n-ost Unit ilə birlikdə Şərqi Avropa və Mərkəzi Asiyadan jurnalistlərə dəstək və təlim proqramı çərçivəsində keçirdiyi tədbirlər silsiləsini göstərmək olar.[6]

2022-ci ilin dekabrında Berlində Rusiya müstəmləkəçiliyinin təzahürlərinin öhdəsindən gələ biləcək media layihələrini bir araya gətirən dörd günlük seminar keçirildi.[7] 9 ölkədən 19 iştirakçı öz işlərini təqdim etdi və dekolonial yanaşmalara diqqət yetirildi. Seminarın sonunda iştirakçılar mini qrantlar aldılar. İştirakçıların iştirak səviyyəsi və yüksək maraq layihənin və onun mövzusunun aktual olduğunu və gələcək transsərhəd əməkdaşlıqda həyata keçirilə biləcəyini sübut edir. Layihə JX Fund (Sürgündə Jurnalistika üzrə Avropa Fondu) ilə əməkdaşlıqda hazırlanıb.[8]

Maliyyə hesabatları

[redaktə | mənbəni redaktə et]

N-ost öz saytında qrantlar və ya maliyyə hesabatları haqqında məlumat dərc etmir. Bu alman QHT-nin hansı layihələrə nə qədər vəsait xərclədiyini söyləmək çətindir. İctimai sahədəki fraqmentli məlumatlar onu deməyə əsas verir ki, bir qrantın ölçüsü 8–10 min dollar arasında dəyişə bilər.[6]

  1. "n-ost, Germany". gijn.org (ingilis). 2023-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-30.
  2. Caucaso, Osservatorio Balcani e. "n-ost Network for Reporting on Eastern Europe". Media Freedom Resource Centre OBCT (italyan). 2023-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-30.
  3. "n-ost | University of Pécs". newsreel.pte.hu. 2023-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-30.
  4. "Ежедневный обзор европейской прессы". eurotopics.net (rus). 2023-12-28. 2023-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-30.
  5. "Home". n-ost.org (ingilis). 2023-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-30.
  6. 1 2 "N-ost". qazpolit.org. 2024-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-07.
  7. "A year in review: Journalism is not just a job". JX Fund – European Fund for Journalism in Exile (ingilis). 2024-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-07.
  8. "About Us". JX Fund – European Fund for Journalism in Exile (ingilis). 2024-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-07.