Unit — Mərkəzi Asiya, Şərqi Avropa və Cənubi Qafqazda feminizm və LGBTQ+ mövzularına diqqət yetirən jurnalistlər və fəalların beynəlxalq media şəbəkəsidir. Onun məqsədi jurnalistlər, fəallar, media və insan hüquqları məsələləri ilə məşğul olan təşkilatlar və təcrid olunmuş icmalar arasında uzunmüddətli və konstruktiv tərəfdaşlıq qurmaqdır. Kvir mövzularında müzakirələri davam etdirmək üçün seminarlar və təcrübələr təklif edilir, media və tədqiqat layihələri həyata keçirilir. Unit, jurnalistləri beynəlxalq səviyyədə birləşdirən, araşdırmaları dəstəkləyən və araşdırma jurnalistikasını gücləndirən Berlində yerləşən n-ost media QHT-nin bir hissəsidir.[1]
Unit | |
---|---|
Unit | |
Ümumi məlumatlar | |
Təsis tarixi | 2018 |
Baş qərargahın yeri | Berlin |
Struktur | |
Ana şirkət | N-ost |
Tərəfdaşlar | EVZ foundation, Federal Foreign Office |
Rəhbərlik | |
Təsisçi | Əli Feruz |
unit.n-ost.org |
2018-ci ildə jurnalist Əli Feruzun (Novaya Gazeta) təşəbbüsü ilə Unit Berlində yerləşən jurnalistika şəbəkəsi n-ost tərəfindən hazırlanmışdır.[2] 2023-cü ilin oktyabr ayında Polşanın Krakov şəhərində şəbəkənin toplantısında "Mərkəzi Asiya, Şərqi Avropa və Cənubi Qafqazdan kvir hekayələr" adlı kitabın təqdimatı keçirildi.[3]
Unit kollektivi hesab edir ki, həmrəylik istənilən real dəyişikliyin baş verməsinin açarıdır. Təşkilat 10 ölkədən olan jurnalistlərlə birgə çalışır. Əhatə dairəsinə qeyd edilən regionlardan aşağıdakı ölkələr daxildir: Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan.
Unit LGBTQ+ məsələləri ilə işləyən fəallar və müdafiəçilərlə müttəfiq olur, təhsil, jurnalist və tədqiqat layihələri bağlı müzakirələri genişləndirməyə çalışır.[4] Əsas diqqət və fəaliyyətləri bunlardır: