N1 Gilan Çörək Zavodu

№1 Çörək zavodu, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Sahibkarlığın inkişafına dəstək siyasətinə uyğun olaraq, dövlətin krediti və “Gilan Holding” MMC-nin vəsaiti hesabına 2012-ci ildən inşa olunmağa başlamışdır. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının prezident İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirilməsi nəticəsində ölkəmiz bütün sahələrdə sürətlə inkişaf etmişdir. Bu uğurlu siyasətin nəticəsi olaraq zavodun yaradılması həm də özəl sektorun inkişafına ölkədə göstərilən qayğının əyani təcəssümüdür. Respublika əhəmiyyətli belə böyük müəssisələrin istifadəyə verilməsi ilk növbədə vətəndaşların keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi istiqamətində atılan vacib addımlardandır. Ərzaq təhlükəsizliyinin və əhalinin keyfiyyətli çörək məhsulları ilə təmin edilməsi məqsədilə çörək zavodu Almaniyanın ən son texnologiyası əsasında qurulub. İnşaat işləri yüksək standartlara uyğun şəkildə aparılıb. Müəssisənin ümumi sahəsi 3 hektara yaxındır və gündəlik istehsal gücü 168 ton təşkil edir. Zavodun açılışı 2013-cü ilin oktyabr ayının 18-də Prezident cənab İlham Əliyevin iştirakı ilə həyata keçirilib.

№1 Çörək zavodu ( Gilan Holding )
Ümumi məlumatlar
Məhsulları Çörək və Şirniyyatlar
Baş qərargahın yeri Bakı şəhər. Xətai rayonu.Aşıq Ələskər küçəsi. 15A
[email protected]

Çörək əzəldən bəri ağız dadının təməlidir. Bir qitədən digərinə növü və forması dəyişsə də, bütün dünya əhalisi hər gün çörək yeməkdədir. Çörəyin növləri mədəniyyətlərin və xalqların inkişafı ilə paralel olaraq formalaşır. №1 Çörək zavodu, müasir və ən son Alman texnologiyasına əsaslanaraq çörəyin bişirilmə üsullarında yüksək inkişafa nail olmuşdur. Keyfiyyətli yetişdirilmiş buğdadan əldə olunan xam mal, istifadə olunan texniki avadanlıqların müasirliyi və xəmirin daha yaxşı mayalandırılması çörəyin yüksək keyfiyyətli istehsalına gətirib çıxarır. Paketləməyə xüsusi diqqət göstərilir və bunun sayəsində ekoloji və sağlam bir məhsul zavoddan süfrələrinizə gəlib çatır. Sağlamlıq, doyumluluq, yeni damaq dadının və standart keyfiyyətin axtarışı cəmiyyətdə yeni çörək növlərinə ehtiyyac yaradır. №1 Çörək Zavodu qurulduğundan müştəri məmnuniyyətini ön planda tutaraq bu ehtiyacı qarşılamaq üçün bütün işlərini davam etdirməkdədir və şüurlu şəkildə çörək istehlak edən bir cəmiyyətin formalaşmasına xüsusi səy göstərməkdədir.

Məqsəd[redaktə | mənbəni redaktə et]

Əsas dəyərlərlə, bilik, təcrübə, strategiya, sistem və işləri ifadə edən ümumi vəsaitlə, xalqın sağlamlığını və məmnuniyyətini ön planda tutaraq fəaliyyət dairələrində mükəmməllik mərkəzi olmaqdır.

Peşəkar Mütəxəssis[redaktə | mənbəni redaktə et]

Müasir texnologiyadan istifadə və peşəkar personalın işə cəlb edilməsi ilə yüksək keyfiyyətin saxlanılmasını zəmanət altına almaq.

Əl Dəymədən İstehsal[redaktə | mənbəni redaktə et]

Un məmulatları steril şəraitdə, bütün gigiyenik normalara riayət olunaraq, insan əli toxunmadan tam avtomatlaşdırılmış müasir avadanlıqlarda istehsal olunur.

Alman texnologiyası[redaktə | mənbəni redaktə et]

Ərzaq təhlükəsizliyi və əhalinin keyfiyyətli çörək məhsulları ilə təmin edilməsi üçün zavod dünyada ən ön sıralarda olan alman texnologiyası əsasında qurulub.

Sərfəli qiymət,yüksək keyfiyyət[redaktə | mənbəni redaktə et]

İstehsalat zamanı yüksək keyfiyyətli xammal və texnologiyadan istifadə olunmasına baxmayaraq, un məmulatlarının qiymətləndirilməsi zamanı əhalinin hər bir təbəqəsi nəzərə alınır.

Uzun Rəf Ömrü[redaktə | mənbəni redaktə et]

Un məmulatları müasir sobalarda bişdikdən sonra xüsusi soyutma avadanlığı vasitəsi ilə soyudulur. Bunun nəticəsində çörəyin nəmlik göstəriciləri qəbul edilmiş normalar çərçivəsində qalır. Bu da çörəyin tərkibində bakteriya inkişafının qarşısını alır.

Sağlamlıq[redaktə | mənbəni redaktə et]

Un məmulatlarının istehsalı zamanı gigiyenik normalara əməl edilməsi, sobalarda normalara uyğun bişirilməsi, paketlənməsi və qəbul edilmiş standartlara uyğun şəraitdə alıcıya çatdırılması insan sağlamlığı üçün vacib amillərdir.

İstinad[redaktə | mənbəni redaktə et]

http://n1chorekzavodu.az/