NE

Naxçıvan EnsiklopediyasıNaxçıvan Muxtar Respublikasının təbiətindən, tarixindən, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatından sistemli şəkildə bəhs edən elmi nəşr.[1]

Naxçıvan Ensiklopediyası
Kitabın 2005 nəşrinin üzü
Kitabın 2005 nəşrinin üzü
Janr Ensiklopediya
Orijinalın dili Azərbaycanca
Ölkələr Azərbaycan Azərbaycan
Orijinalın nəşr ili 2002 & 2005
Cild 1 (2002); 2 (2005)
Səhifə 598 (2002); 2005: 360 (I); 380 (II)
ISBN ISBN 5-8066-1468-9

İlk dəfə 2002-ci ildə, təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşri isə 2005-ci ildə çap edilib.

"Naxçıvan Ensiklopediyası" Azərbaycanın 3-cü Prezidenti Heydər Əliyevin "Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyi üzrə Dövlət Komissiyasının tədbirlər planı haqqında" 1999-cu il 12 fevral tarixli Sərəncamına əsasən AMEA Rəyasət Heyəti nəzdində yaradılmış Naxçıvan ensiklopediyası qurumu tərəfindən hazırlanıb və 2002-ci ildə nəşr edilib.[2]

Azərbaycanın 4-cü Prezidenti İlham Əliyevin "Naxçıvan Muxtar Respublikasının 80 illik yubileyinin keçirilməsi haqqında" 2004-cü il 9 fevral tarixli sərəncamı ilə müəyyən edilmiş tədbirlər planına uyğun olaraq isə "Naxçıvan Ensiklopediyası"nın təkrar nəşr edilməsi qərara alınıb. Buna müvafiq olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun rəhbərliyi ilə "Naxçıvan Ensiklopediyası"nın təkmilləşmiş və yenidən işlənmiş ikinci nəşri hazırlanıb.[3]

Əlavə olaraq cildə 200-ə yaxın yeni məqalə daxil edilib. Son illər muxtar respublikanın şəhər və rayonlarının inzibati ərazi bölgüsündə dəyişikliklərin edilməsi, bir sıra ərazi vahidlərinin adlarının dəyişdirilməsi, ictimai-siyasi, sosial-iqtisadi və mədəni quruculuq sahəsində baş vermiş yeniliklər bu nəşrdə əksini tapıb.

"Naxçıvan Ensiklopediyası"nın ikinci nəşri AMEA-nın Naxçıvan Bölməsində yaradılmış işçi qrupu tərəfindən hazırlanıb. Kitabda muxtar respublikanın təbiəti, tarixi, ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatından sistemli şəkildə bəhs olunur. Burada muxtar respublikaya həsr olunmuş kompleks məqalədən başqa, diyarın bütün inzibati rayonları, fiziki-coğrafi obyektləri, şəhər və kəndləri, geoloji quruluşu, yeraltı və yerüstü təbii sərvətləri haqqında məqalələr verilib.[4]

Tarixə dair məqalələrdə ən qədim dövrlərdə Naxçıvan Muxtar Respublikası ərazisindəki arxeoloji mədəniyyətlərdən, qədim və orta əsr dövrlərindən, tarixi vilayətlərdən, mühüm taleyüklü hadisələrdən, müharibələrdən və onları başa çatdıran müqavilələrdən ensiklopedik prinsiplərə uyğun bəhs edilib.

  1. "Naxçıvan Ensiklopediyası". Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi. 2022-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-29.
  2. ""Naxçıvan ensiklopediyası"nın təqdimat mərasimi". Azərtac. 2003-02-21.
  3. "Mərkəzi Elmi Kitabxana "Naxçıvan ensiklopediyası"nın I və II cildlərini elektron formatda təqdim edir". nuhcixan.az (az.). 2020-05-20. 2024-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-10.
  4. ""Naxçıvan Ensiklopediyası"nın təkmilləşmiş ikinci nəşri hazırlanmışdır". Azərtac.
  5. "NAXÇIVAN ABİDƏLƏRİ ENSİKLOPEDİYASI – AQRA Elmin İnkişafına Dətsək İctimai Birliyi" (az.). 2018-10-22. 2024-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-10.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]