Nadir İsmayılov (biblioqrafiyaşünas)

Nadir İsmayılov (d. 05 fevral 1956, Beyləqan rayonu, Azərbaycan SSR) — Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin Sənəd menecmenti (keçmiş Biblioqrafiyaşünaslıq) kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, "Kitabxanaşünaslıq və biblioqrafiya" elmi-nəzəri, metodik və təcrübi jurnalının baş redaktor müavini, Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü (2014).[1][2][3][4]

Nadir İsmayılov
Nadir İslam oğlu İsmayılov
Doğum tarixi (67 yaş)
Doğum yeri SSRİ, Azərbaycan SSR, Beyləqan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Elm sahəsi Biblioqrafiyaşünaslıq
Elmi dərəcəsi pedaqogika üzrə fəlsəfə doktoru
Elmi adı dosent
Təhsili Bakı Dövlət Universiteti
Elmi rəhbəri Zöhrab Əliyev
Mükafatları "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı — 2019

Həyatı[redaktə | mənbəni redaktə et]

Nadir İslam oğlu İsmayılov 05 fevral 1956-cı ildə Azərbaycanın Beyləqan (keçmiş Jdanov) rayonunun Əmirzeyidli kəndində dünyaya göz açmışdır. Ailəlidir. İki övladı var.[2][3][4]

Təhsili[redaktə | mənbəni redaktə et]

O, 1973-cü ildə Jdanov (indiki Beyləqan) rayonu Şahsevən kənd 1 saylı orta məktəbini bitirmiş, 1974-cü ildə isə Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq fakültəsinə daxil olmuşdur; 1974–1979-cu illərdə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində və 1979–1982-ci illərdə isə aspiranturada təhsil almışdır.[2][3][4]

Elmi və pedaqoji fəaliyyəti[redaktə | mənbəni redaktə et]

İsmayılov Nadir İslam oğlu 1982-ci ildən BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının müəllimidir. 1987-ci ildə Moskva Dövlət Mədəniyyət İnstitutunda "Təbabət üzrə məhəlli kitabxana-biblioqrafiya ehtiyatlarının inkişafı, müasir vəziyyəti və təkmilləşdirilməsi yolları (Azərbaycan materialları əsasında)" mövzusunda dissertasiya işini müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. O, 1992-ci ildən dosentdir. Müxtəlif fasilələrlə BDU-nun Kitabxanaçılıq-informasiya (indiki İnformasiya və sənəd menecmenti) fakültəsində dekan müavini vəzifəsində işləmişdir (1994–2003).[2][3][4]

2019-cu ildə "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" yubiley medalı ilə təltif olunmuşdur.[5]

2023-cü ildə Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları arasında 27 Mart - Elm Gününə həsr olunmuş “İlin alimi” müsabiqəsinin nəticələrinə əsasən "Humanitar və ictimai elmlər" nominasiyası üzrə BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin "Sənəd menecmenti" kafedrasının müdiri dosent Nadir İsmayılov I yerə layiq görülmüşdür.[6]

Nadir İsmayılov dünyanın bir sıra ölkələrində nüfuzlu Beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış etmişdir. O, 100-dən çox elmi məqalənin[7], 2 monoqrafiyanın[8][9], 10-dan çox kitabın[10][11] müəllifidir və elmi rəhbər kimi, indiyədək 4 fəlsəfə doktoru dissertasiya işinin ərsəyə gəlməsində əməyi olmuşdur.[1][2][3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "İsmayılov Nadir İslam oğlu". 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-05.
  2. 1 2 3 4 5 "Biblioqraf alim, qayğıkeş ziyalı". 2023-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-05.
  3. 1 2 3 4 5 "Dəyərli biblioqraf alim, qayğıkeş ziyalı". 2023-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-05.
  4. 1 2 3 4 "Azərbaycan Kitabxana Ensiklopediyası" (PDF). 2021-10-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-02-05.
  5. ""Bakı Dövlət Universitetinin əməkdaşlarının "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019) Azərbaycan Respublikasının yubiley medalı" ilə təltif edilməsi barədə" Azərbaycan Respublikasının Təhsil Nazirinin Əmri, 25 noyabr 2019-cu il, № K-1768" (PDF). 2023-02-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-02-05.
  6. "BDU-da keçirilən "İlin alimi" müsabiqəsinin qalibləri mükafatlandırılıb". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-28.
  7. "İsmayılov Nadir İslam oğlu, pedaqogika üzrə fəlsəfə doktoru — Azərbaycan Milli Kitabxanasının E-kataloqunda Elmi əsərələrinin siyahısı". 2023-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-05.
  8. "Надир Исмаилов (2013). Библиотечно-библиографические и информационные ресурсы Азербайджана (монография)". 2023-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-05.
  9. "İsmayılov N., Rzayeva Z. Azərbaycanda kitabxanaçılıq-biblioqrafiya sahəsində sənəd axınının təşəkkülü, inkişafı və müasir vəziyyəti: monoqrafiya. — Bakı: Mütərcim, 2021. — 247 s." 2023-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-05.
  10. "Kitabxanada ölkəşünaslıq (diyarşünaslıq) üzrə biblioqrafik fəaliyyət: nəzəri-tarixi, təşkilati-metodiki məsələləri /N. İsmayılov, Q. Hacıyeva; elmi red. Z. H. Əliyev; Azərb. Resp. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi; Respublika Elmi-Texniki Kitabxanası; Bakı Dövlət Universiteti. Bakı: Mütərcim, 2004. — 111 s." 2023-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-05.
  11. "Kitabxanaçılıq-informasiya fakültəsi — 60: biblioqrafik məlumat kitabı /Azərb. Resp. Təhsil Nazirliyi, BDU; tərt. N. İ. İsmayılov, S. A. Sadıqova; red. prof. X. İsmayılov. — Bakı: Bakı Universiteti nəşriyyatı, 2008. — 271 s." 2023-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-05.

Xarici keçid[redaktə | mənbəni redaktə et]