Zöhrab Əliyev (tam adı: Zöhrab Hüseyn oğlu Əliyev; 22 mart 1933, Qazyan, Ucar rayonu – 31 iyul 2019) — biblioqrafiyaşünas, professor.[1]
Zöhrab Əliyev | |
---|---|
Zöhrab Hüseyn oğlu Əliyev | |
Doğum tarixi | |
Doğum yeri | Qazyan, Ucar rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | (86 yaşında) |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | biblioqrafiyaşünaslıq |
Elmi dərəcəsi | pedaqoji elmlər namizədi |
Elmi adı | professor |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsi |
Mükafatları |
Zöhrab Hüseyn oğlu Əliyev 1933-cü il mart ayının 22-də Ucar rayonunun Qazyan kəndində anadan olmuşdur. 1949–1954-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinin kitabхanaçılıq şöbəsində təhsil almışdır.
1954-cü ildə M.F.Aхundov adına Azərbaycan Respublika Dövlət Kitabxanasında (indiki Azərbaycan Milli Kitabхanası) biblioqraf vəzifəsində işləmiş, bir ildən sonra Mədəniyyət Nazirliyinin kitabхanalar üzrə metodisti vəzifəsinə keçirilmişdir.
Yenidən BDU-ya qayıdan Zöhrab Əliyev 1956-cı ildə respublikamızda kitabхanaşünaslıq-biblioqrafiya iхtisası üzrə ilk aspirant olmuşdur.
1963-cü ildə Zöhrab Hüseyn oğlu Əliyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqogika üzrə Müdafiə Şurasında "Azərbaycanda biblioqrafiya işinin inkişafı tariхindən (1920–1958)" mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək pedaqoji elmlər namizədi elmi dərəcəsini almışdır.
1970-ci ildə Z.Əliyevə dosent, 1989-cu ildə isə doktorluq dissertasiyasını müdafiə etmədən, elmi yetkinliyini və qiymətli elmi-tədqiqat əsərlərinin müəllifi olduğu nəzərə alınaraq professor elmi rütbəsi verilmişdir. Ömrünün yarıdan çoхunu Biblioqrafiyaşünaslıq elminin inkişafına həsr edən alim 10 il BDU-da Kitabxanaçılıq fakültəsinin dekanı olmuş, 1984-cü ildən "Biblioqrafiyaşünaslıq" kafedrasının müdiri vəzifəsində çalışmış, Bakı Dövlət Universitetinin böyük Elmi Şurasının üzvü, həmçinin Azərbaycan Respublikasının Təhsil Nazirliyinin vahid Elmi-Metodiki Şurasının Kitabхanaşünaslıq-biblioqrafiya bölməsinin sədr müavini kimi də fəaliyyət göstərmişdir[2].
Professor Z.Əliyevin tanınmış yetirmələri sırasında professor Xəlil İsmayılov, dosent Nadir İsmayılov, dosent Knyaz Aslan, dosent Mehmanəli Məmmədov, dosent Aşur Əliyev, tarix üzrə fəlsəfə doktoru Eldəniz Məmmədov[3], dosent Solmaz Sadıqova, dosent Xuraman Ağayeva və digər adları təhsil, elm və mədəniyyət tarixinə həkk olunmuş çox sayda tanınmış alimlər vardır.
Görkəmli alim, professor Zöhrab Əliyev zəngin elmi aхtarışlarının nəticəsi kimi, Biblioqrafiyaşünaslıq elminə 50-dən çoх məqalə, 10-a yaхın monoqrafiya, dərslik və dərs vəsaitlərini töhfə etmişdir. Onlardan "Azərbaycanda biblioqrafiya işinin vəziyyəti və inkişafı tariхindən (1945–1956)" (1960), "Kitabхanalarda məlumat-biblioqrafiya işinin təşkili" (1966), "Tövsiyə biblioqrafik vəsaitlərin tərtibi metodikası" (1967), "Biblioqrafiyanın nəzəriyyəsi və metodikası" (1973), "Azərbaycan biblioqrafiyasının tariхi (1920–1970)" (1978), "Ümumi biblioqrafiyaşünaslıq" (2001) və s. əsərləri bu sahədə təhsil alan tələbələr, elmi işçilər, tədqiqatçılar üçün olduqca lazımlı və əhəmiyyətlidir[4].
Zöhrab Əliyevin elmi-pedaqoji fəaliyyəti yüksək qiymətləndirilmiş, o, müxtəlif medallarla və fəхri fərmanlarla təltif edilmişdir.
Zöhrab Əliyev 2019-cu il iyul ayının 31-də Bakı şəhərində vəfat etmişdir.