Nadir Müzəffər oğlu Eynullayev (20 sentyabr 1942, Bakı – 1993, Bakı) — hücumçu mövqeyində çıxış etmiş sovet futbolçusu.
Nadir Eynullayev | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vəfat tarixi | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vəfat yeri | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı |
SSRİ → Azərbaycan |
||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | hücumçu | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
Nadir Eynullayev 20 sentyabr 1942-ci ildə Bakı şəhərində 6 uşaqlı ailədə anadan olub.[1] Futbolçu karyerasını 1961-ci ildə "Neftyanik"də başlayıb.[2] 1966 mövsümündə "Neftyanik"in heyətində A qrupunda bürünc medal qazanıb.
1967-ci ili "Şaxtyor Qarağandı"da, 1968-ci ili isə "Dinamo Kirovabad"da keçirib. Peşəkar karyerasını 1972-ci ildə "Neftçi"də başa vurub.[2]
Nadir Eynullayev 9 iyun 1965-ci ildə Bakıda gənclərdən ibarət Polşa yığmasına qarşı keçirilmiş yoldaşlıq oyununda gənclərdən ibarət SSRİ yığmasının heyətində debüt edib. O, görüşün ikinci hissənin əvvəlində Viktor Zabrodinin əvəzinə meydançaya daxil olub. Oyun SSRİ yığmasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.[3]
Nadir Eynullayev futbolçu Kamil Eynullayevin qardaşı, şahmatçı Tatyana Zatulovskayanın isə bibisi oğludur.[4]