1966 Neftyanik mövsümü — 1966-cı il futbol üzrə SSRİ çempionatı "Neftyanik"in turnirdə doqquzuncu, ardıcıl olaraq isə yeddinci iştirakı idi. Komanda çempionatla yanaşı həmçinin SSRİ Kuboku turnirində də çıxış edirdi. 1966-cı il mövsümü Azərbaycan klublarının SSRİ yüksək liqasında ən yaxşı nəticəsi hesab olunur. Belə ki, "ağ-qaralar" 19 komandanın yarışdığı turnirdə yekun nəticə olaraq üçüncü yeri tutaraq bürünc medala sahib oldu. Buna qədər komandanın ən yaxşı nəticəsi 1963-cü ildə keçirilmiş çempionatda altıncı yeri tutmaq olmuşdur.[1] Bu mövsüm yalnız çempionatda qalib olan komanda və Kubokun qalibi (və ya finalçısı) Avropa miqyaslı turnirlərə qatıla bildiyindən, "Neftyanik"in Avropada debütü mümkün olmadı. Klub ev oyunlarını Lenin stadionunda keçirirdi.
1966 mövsümü | |
Prezident |
Valentin Xlıstov (öncə) Şövkət Orduxanov (növbəti) |
---|---|
Baş məşqçi | Vasili Sokolov (avqustadək) Əhməd Ələsgərov (avqustdan) |
Məşqçi köməkçisi | Valentin Xlıstov |
Stadion | Lenin adına Respublika stadion |
Futbol üzrə SSRİ yüksək liqası | III yer |
Futbol üzrə SSRİ Kuboku | 1/16 final |
Ən çox tamaşaçılı oyun | Neftyanik 3-0 Spartak Moskva (45,000) |
Ən az tamaşaçılı oyun | Neftyanik 2-0 Torpedo Moskva (20,000) |
Orta hesabla tamaşaçı sayı | 35,944 |
Fevral ayında SSRİ İdman Cəmiyyətləri və Təşkilatları İttifaqı Mərkəzi Şurasının Rəyasət Heyəti keçən mövsüm son 3 pilləni tutaraq aşağı dəstəyə düşməli olan "Lokomotiv Moskva", "Torpedo Kutaisi" və Odessanın "OİK" klublarını liqada saxlamaq qərarını aldı.[2] 1966-cı il futbol üzrə SSRİ çempionatı əvvəlcədən planlaşdırıldığı kimi aprelin 17-də deyil, 10-da start götürdü və noyabr ayının 30-dək davam etdi.
Çempionata hazırlığın həlledici mərhələsi Kislovodskda keçirildi. İyirmi gün davam edən təlim-məşq toplanışında əsas diqqət fiziki hazırlığa, habelə gənclərin sınaqdan keçirilməsinə ayrıldı. Yekunda hücum və müdafiə xəttindən razı qalan məşqçilər yarımmüdafiədə problemlərin olduğunu gördülər. Mövsümün startı ərəfəsində Bakıda təşkil edilən son məşqlərdə məhz bu çatışmazlığın aradan qaldırılması üzərində işlədilər. Mövsüm ərzində keçirilən oyunlarda baş məşqçilər adətən 4–2–4 və ya 4–3–3 taktiki sxeminə üstünlük veriblər.[3]
Aprel ayının 10-da 19 komandanın iştirakı ilə 28-ci SSRİ futbol çempionatı başladı. "Neftyanik" "A" qrupunun güclülər dəstəsində mübarizə aparırdı. İlk turda Bakıda Belarus təmsilçisi "Dinamo Minsk" ilə keçirilən matç 0:0 bitdi. "Neftyanik" ilk qələbəni 3-cü turda evdə "Dinamo Moskva" komandası ilə oyunda əldə etdi: ilk hissədə Sergey Melkumovun vurduğu qol "Neftyanik"ə çempionatda ilk qələbəni qazandırdı.[4] Ardıyca evdə Donetskin "Şaxtyor"u məğlub edildi. Çempionatın 8-ci turunda "Neftyanik" tarixinin ən böyükhesablı qələbələrindən birini qazandı. Evdə "Torpedo Kutaisi" ilə oynayan "Neftyanik" yekunda 7:0 hesablı qələbə qazandı. Bu oyunda Eduard Markarov het-trikə imza atdı və həmçinin Valeri Hacıyev penalti zərbəsini dəqiq vura bilmədi.[5] Ümumiyyətlə ilk 8 turdan sonra "Neftyanik" çempionatda məğlub olmayan 4 komandadan biri idi. Lakin daha sonra komanda ardıcıl olaraq Leninqrad, Alma-Ata və Daşkənd səfərlərindən xalsız döndü və 12-ci turda Bakıda Odessanın "Çernomorets" klubu məğlub edildi. Ardıyca səfərdə, Tbilisi və Yerevanda yerli komandalara məğlub olduqdan sonra baş məşqçi Vasili Sokolov istefa ərizəsi yazmadan postundan getdi. 17-ci turdan etibarən "Neftyanik" oyunlara Əhməd Ələsgərovun rəhbərliyi altında çıxmağa başladı.[6] İlk dövrənin son ev oyununda "Torpeda Moskva" üzərində 2:0 hesablı qələbə qazanılır. Bu turdan sonra ilk dövrə bitir və komandalar növbəti turdan etibarən ikinci dövrəyə başlayırlar. Beləliklə ilk dövrəni "Neftyanik" 7 qələbə, 5 heç-heçə və 6 məğlubiyyətlə 7-ci pillədə bitirdi. Topların sayı isə 25–15 komandanın xeyrinə idi.[7]
Bu dövrənin 4-cü oyununda "Neftyanik" çempionatda gümüş medal qazanacaq Rostovun "OİK" kollektivini səfərdə 1:3 hesabı ilə məğlub edir. Daha sonra Bakıda növbəti ev oyununda "Dinamo Tbilisi" ilk dəfə məğlub edilir. "Neftyanik"in hücum tandemi — Banişevski, Tuayev və Markarov 3:2 bitən matçda qolların müəllifi olurlar.[8] Daha sonra komanda ardıcıl olaraq 6 oyun qələbə qazanır. Bakıda Gürcüstan təmsilçisi məğlub edildikdən sonra səfərdə növbəti Gürcüstan təmsilçisi, "Torpedo Kutaisi" çempionat ərzində ikinci dəfə məğlub edilir. Ardıyca səfərdə məğlub olduğumuz "Zenit", "Kayrat" və "Paxtakor" klubları ardıcıllıqla Bakıda məğlub edilir.[9] Yarışın bitməyinə 3 tur qalmış komanda səfərdə Kiyev "Dinamo"su ilə qarşılaşırdı. Bu oyunun nəticəsinə əsasən "Neftyanik" ilk dəfə Kiyevdə Dinamo üzərində 1:2 hesablı qələbə qazanır. Bu oyunda "Neftyanik"dən qolları 23 və 37-ci dəqiqələrdə Eduard Markarov və Anatoli Banişevski vurmuşdur.[10] Son iki turda isə komanda rəqiblərini evdə qəbul edəcəkdi. Əvvəlcə Moskvanın "MOİK" ilə görüş qolsuz başa çatır, son turda isə rəqib digər Moskva təmsilçisi, "Spartak" komandası idi.
İkinci dövrənin son oyununda "Neftyanik" evdə "Spartak Moskva" ilə qarşılaşırdı. Noyabrın 30-u keçirilən matçda bürünc medalı təmin etmək üçün "Neftyanik"ə heç-heçə belə kifayət edirdi lakin doğma meydan amili və stadiona gələn 45.000 azarkeş "Neftyanik"in qələbəsində xüsusi rol oynadı. Oyunun keçiriləcəyi saat qəflətən dəyişdirildiyindən "Neftyanik"in rəisi Şövkət Orduxanovun təşəbbüsü ilə təşkilatçılar Bakı küçələri boyunca səsgücləndiricilər vasitəsilə insanları dəyişiklikdən xəbərdar edirdilər. Oyuna maraq olduqca böyük idi. Matç nəinki Azərbaycan televiziyası ilə canlı yayımlanırdı həmçinin Gürcüstan və Ermənistana da translyasiya edilirdi.[11]
Görüşün baş hakimi Estoniyadan Euqen Xyarms idi. Oyunun ilk hissəsində Banişevski dubl edərək "Neftyanik"i hesabda önə çıxardı. İkinci hissədə isə son nöqtəni Markarov qoydu və yekunda "ağ-qaralar" 3:0 hesabıyla qələbə qazanaraq, tarixində ilk dəfə olaraq SSRİ çempionatının medallarını qazandı.[12] Həmçinin bu nəticə ilə futbol üzrə SSRİ yüksək liqasında medal qazanmış ilk Azərbaycan klubu kimi tarixə düşdü.
Onu da qeyd etmək lazımdır ki, "Neftyanik"in 2 əsas oyunçusu, Anatoli Banişevski və Eduard Markarov mövsümün ortasında FİFA Dünya Kubokuna yollanan SSRİ millisinin heyətinə daxil edildikləri üçün komanda 1 ay əsas oyunçularının xidmətindən məhrum olmuşdur. Əks təqdirdə komandanın daha yüksək nəticə qazanma şansı yüksək idi.
"Neftyanik" püşkatmaya əsasən 1965/66 SSRİ Kuboku turnirinə 1/16 finaldan başlayırdı. Rəqib isə Volqoqradın "Rotor Volqoqrad" klubu idi. Komandanın əsas qapıçı Sergey Kramarenko həmçinin əsas hücumçular Anatoli Banişevski, Kazbek Tuayev və Eduard Markarov səfər matçına aparılmamışdı. "Neftyanik"dən kapitan sarğısını Anatoli Qryazev daşıyırdı. Baş hakimi Boris Solovyov olan matçı 8000 azarkeş izləyirdi. Görüşdə əsas vaxt 0:0 hesabı ilə başa çatdı. Əlavə vaxtda isə rəqib komandanın oyunçusu, Valeri Poqorelov 117-ci dəqiqədə fərqlənərək komandasını növbəti mərhələyə çıxardı.[19]
Komandanın rəisi vəzifəsini kağız üzərində ikinci məşqçi Valentin Xlıstov icra etsə də, 1966-nın ortalarından sonra bu posta İdman Komitəsində çalışan Şövkət Orduxanov təyin olundu.[20]
1965-ci ildə baş məşqçi postunda edilmiş dəyişiklikdən sonra baş məşqçi postuna Vasili Sokolov təyin olundu. Onun köməkçisi postuna isə futbolçu karyerasını yenicə bitirmiş Əhməd Ələsgərov təyin edilir. Lakin 1 il sonra, 1966-cı ilin avqust ayında Bakıda Fransanın "Tuluza" komandasına qarşı keçirilmiş (2–1) yoldaşlıq oyunundan qısa müddət sonra Vasili Sokolov Moskvaya getmək qərarına gəlir. Bu anda gənc Əhməd Ələsgərov klubun baş məşqçi postuna sahib olur. O, sələfləri tərəfindən yaradılmış bazadan məharətlə istifadə edərək komandanı inamla SSRİ çempionatında medala qədər gətirib çıxarır.[21]
Klubun baş həkimi Boris Xetaqurov idi. O, kluba 1965-ci ilin aprel ayında təyin edilmiş, 1966-cı ilin yanvar ayından etibarən isə əsas komandada çalışmağa başlamışdı.[22] Xetaqurov həmçinin masajçı vəzifəsini də yerinə yetirirdi.
"Neftyanik" ev oyunlarını rəsmi açılışı 1951-ci ilin 16 sentyabrında olmuş Lenin adına Respublika stadionunda keçirirdi.[23] Komanda 1966-cı ildə burada 18 çempionat və 2 yoldaşlıq oyunu olmaqla ümumilikdə 20 oyun keçirmişdir.
Heyət 25 futbolçudan təşkil edilmişdir ki, burada digər mövqelərə nisbətən yarımüdafiəçilər üstünlük təşkil edirdi. Komandanın 2 əsas oyunçusu, Anatoli Banişevski və Eduard Markarov 1966-cı ildə İngiltərədə keçirilən FİFA Dünya Kubokunda SSRİ milli futbol komandasının heyətinə daxil olunduqları üçün, bu amil onların iştirak etdikləri ümumi oyun sayına təsir göstərmişdir.[24] Komandanın ən gənc üzvü 19 yaşlı yarımmüdafiəçi Anatoli Oqerçuk idi.
1965-ci ildə futbol mövsümünün bitməsindən sonra 6 oyunçu komandadan ayrıldı, əvəzində isə yeni 6 oyunçu komandaya cəlb olundu. Komandadan ayrılan futbolçulardan ikisi, növbəti mövsüm komandanın baş məşqçisi olacaq Əhməd Ələsgərov zədə səbəbindən, Yuri Kuznetsov isə yaş səbəbindən futbolçu karyeralarını bitirdilər.
Mövqe | Vətəndaşlıq | Ad | Haradan |
---|---|---|---|
H | SSRİ | Sergey Melkumov | Paxtakor Daşkənd |
Y | SSRİ | Vitali Xluçin | Şinnik Yaroslavl |
M | SSRİ | Rafiq Bağırov | Dinamo (Bakı) |
M | SSRİ | Ravil Batrayev | Dinamo (Bakı) |
M | SSRİ | Nadir Eynullayev | Dinamo (Bakı) |
H | SSRİ | Mübariz Zeynalov | Dinamo (Kirovabad) |
Mövqe | Vətəndaşlıq | Ad | Haraya | İst |
---|---|---|---|---|
M | SSRİ | Tofiq Axundov | ||
M | SSRİ | Boris Falkovski | Dinamo (Kirovabad) | |
H | SSRİ | Ruslan Abdullayev | Dinamo (Kirovabad) | |
H | SSRİ | Viktor Zabrudin | Dinamo (Kirovabad) | |
Y | SSRİ | Əhməd Ələsgərov | karyerasını bitirdi | [50] |
H | SSRİ | Yuri Kuznetsov | karyerasını bitirdi |
Səfərdə keçirilən OİK Rostov — Neftyanik (1:3) matçında rəqib oyunçu avtoqola imza atmışdır.[51]
Y | Komanda | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | O | Q | H | M | T | X | UEFA |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Dinamo (Kiyev) | 1:1 | 1:2 | 1:0 | 4:0 | 2:0 | 4:0 | 2:0 | 0:0 | 4:3 | 1:0 | 3:0 | 1:0 | 3:0 | 3:1 | 4:0 | 1:0 | 4:0 | 1:1 | 36 | 23 | 10 | 3 | 66–17 | 56 | ÇK | ||
OİK (Rostov) | 1:6 | 1:3 | 0:0 | 2:1 | 2:1 | 1:2 | 0:0 | 0:1 | 2:0 | 1:0 | 3:1 | 3:1 | 2:0 | 2:1 | 3:0 | 0:2 | 2:0 | 3:2 | 36 | 20 | 7 | 9 | 54–44 | 47 | |||
Neftyanik (Bakı) | 0:0 | 4:1 | 3:0 | 0:0 | 2:0 | 3:2 | 1:0 | 5:0 | 2:0 | 0:0 | 3:0 | 0:0 | 1:0 | 7:0 | 3:0 | 2:0 | 0:0 | 3:2 | 36 | 18 | 9 | 9 | 56–28 | 45 | |||
4 | Spartak (Moskva) | 0:1 | 2:2 | 2:1 | 2:4 | 0:2 | 1:1 | 1:0 | 1:1 | 1:0 | 0:0 | 2:0 | 0:0 | 1:0 | 4:3 | 1:1 | 4:1 | 4:1 | 1:1 | 36 | 15 | 12 | 9 | 45–41 | 42 | ||
5 | MOİK (Moskva) | 0:0 | 4:6 | 1:1 | 1:2 | 1:2 | 0:1 | 2:0 | 1:1 | 0:1 | 1:2 | 2:0 | 3:0 | 2:0 | 0:2 | 2:1 | 1:2 | 3:1 | 4:2 | 36 | 16 | 9 | 11 | 60–45 | 41 | ||
6 | Torpedo (Moskva) | 2:0 | 1:3 | 1:2 | 1:1 | 2:0 | 1:1 | 4:0 | 1:1 | 1:2 | 0:2 | 3:0 | 1:2 | 1:1 | 2:2 | 3:0 | 2:1 | 3:0 | 1:1 | 36 | 15 | 10 | 11 | 55–39 | 40 | KK | |
7 | Dinamo (Tbilisi) | 3:1 | 3:1 | 1:0 | 0:1 | 1:1 | 0:0 | 2:0 | 1:1 | 1:0 | 1:1 | 0:0 | 5:0 | 1:1 | 3:1 | 3:0 | 2:0 | 1:0 | 0:0 | 36 | 13 | 14 | 9 | 47–34 | 40 | ||
8 | Dinamo (Moskva) | 0:0 | 4:0 | 2:0 | 4:0 | 2:4 | 0:2 | 2:1 | 1:1 | 1:1 | 0:0 | 2:0 | 7:2 | 2:0 | 1:1 | 2:0 | 1:0 | 0:0 | 0:0 | 36 | 12 | 14 | 10 | 43–34 | 38 | ||
9 | Paxtakor (Daşkənd) | 0:1 | 0:1 | 3:2 | 1:2 | 1:1 | 1:1 | 0:0 | 1:1 | 3:1 | 1:0 | 0:1 | 4:1 | 2:2 | 0:0 | 0:0 | 1:0 | 0:0 | 5:0 | 36 | 10 | 18 | 8 | 36–32 | 38 | ||
10 | Şaxtyor (Donetsk) | 0:2 | 0:2 | 1:0 | 1:2 | 0:1 | 1:0 | 1:0 | 0:0 | 1:0 | 2:0 | 1:0 | 3:0 | 1:1 | 2:0 | 1:0 | 1:0 | 1:0 | 1:0 | 36 | 15 | 7 | 14 | 32–35 | 37 | ||
11 | Dinamo (Minsk) | 0:4 | 1:1 | 0:0 | 1:2 | 1:1 | 0:1 | 3:1 | 3:1 | 1:0 | 1:0 | 1:0 | 0:2 | 3:1 | 2:2 | 1:1 | 2:1 | 0:0 | 2:1 | 36 | 11 | 13 | 12 | 36–39 | 35 | ||
12 | Kayrat FK | 2:4 | 1:1 | 1:0 | 1:2 | 0:0 | 1:3 | 1:1 | 0:0 | 0:0 | 0:0 | 3:1 | 0:0 | 1:0 | 2:1 | 1:0 | 1:1 | 3:0 | 2:0 | 36 | 12 | 11 | 13 | 30–39 | 35 | ||
13 | Ararat (Yerevan) | 0:1 | 1:0 | 2:0 | 1:0 | 0:4 | 1:1 | 1:0 | 0:0 | 0:0 | 2:0 | 3:1 | 1:3 | 0:0 | 1:0 | 2:0 | 2:0 | 0:0 | 0:0 | 36 | 12 | 10 | 14 | 30–45 | 34 | ||
14 | Çernomorets (Odessa) | 0:0 | 0:1 | 1:0 | 2:0 | 3:5 | 1:1 | 1:0 | 3:3 | 1:1 | 0:0 | 1:0 | 0:0 | 2:1 | 2:0 | 1:2 | 1:0 | 1:0 | 0:1 | 36 | 10 | 13 | 13 | 29–36 | 33 | ||
15 | Torpedo (Kutaisi) | 0:0 | 0:0 | 0:1 | 1:3 | 2:3 | 4:2 | 3:3 | 0:1 | 1:1 | 3:1 | 1:4 | 2:0 | 3:1 | 0:1 | 1:0 | 3:1 | 2:0 | 0:0 | 36 | 9 | 10 | 17 | 44–59 | 28 | ||
16 | Zenit (Leninqrad) | 0:0 | 0:1 | 3:1 | 2:2 | 0:1 | 2:1 | 2:2 | 0:3 | 1:2 | 4:2 | 1:1 | 1:2 | 1:0 | 0:0 | 3:1 | 2:1 | 3:2 | 2:0 | 36 | 10 | 8 | 18 | 35–54 | 28 | ||
17 | Lokomotiv (Moskva) | 0:3 | 1:2 | 0:0 | 1:0 | 1:5 | 0:1 | 0:3 | 1:1 | 2:0 | 1:2 | 3:1 | 1:2 | 2:0 | 1:0 | 3:1 | 3:2 | 0:0 | 2:0 | 36 | 11 | 5 | 20 | 34–49 | 27 | ||
18 | Krılya Sovetov (Kuybışev) | 1:1 | 0:1 | 2:3 | 0:0 | 0:0 | 1:3 | 2:1 | 2:0 | 1:2 | 1:1 | 0:0 | 0:0 | 0:0 | 0:0 | 0:0 | 1:0 | 0:0 | 1:1 | 36 | 4 | 17 | 15 | 18–40 | 25 | ||
19 | OİK (Odessa) | 0:2 | 0:2 | 1:1 | 1:1 | 0:1 | 1:4 | 0:0 | 0:2 | 0:1 | 0:0 | 1:1 | 0:1 | 0:3 | 0:2 | 0:2 | 0:1 | 0:2 | 0:2 | 36 | 1 | 13 | 22 | 16–56 | 15 |
10 aprel | Neftyanik | 0:0 | Dinamo Minsk | Lenin adına Respublika stadionu |
---|---|---|---|---|
Tamaşaçı: 40,000 Hakim: S.Arxipov |
15 aprel | Neftyanik | 0:0 | Krılya Sovetov FK | Lenin adına Respublika stadionu |
---|---|---|---|---|
Tamaşaçı: 35,000 Hakim: Q.Baqdasarov |
21 aprel | Neftyanik | 1:0 | Dinamo Moskva | Lenin adına Respublika stadionu |
---|---|---|---|---|
Melkumov 33' | Tamaşaçı: 29,000 Hakim: V.Tolçinski |
26 aprel | Neftyanik | 2:0 | Şaxtyor Donetsk | Lenin adına Respublika stadionu |
---|---|---|---|---|
Markarov 42' Melkumov 45' |
Tamaşaçı: 35,000 Hakim: N.Xlopotin |
3 may | MOİK Moskva | 1:1 | Neftyanik | Dinamo stadionu |
---|---|---|---|---|
Kazakov 14' | Melkumov 33' | Tamaşaçı: 42,000 Hakim: Q.Bakanidze |
8 may | OİK Odessa | 1:1 | Neftyanik | Odessa mərkəzi stadionu |
---|---|---|---|---|
Panov 32' | Markarov 43' | Tamaşaçı: 15,000 Hakim: A.Kaçkaçaşvili |
13 may | Neftyanik | 4:1 | OİK Rostov | Lenin adına Respublika stadionu |
---|---|---|---|---|
Tuayev 11' Melkumov 38' 58' Hacıyev 78' |
Yeskov 60' | Tamaşaçı: 40,000 Hakim: N.Kirsanov |
19 may | Neftyanik | 7:0 | Torpedo Kutaisi | Lenin adına Respublika stadionu |
---|---|---|---|---|
Melkumov 20' Melkumov Markarov 35' 53' 88' Tuayev 57' Hacıyev 76' |
Tamaşaçı: 35,000 Hakim: Y.Boçarov |
25 may | Zenit Sankt-Peterburq | 3:1 | Neftyanik | Kirov adına stadion |
---|---|---|---|---|
Varlamov 52' Naumov 61' Vasilyev 67' |
Tuayev 16' | Tamaşaçı: 40,000 Hakim: B.Baraşkov |
2 iyun | Kayrat | 1:0 | Neftyanik | Mərkəzi stadion |
---|---|---|---|---|
Rojkov 62' | Tamaşaçı: 30,000 Hakim: V.Bolotnikov |
8 iyun | Paxtakor | 3:2 | Neftyanik | Paxtakor mərkəzi stadionu |
---|---|---|---|---|
Krasnitski Krasnitski 26' Muxin 47' |
Melkumov Tuayev |
Tamaşaçı: 48,000 Hakim: S.Alimov |
13 iyun | Neftyanik | 1:0 | Çernomorets | Lenin adına Respublika stadionu |
---|---|---|---|---|
Melkumov 70' | Tamaşaçı: 30,000 Hakim: N.Krılov |
19 iyun | Neftyanik | 0:0 | Dinamo Kiyev | Lenin adına Respublika stadionu |
---|---|---|---|---|
Tamaşaçı: 40,000 Hakim: N.Krılov |
3 iyul | Dinamo Tbilisi | 1:0 | Neftyanik | Dinamo stadionu |
---|---|---|---|---|
Xartişvili 66' | Tamaşaçı: 45,000 Hakim: Y.Boçarov |
8 iyul | Ararat İrəvan | 2:0 | Neftyanik | Mərkəzi stadion |
---|---|---|---|---|
Kazaryan 43' Qalstyan 81' |
Tamaşaçı: 25,000 Hakim: B.Baraşkov |
14 iyul | Neftyanik | 2:0 | Lokomotiv Moskva | Lenin adına Respublika stadionu |
---|---|---|---|---|
Tuayev (2) | Tamaşaçı: 35,000 Hakim: Y.Yakobson |
21 iyul | Spartak Moskva | 2:1 | Neftyanik | Lenin adına mərkəzi stadion |
---|---|---|---|---|
Yanişevski 9' Pribulov 84' |
Bruxti 88' | Tamaşaçı: 30,000 Hakim: A.Vasilyev |
23 iyul | Neftyanik | 2:0 | Torpeda Moskva | Lenin adına Respublika stadionu |
---|---|---|---|---|
Tuayev 23' 29' | Tamaşaçı: 20,000 Hakim: V.Xodin |
2 avqust | Dinamo Moskva | 2:0 | Neftyanik | Dinamo stadionu |
---|---|---|---|---|
Kox 49' Mudrik 86' |
Tamaşaçı: 14,000 Hakim: M.Pinski |
15 avqust | Neftyanik | 0:0 | Ararat İrəvan | Lenin adına Respublika stadionu |
---|---|---|---|---|
Tamaşaçı: 38,000 Hakim: A.Menşikov |
20 avqust | Çernomorets | 1:0 | Neftyanik | Odessa mərkəzi stadionu |
---|---|---|---|---|
Korşunov 75' | Tamaşaçı: 40,000 Hakim: S.Alimov |
30 avqust | OİK Rostov | 1:3 | Neftyanik | Rostselmaş |
---|---|---|---|---|
Kopayev 55' | Krivoborodov (avtoqol) 8' Banişevski 21' Tuayev |
Tamaşaçı: 22,000 Hakim: A.Tsapovetski |
3 sentyabr | Lokomotiv Moskva | 0:0 | Neftyanik | Dinamo stadionu |
---|---|---|---|---|
Tamaşaçı: 6,000 Hakim: K.Andzyulis |
8 sentyabr | Neftyanik | 3:2 | Dinamo Tbilisi | Lenin adına Respublika stadionu |
---|---|---|---|---|
Banişevski 1' 60' Markarov 79' |
Mesxi 55' Datunaşvili 85' |
Tamaşaçı: 40,000 Hakim: İ.Lukyanov |
13 sentyabr | Torpedo Kutaisi | 0:1 | Neftyanik | Kutaisi mərkəzi stadionu |
---|---|---|---|---|
Banişevski 76' | Tamaşaçı: 35,000 Hakim: B.Solovyov |
22 sentyabr | Krılya Sovetov FK | 2:3 | Neftyanik | Dinamo stadionu |
---|---|---|---|---|
Jukov 69' 80' | Banişevski 1' Trofimov 56' Markarov 76' |
Tamaşaçı: 6,000 Hakim: N.Kirsanov |
26 sentyabr | Neftyanik | 3:0 | Zenit Sankt-Peterburq | Lenin adına Respublika stadionu |
---|---|---|---|---|
Banişevski 66' 90' Markarov 73' |
Tamaşaçı: 35,000 Hakim: A.Tsapovetski |
30 sentyabr | Neftyanik | 3:0 | Kayrat | Lenin adına Respublika stadionu |
---|---|---|---|---|
Banişevski 45' Hacıyev 46' Tuayev 59' |
Tamaşaçı: 30,000 Hakim: A.Tsapovetski |
4 oktyabr | Neftyanik | 5:0 | Paxtakor | Lenin adına Respublika stadionu |
---|---|---|---|---|
Markarov 22' Tuayev 44' 62' 88' Zeynalov 72' |
Tamaşaçı: 40,000 Hakim: A.Menşikov |
19 oktyabr | Torpedo Moskva | 1:2 | Neftyanik | Dinamo stadionu |
---|---|---|---|---|
Mixaylov 31' | Banişevski 36' Hacıyev 85' |
Tamaşaçı: 25,000 Hakim: Q.Bakanidze |
22 oktyabr | Dinamo Minsk | 0:0 | Neftyanik | Dinamo stadionu |
---|---|---|---|---|
Tamaşaçı: 12,000 Hakim: S.Alimov |
30 oktyabr | Şaxtyor Donetsk | 1:0 | Neftyanik | Şaxtyor mərkəzi stadionu |
---|---|---|---|---|
Pilipçuk 83' | Tamaşaçı: 17,000 Hakim: V.Baraşkov |
8 noyabr | Neftyanik | 3:2 | OİK Odessa | Lenin adına Respublika stadionu |
---|---|---|---|---|
Semiqlazov 50' Tuayev 63' Markarov 67' |
Apuxtin 13' 17' | Tamaşaçı: 40,000 Hakim: Y.Boçarov |
16 noyabr | Dinamo Kiyev | 1:2 | Neftyanik | Mərkəzi stadion |
---|---|---|---|---|
Bışovetsv 14' | Markarov 23' Banişevski 37' |
Tamaşaçı: 30,000 Hakim: V.Xodin |
24 noyabr | Neftyanik | 0:0 | MOİK Moskva | Lenin adına Respublika stadionu |
---|---|---|---|---|
Tamaşaçı: 40,000 Hakim: K.Andzyulis |
30 noyabr | Neftyanik | 3:0 | Spartak Moskva | Lenin adına Respublika stadionu |
---|---|---|---|---|
Banişevski 18' 21' Markarov 60' |
Tamaşaçı: 40,000 Hakim: K.Andzyulis |
Sıra | Mövqe | Oyunçu | Qol sayı |
---|---|---|---|
1 | Hücumçu | Kazbek Tuayev | 14 |
2 | Hücumçu | Anatoli Banişevski | 12 |
Hücumçu | Eduard Markarov | 12 | |
3 | Yarımmüdafiəçi | Sergey Melkumov | 5 |
4 | Hücumçu | Yuri Melkumov | 4 |
Yarımmüdafiəçi | Valeri Hacıyev | 4 | |
5 | Yarımmüdafiəçi | Mübariz Zeynalov | 1 |
Yarımmüdafiəçi | Aleksandr Trofimov | 1 | |
Müdafiəçi | Vladimir Bruxti | 1 | |
Müdafiəçi | Vyaçeslav Semiqlazov | 1 | |
Cəmi | 55 |
Dekabrın 5-i, Konstitusiya günündə Lenin adına Respublika stadionuda bürünc medalların və SSRİ İdman Komitəsinin üçüncü dərəcəli diplomlarının "Neftyanik" komandasına təqdim edilməsinə həsr olunmuş mərasim keçirildi. Respublika Kommunist Partiyasının birinci katibi Vəli Axundov mərasimi canlı izləyirdi. Medalların təqdimatından öncə çıxış edənlər arasında komandanın rəisi Şövkət Orduxanov da var idi.
Əsasnaməyə görə mövsüm ərzində keçirilən oyunların minimum 50 faizində iştirak etmiş oyunçulara medal təqdim olunurdu. "Neftyanik"də 18 oyuna çıxaraq bu səddi adlayan 12 futbolçuya medal təqdim edildi. İntizamsızlığa görə klubdan xaric edilmiş Sergey Melkumova medal təqdim olunmayıb. Əvəzində müstəsna hal kimi SSRİ millisində xidmətlərinə görə klubda cəmi 14 oyunda iştirak etməsinə baxmayaraq Anatoli Banişevskinin adı siyahıya salınıb. Respublika stadionunda təşkil edilmiş mərasim "Neftyanik" və "Dinamo Kirovabad" komandalarının yoldaşlıq görüşü ilə yekunlaşıb. Oyun "Dinamo"nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun fasiləsində SSRİ Futbol Federasiyasının sədri Nikolay Ryaşentsev, Azərbaycan Futbol Federasiyasının sədri Adil Eldarov və federasıyanın baş məşqçisi Rauf Adıgözəlov "Neftyanik"in 12 futbolçusuna medalları təqdim ediblər. Nailiyyətdə böyük xidmətləri olmuş klubun rəisi Şövkət Orduxanov, məşqçilər Əhməd Ələsgərov və Valentin Xlıstov, inzibatçı Aydın İsmayılov və həkim Boris Xetaqurov da diplomla təltif olunublar.[52]
Tədbirdən sonra birinci katib Vəli Axundov oyunçuların şərəfinə ziyafət təşkil edib. Görüş zamanı klubun rəisi Şövkət Orduxanov baş katibdən bir futbol bazasının inşası üçün yer ayrılmasına kömək etməsini istəyib. Əvəzində 1967-ci ilin əvvəlində baza tikmək üçün ovçular stendinin ərazisi Respublika İdman Komitəsinin ixtiyarına verilib.
Say | Mövqe | Oyunçu |
---|---|---|
1 | Qapıçı | Sergey Kramarenko |
2 | Müdafiəçi | Vyaçeslav Semiqlazov |
3 | Müdafiəçi | Vladimir Bruxti |
4 | Müdafiəçi | Nikolay Boqdanov |
5 | Müdafiəçi | Yaşar Babayev |
6 | Yarımmüdafiəçi | Valeri Hacıyev |
7 | Yarımmüdafiəçi | Mübariz Zeynalov |
8 | Yarımmüdafiəçi | Aleksandr Trofimov |
9 | Yarımmüdafiəçi | Anatoli Qryazev |
10 | Hücumçu | Anatoli Banişevski |
11 | Hücumçu | Kazbek Tuayev |
12 | Hücumçu | Eduard Markarov |
Çempionat ərzində "Neftyanik"in oyununa ən çox azarkeş sonuncu turda — "Spartak Moskva" ilə keçirilən qarşılaşmada gəlmişdir. Bu oyunda stadionun gerçək tutumundan daha çox, 45,000 azarkeş oyunu izləmişdir.[53] Nisbətən ən az azarkeş isə 20-ci turda — "Torpedo Moskva" ilə oynanılan matçda qeydə alınmışdı (20,000). Ümumilikdə isə Bakıda keçirilən oyunları 647,000 tamaşaçı canlı izləmişdir ki, bu da hər oyuna orta hesabla 35,944 tamaşaçı deməkdir.
Tur | Tarix | Matç | Azarkeş sayı |
---|---|---|---|
1 | 10.04.1966 | Neftyanik — Dinamo Minsk | 40,000 |
2 | 15.04.1966 | Neftyanik — Krılya Sovetov | 35,000 |
3 | 21.04.1966 | Neftyanik — Dinamo Moskva | 29,000 |
4 | 26.04.1966 | Neftyanik — Şaxtyor Donetsk | 35,000 |
7 | 13.05.1966 | Neftyanik — OİK Rostov | 40,000 |
8 | 19.05.1966 | Neftyanik — Torpedo Kutaisi | 35,000 |
12 | 13.06.1966 | Neftyanik — Çernomorets | 30,000 |
13 | 19.06.1966 | Neftyanik — Dinamo Kiyev | 40,000 |
16 | 14.07.1966 | Neftyanik — Lokomotiv Moskva | 35,000 |
18 | 23.07.1966 | Neftyanik — Torpedo Moskva | 20,000 |
20 | 15.08.1966 | Neftyanik — Ararat İrəvan | 38,000 |
24 | 8.09.1966 | Neftyanik — Dinamo Tbilisi | 40,000 |
27 | 26.09.1966 | Neftyanik — Zenit Sankt-Peterburq | 35,000 |
28 | 30.09.1966 | Neftyanik — Kayrat | 30,000 |
29 | 4.10.1966 | Neftyanik — Paxtakor Daşkənd | 40,000 |
33 | 8.11.1966 | Neftyanik — OİK Odessa | 40,000 |
35 | 24.11.1966 | Neftyanik — MOİK Moskva | 40,000 |
36 | 30.11.1966 | Neftyanik — Spartak Moskva | 45,000 |
"Neftyanik" 1966-cı ildə həm çempionat öncəsi hazırlıq dönəmində, həm də çempionatda yaranan fasilə zamanı bir neçə yoldaşlıq oyunları keçirmişdir. Komandanın keçirdiyi yoldaşlıq oyunlarını ölkədaxili və beynəlxalq olaraq iki hissəyə ayırmaq olar. Beynəlxalq yoldaşlıq oyunlarının bir qismi Çexoslovakiya səfərində baş tutub. Bakı təmsilçisi burada keçirdiyi 3 matçı 2 qələbə və 1 məğlubiyyətlə başa vurub. Bakıda isə sonuncu Türkiyə çempionatının üçüncüsü olmuş "Gənclərbirliyi" və Fransa liqasını dördüncü pillədə bitirmiş "Tuluza" komandaları ilə qarşılaşıb.[54]
Bakıda "Tuluza" ilə oynanılan matç fransızların idmana yaraşmayacaq tərzdə kobud oynamaları ilə yadda qaldı. Əvvəlcə hesabda önə keçən fransızlar sonradan 2 qol buaraxaraq geri düşdülər. "Neftyanik"in qollarını Mübariz Zeynalov və Kazbek Tuayev vurdu. "Neftyanik" futbolçularının qarşısını ala bilməyən rəqib futbolçular kobud oyuna başladılar və bu oyunçular arasında mübahisəyə səbəb oldu. Artıq ilk hissədə zədələndiyi üçün Semiqlazov və Banişevski ikinci hissədə oyuna davam edə bilmədilər. Nəticədə matç təxminən 20 dəqiqə dəyandırılsa da, sonradan davam etdirildi və yekunda "ag-qaralar" qələbə qazandı.[55]
Tarix | Matç | Məkan | İst. |
---|---|---|---|
3 mart | Neftyanik 1:1 Spartak Moskva | Lenin adına Respublika stadionu | [56] |
Neftyanik 5:2 Gənclərbirliyi | Lenin adına Respublika stadionu | ||
Neftyanik 2:1 Tuluza | Lenin adına Respublika stadionu | ||
Spartak Brno 2:3 Neftyanik | Çexoslovakiya | ||
Slovakiya milli futbol komandası 1:0 Neftyanik | Çexoslovakiya | ||
Lokomotiv 2:4 Neftyanik | Çexoslovakiya |
Mövsümün sonunda SSRİ-də çap edilən əksər idman dərgiləri medal qazanmış üçlük barədə yazılar dərc etdi. Bunlardan biri Rusiyada nəşr edilən "Sportivnıye iqrı" jurnalı idi. Məqalədə "Neftyanik"in rəhbərlik və heyəti barədə məlumat dərc edilmişdir.[57]
2006-cı ildə "Futbol Dünyası qəzeti "Neftyanik" komandasının SSRİ çempionatının bürünc medallarını qazanmasının 40 illiyinə həsr olunmuş "Bürünc Neftçi-40" adlı xüsusi buraxılışı çap etmişdir. Buraxılışda keçmiş futbolçular: Yaşar Babayev, Valeri Hacıyev, Sergey Kramarenko, Mübariz Zeynalov və Kazbek Tuayevin xatirələri dərc olunmuşdur. Həmçinin turnir cədvəli və komandanın keçirdiyi bütün oyunlar haqqında statistika məlumatları qeyd edilmişdir.[58]
Bürünc medal qazanıldıqdan sonra Mirzə Mustafayevin rejisorluğu ilə Bürünc "Neftçi" adlı sənədli film çəkilib. Filmdə "Neftyanik"in tarixi, bürüncə gedən yolu əks edilmişdir.