Kamil Müzəffər oğlu Eynullayev (12 dekabr 1932, Bakı – 1 may 1988, Bakı) — hücumçu mövqeyində çıxış etmiş sovet futbolçusu.
Kamil Eynullayev | |||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | |||||||||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||||||||
Doğum yeri | |||||||||||||||||||||||||
Vəfat tarixi | (55 yaşında) | ||||||||||||||||||||||||
Vəfat yeri | |||||||||||||||||||||||||
Vətəndaşlığı | SSRİ | ||||||||||||||||||||||||
Mövqeyi | hücumçu | ||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||
|
Kamil Eynullayev 12 dekabr 1932-ci ildə Bakı şəhərində 6 uşaqlı ailədə anadan olmuşdur. Onu "Neftyanik"də köməkçi məşqçi işləyən İsay Abramaşvili kəşf edib.[1]
Yüksək sürətə və yaxşı zərbələrə sahib olan Kamil, 1957-ci ildə "Neftyanik"in əsas heyətinə götürülüb. Həmin mövsüm çempionatın B qrupunda 24 oyun keçirib, 4 qol vurub. Növbəti mövsümü Moskvanın "Lokomotiv" komandasında keçirən futbolçu, A qrupunda 6 oyun, SSRi Kubokunda isə 2 oyun keçirib. 1959-cu ildə, bir illik aradan sonra yenidən "Neftyanik"ə qayıdıb. 1959-1962-ci illər aralığında Bakı təmsilçisinin heyətində 90 oyun keçirib, 9 qol vurub.
Kamil futbolçu karyerasını 1964-cü ildə Riqanın "Dauqava RVZ" komandasında başa vurub.
Şəkər xəstəliyindən əziyyət çəkən Kamil Eynullayev, 1 may 1988-ci ildə Bakı şəhərində dünyasını dəyişib. Futbolçu köhnə Çəmbərəkənd qəbiristanlığında dəfn olunub.[1]
Kamil Eynullayev azərbaycanlı aktrisa Sürəyya Qasımova ilə ailəli olub. Cütlüyün bir övladı olub.[2]
Kamil Eynullayev futbolçu Nadir Eynullayevin qardaşı, şahmatçı Tatyana Zatulovskayanın isə bibisi oğludur.[3]