Nadirqulu bəy – Qarabağın tanınmış bəyi, Çəmənli oymağının yüzbaşısı. Hatəmxan ağanın oğlu.
Nadirqulu bəy | |
---|---|
Nadiqulu bəy Hatəmxan ağa oğlu | |
Doğum tarixi | XVIII əsr |
Doğum yeri | Çəmənli, Qarabağ |
Vəfat tarixi | XIX əsr |
Vəfat yeri | Çəmənli, Qarabağ xanlığı |
Uşaqları | Yusif bəy, Hatəmxan bəy, Kazım bəy |
Atası | Hatəmxan ağa |
Nadirqulu bəy XVIII əsrin 60-cı illərində Çəmənli oymağında anadan olmuşdur. Hatəmxan ağadan sonra Çəmənli oymağının yüzbaşısı olmuş, fars və rus dillərini bilmişdir.[1]
Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan 1823 ilə aid Qarabağ əyalətinin siyahıya alınması sənədində Çəmənli oymağının yüzbaşısı Nadirqulu bəyin ictimai həyatdakı mövqeyi, dövlət vergisindən azad edilməsi barədə məlumat yazılmışdır.[1]
Nadirqulu bəy təxminən 1848 ildə vəfat etmişdir.[1]
Nadirqulu bəyin Yusif bəy, Hatəmxan bəy, Kazım bəy adlı üç oğlu olmuşdur.[1]
Tanınmış maarif xadimləri Məmməd Murtuza bəy oğlu Məmmədov, Dilbər Murtuza bəy qızı Məmmədova ata tərəfdən Yusif bəyin nəticələri, Nadirqulu bəyin kötücələridirlər.
AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədovun anası Hüsnü xanım Yusif bəyin nəticəsi, Nadirqulu bəyin kötücəsidir.[1]
Tədqiqatçı-jurnalist Orxan Zakiroğlu (Baharlı) Nadirqulu bəyin nəslindəndir.