Nadya Nojarova və ya Kontes Nadya de Navarro Farber[1] (tam adı: Nadya Nojarova, bolq. Надя Матеева Ножарова; 21 noyabr 1916 – 18 aprel 2014, Lonq-Aylend, Nyu-York ştatı) — Bolqarıstanın operetta müğənnisi və aktrisa,[2] Amerikalı sahibkar, xeyriyyəçi və ispan kontesi.[3]
Nadya Nojarova | |
---|---|
bolq. Надя Ножарова | |
Doğum tarixi | 21 noyabr 1916 |
Vəfat tarixi | 18 aprel 2014 (97 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | aktrisa, kino aktrisası, biznes ledi |
Vikianbarda əlaqəli mediafayllar |
Nadya Nojarova 21 noyabr 1916-cı ildə Plevendə anadan olmuşdur. Atası elektrik materialları alverçisi idi. Nadya Plevenə qayıtmazdan əvvəl Loveçdə Amerikan qızlar məktəbində oxumuş və 1934-cü ildə öz karyerasına "Angel Sladkarov" operetta teatrında başlamışdı. O, həmin teatrla Bolqarıstanda qastrol səfərlərinə getmişdi. Teatr qrupunun dağılmasından sonra o, "Odeon", "Bolqarıstan" və "Korporativ teatrı" kimi teatrlarda çıxış etdi. Daha sonra Almaniyaya köçmüş və burada ifaçılıq üzrə dərs almışdı. Bolqarıstana qayıtdıqdan sonra 1942-ci ildə "Məhkəmə" (Izpitanie) filmində oynamışdır.[2][4]
18 aprel 2014-cü ildə Lonq Aylenddə vəfat etmişdir.[3]
1936-cı ildə "Angel Sladkarov" operetta teatrında çıxış etməyə başladıqdan bir neçə gün sonra Troyan monastrında Angel Sladkarov ilə ailə həyatı qurmuşdu. Onlar 1940-cı ildə boşandılar və Nadya Vatikandakı diplomat ispan əsilli Navarro kontu ilə evləndi və "kontes" titulu aldı. Onlar Monte-Karloda yaşayırdılar.
1949-cu ildə həyat yoldaşı vəfat etdikdən sonra ABŞ-yə köçdü və 1953-cü ildə inşaat və daşınmaz əmlak şirkətinin sahibi Sid Farber ilə ailə həyatı qurmuşdu.[2] Cütlük ABŞ Vircin adalarında Santa-Krusda istirahət evi kimi neomavritan tərzində qəsr tikdirmişdi.[5] 1985-ci ildə Sid vəfat etdikdə Nadyaya böyük mülk qalmışdı və o da Yuri Farberlə evlənmişdi.[1]
ABŞ-də olarkən yəhudi və venesuelalı immiqrantlara yardım etmək məqsədilə çoxsaylı təşkilatlara dəstək göstərmişdi: Monakoda Qırmızı Xaça, Parisdə Amerika Xəstəxanasına və Monakoda Şahzadə Qreys Xəstəxanasına.[3]