Nahid Məmmədov (baş gizir)

Nahid Hüseynağa oğlu Məmmədov (9 may 1990; Vənlik, Cəlilabad rayonu, Azərbaycan — 13 sentyabr 2022; Zəngilan rayonu, Azərbaycan) — Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının baş giziri, Vətən müharibəsi iştirakçısı. 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin Zəngilan istiqamətində Azərbaycan Ordusuna qarşı törətdiyi təxribat nəticəsində şəhid olmuşdur.

Nahid Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Vənlik, Cəlilabad rayonu, Azərbaycan
Vəfat tarixi (32 yaşında)
Vəfat yeri Zəngilan rayonu, Azərbaycan
Dəfn yeri Vənlik, Cəlilabad rayonu, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Hüseynağa Məmmədov
Anası Maral Məmmədova
Təhsili orta
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Sərhəd Qoşunları
Xidmət illəri 2013—2022
Rütbə Baş gizir
Döyüşlər Vətən müharibəsi
 • Zəngilanın azad edilməsi
Azərbaycan–Ermənistan sərhəd toqquşması (2022)
Təltifləri "Azərbaycan Bayrağı" ordeni — 2022"Vətən uğrunda" medalı — 2022"İgidliyə görə" medalı — 2020"Zəngilanın azad olunmasına görə" medalı — 2020"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı — 2013
"Vətən müharibəsi iştirakçısı" medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Nahid Məmmədov 9 may 1990-cı ildə Cəlilabad rayonunun Vənlik kəndində Hüseynağa Məmmədovun və Maral Məmmədovanın ailəsində anadan olmuşdur.[1] 1996–2007-ci illərdə Cəlilabad rayon Vənlik kənd tam orta məktəbində orta təhsil almışdır. İlahə Məmmədova ilə evli idi, Şəhriyar adlı oğlu və Yağmur adlı qızı yadigar qaldı.[2]

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Nahid Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmış, bir müddət Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissələrdən birində sıravi əsgər kimi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "müddətdən artıq hərbi xidmət" kursuna başlamışdır. Kursu bitirən Nahid Məmmədov bu hərbi birləşmənin sıralarında müddətdən artıq hərbi xidmət qulluqçusu olaraq xidmətinə davam etmişdir. Hərbi xidməti zamanı Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən medal, fəxri fərman və təşəkkürnamələrlə təltif edilmişdir.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri olan Nahid Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Nahid Məmmədov "İgidliyə görə" medalı ilə təltif edildi.[3]

Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nahid Məmmədov "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]

Vətən müharibəsi bitdikdən sonra Nahid Məmmədov "baş gizir" rütbəsi almışdı və Zəngilan rayonunda yerləşən "N" saylı hərbi hissələrdən birində hərbi xidmətini davam etdirirdi.

2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilmişdir. Təxribat nəticəsində Azərbaycan-Ermənistan sərhədində sərhəd toqquşması baş vermişdir. Döyüşlərdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının hərbçisi kimi iştirak edən Nahid Məmmədov 13 sentyabr 2022-ci ildə Zəngilan rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur.[5] 14 sentyabr 2022-ci ildə nəşi evinə gətirilərək doğulduğu Cəlilabad rayonunun Vənlik kəndində dəfn edilmişdir. Dəfn mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, qazilər, müharibə veteranları, kənd sakinləri və Nahid Məmmədovun yaxınları iştirak etmişlər.[6]

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Nahid Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilmişdir.[7]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycanın Müdafiə Nazirliyi. "2022-ci il sentyabrın 12-dən etibarən Ermənistan Silahlı Qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (ingilis). 2022-09-17. 2022-09-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17.09.2022.
  2. "Şəhid Nahid Məmmədov". www.unudulmazlar.az (az.). 2023-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11.01.2023.
  3. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "İgidliyə görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 18.12.2020. 2021-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.12.2020.
  4. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 25.12.2020. 2021-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  5. "Şəhid Nahid Məmmədov Cəlilabadda torpağa tapşırılıb". www.report.az (az.). 14.09.2022. 2023-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11.01.2023.
  6. "Cəlilabadda şəhidlərimiz son mənzilə yola salındı". www.celilabad-ih.gov.az (az.). 2022-09-14. 2023-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11.01.2023.
  7. 1 2 3 Azərbaycan Prezidentinin rəsmi saytı. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (az.). 05.11.2022. Archived from the original on 2022-11-06. İstifadə tarixi: 06.11.2022.
  8. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "İgidliyə görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 18.12.2020. 2021-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.12.2020.
  9. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". e-qanun.az. 25.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  10. "Vətən müharibəsi iştirakçılarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı) (az.)). 10.02.2022. 2022-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.02.2022.