Nailə Bağırova (nazir)

Nailə Ağadadaş qızı Bağırova (20 iyun 1939, Bakı21 iyul 2020, Bakı) — Azərbaycan iqtisadçısı və dövlət xadimi, Azərbaycan Respublikasının "Xidmət" Konserninin prezidenti (1990–1996), Azərbaycan SSR əhaliyə məişət xidməti naziri (1989–1990), Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini — Baş Qiymət İdarəsinin rəisi (1989), Azərbaycan SSR Dövlət Qiymət Komitəsinin sədri (1984–1988), Azərbaycan SSR maliyyə nazirinin müavini (1983–1984), Azərbaycan SSR əməkdar iqtisadçısı.

Nailə Bağırova
bayraq
Azərbaycan Respublikasının "Xidmət" Konserninin prezidenti
bayraq2
1 noyabr 1990 – 19 avqust 1996
Sonrakıqurum ləğv edilmişdir
bayraq
Azərbaycan SSR əhaliyə məişət xidməti naziri
bayraq2
22 may 1989 – 1990
ƏvvəlkiBoris Aleksenko
Sonrakıqurum ləğv edilmişdir
bayraq
Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini — Baş Qiymət İdarəsinin rəisi
bayraq2
yanvar 1989 – may 1989
SədrAyaz Mütəllibov
Rəhim Hüseynov
bayraq
Azərbaycan SSR Dövlət Qiymət Komitəsinin sədri
bayraq2
28 aprel 1984 – 16 sentyabr 1988
ƏvvəlkiƏhməd Zülfüqarov
Komitə ləğv edilərək Azərbaycan SSR Dövlət Plan Komitəsinin Baş Qiymət İdarəsinə çevrilmişdir
26 yanvar 1983 – aprel 1984
NazirBaxşəli Baxşəliyev
Şəxsi məlumatlar
Doğum tarixi 20 iyun 1939(1939-06-20)
Doğum yeri
Vəfat tarixi 21 iyul 2020(2020-07-21) (81 yaşında)
Vəfat yeri
Partiya
Təhsili

Təltifləri "Şərəf nişanı" ordeni
"Azərbaycan SSR əməkdar iqtisadçısı" fəxri adı

Nailə Ağadadaş qızı Bağırova 20 iyun 1939-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1961-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir.[1]

Nailə Bağırova əmək fəaliyyətinə 1957-ci ildə Azərbaycan SSR Maliyyə Nazirliyində katibəlikdən başlamışdır. 1961–1983-cü illərdə burada baş inspektor, sənayenin maliyyələşdirilməsi idarəsində baş iqtisadçı, idarə rəisinin müavini, idarə rəisi, 1983–1984 illərdə Azərbaycan SSR maliyyə nazirinin müavini vəzifələrində işləmişdir.[1]

1984-cü ildə Azərbaycan SSR Dövlət Qiymət Komitəsinin sədri təyin edilən Nailə Bağırova komitə ləğv edilənədək — 1988-ci ilədək bu bu vəzifədə çalışmışdır. 1989-cu ilin yanvar ayından Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini — Baş Qiymət İdarəsinin rəisi, həmin ilin may ayından isə Azərbaycan SSR əhaliyə məişət xidməti naziri olmuşdur.[2] 1990-cı ilin noyabr ayından Azərbaycan Respublikasının "Xidmət" Konserninin prezidenti vəzifəsində çalışmışdır.[1]

Nailə Bağırova "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir. Onun adı İngiltərədə çıxan "Dünyanın işgüzar qadınları" kitabına salınmışdır.[3]

Nailə Bağırova 21 iyul 2020-ci ildə vəfat etmişdir.[4]

  1. 1 2 3 Бағырова Наилә Ағададаш гызы // Азәрбајҹанда ким кимдир? (Сорғу-мәлумат китабы). Тәртибчи-мүәллифләр: Тејмур Әһмәдов, Тарыјел Ҹаһанҝир. Бакы: "Азәрбајҹан Енсиклопедијасы" НПБ. 1999. С. 67. ISBN 5-89600-253-x.
  2. Наилә Ағададаш гызы Бағырова: [Азәрбајҹан ССР әһалијә мәишәт хидмәти назири] // Коммунист. № 119 (20887). 23 мај 1989-ҹу ил. С. 1.
  3. Bağırova Nailə Ağadadaş qızı // Azərbaycan qadını ensiklopediyası. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Nəşriyyat-Poliqrafiya Birliyi. 2002. səh. 56. ISBN 5-896001-366-8.
  4. Azərbaycanda sabiq nazir vəfat etdi // publika.az. 21 iyul 2020. 2022-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 iyul 2022.