Nalçik-Orconikidze əməliyyatı — faşistlərin Nalçik və Orconikidze vasitəsi ilə, Qroznı, Tiflis və Bakıya soxulmasının qarşısını almaq üçün 25 oktyabr - 12 noyabr 1942-ci ildə Cənubi Qafqaz cəbhəsinin Şimal qoşunlar qrupunun keçirdiyi əməliyyat. Alman komandandanlığı, Qroznı neft rayonuna Malqobek platsdarmından və Elxot qapıları vasitəsilə uğursuz soxulmaq cəhdlərindən sonra bu məqsədə Nalçik və Orconikidzedən keçməklə nail olmaq qərarına gəldi. Orconikidze rayonuna çıxmaqla Qroznıya Sunja çayı vadisi, Tiflisə isə Hərbi-Gürcüstan yolu vasitəsilə çıxmaq qərara alınır. Almanların "A" ordular qrupunun 1-ci tank ordusu gizli yenidən qruplaşdırılaraq 25 oktyabrın sonuna qədər əsas qüvvələrini Nalçik istiqamətində cəmləşdirə bildi. Bu zaman Cənubi Qafqaz cəbhəsinin Şimal qoşunlar qrupu(komandan general-leytenant İ.İ. Maslennikov), rəqibin yenidən qruplaşmasını aşkar etməyərək, onun qoşunlarını məhv etmək məqsədi ilə, Terekin sağ tərəfinə Malqobek, Elxotovo, Mayskiy rayonlarına hucumla daxil olmağı və Terek böyu müdafiəni bərpa etməyi hazırlaşırdı. Sovet qoşunları Malqobek rayonunda rəqibi piyada və artilleriyada üstələyirdilər, amma tank və aviasiyada üstünlük almanların tərəfində idi. 37 -ci ordunun müdafiə etdiyi Nalçik istiqamətində, almanlar iki tank və bir mühhərikli(200 tank) diviziya cəmləşdirdilər. Yarılma sahəsində almanlar piyada qüvvələrdə üç, artilleriyada isə on qat üstünlüyə malik idilər. 25 oktyabrda səhərdən güclü artilleriya və aviasiya hazırlığından sonra hucuma keçdilər. 37-ci ordunun müdafiəsini yararaq, oktyabrın 28-də Nalçiki tutdular. Həmin gün almanların tank dəstələrinin avanqardı Urux çayına çıxdılar, oktyabrın 29-da isə Çikola rayonunda onu forsaj etdilər. 37-ci ordu onlara müqavimət göstərə bilmədi. Çikolanı ələ keçirən almanlar cənub-şərq Orconikidze istiqamətində hərəkət etməyə başladılar. Noyabrın 2-də 1-ci alman tank ordusunun hərəkətli hissələri şəhər civarına yaxınlaşdılar. Alınmış vəziyətdə Şimal qoşunlar qrupunun komandanlığı Malqobek istiqamətində hucum əməliyatından imtina etdi və qüvvələrin yenidən qruplaşdırılmasını təşkil etdi: qoşunların bir hissəsi Qroznı istiqamətindən Orconikidze istiqamətinə ötürüldü. Sovet qoşunlarının əks-hucumları almanları noyabrın 5-də müdafiəyə keçməyə məcbur etdi. Almanların hucumunun dəf edilməsində 4-cü hava ordusu böyük rol oynadı. Nalçik istiqamətində döyüşlər zamanı o 2000 təyyarə-reydi təşkil etdi.
Nalçik-Orconikidze əməliyyatı | |
---|---|
Tarix | 1942 |
|