Nana Corcadze

Nana Gigiyevna Corcadze (gürc. ნანა ჯორჯაძე;; 24 avqust 1948[1], Tbilisi, Gürcüstan SSR, SSRİ[2]) — Gürcü aktrisası, kinorejissoru, ssenaristi, rəssamı, müəllimi, Kann Film Festivalının mükafatçısı, Oskar mükafatına namizəd.

Nana Gigiyevna Corcadze
gürc. ნანა ჯორჯაძე
Doğum adı ნანა ჯორჯაძე
Doğum tarixi 24 avqust 1948(1948-08-24)[1] (76 yaş)
Doğum yeri
Fəaliyyəti kinorejissor, ssenarist, kino aktrisası, rejissor, aktrisa, film ssenaristi[d], pedaqoq
Fəaliyyət illəri 1978-ci ildən
Təhsili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Nana Corcadze 2021-ci ildə Sürixdə

Nana Corcadze 1948-ci ildə Tbilisidə anadan olub. Öz sözləri ilə desək, o, təyyarədə doğulub, damda böyüyüb. O, yaxşı gürcü ailəsindən idi, gəncliyində hippi hərəkatını sevirdi, tez-tez evdən qaçır və qatarlarda avtostop və "dovşan" ilə Sovet İttifaqını gəzirdi.[3][4]

Nana Corcadze 1966-cı ildə musiqi texnikumunu, 1972-ci ildə Tbilisi Rəssamlıq Akademiyasının memarlıq fakültəsini şəhərsalma ixtisası üzrə bitirmişdir. Nana Corcadze 1968–1974-cü illərdə memar kimi çalışmışdır.[4]

1974-cü ildə o, Tbilisi Dövlət Teatr İnstitutunun kino rejissorluğu fakültəsinə daxil olur. Fakültədə Nana təzə qurulan Tengiz Abuladzeİrakli Kvirikadzenin sənət emalatxanasının ilk tələbələrindən olur.[3] O elə burda tanış olduu İrakli Kvirikadze ilə ailə qurur.[4]

N.Corcadze 1977-ci ildən kinoda çəkilməyə başlayır. Corcadze bəzi filmlərində rəssam və geyim rəssamı kimi də iştirak edir. O, aktrisa kimi bir sıra filmlərdə rol alıb. Bu filmlərdən olan "Robinsonada, ya da mənim ingilis babam" (1987) filminə görə o, 40-cı Kann Film Festivalında "Qızıl kamera" mükafatına layiq görülüb.[5]

1991–1995-ci illərdə əri İrakli Kvirikadze ilə birlikdə Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunda rejissor emalatxanasına rəhbərlik etmişdir.[3] Nana Corcadze 1994-cü ildən Avropa Kino Akademiyasının üzvüdür.

Nana Corcadze 1995-ci ildən AlmaniyaRusiyada yaşayır. O, Rusiya, Fransa və Almaniyada aktiv yaradıcılıqla məşğul olur.

Pyer Rişarla birlikdə baş rolda oynadığı "Sevgidə olan kulinariya üçün min bir resept" (1996) komediyası "Ən yaxşı xarici dildə film" nominasiyasında Oskar mükafatına namizəd olmuşdur.[6][7]

Corcadze 2002-ci ildə XII "İnsanlara Mesaj" Beynəlxalq Kino Festivalının münsiflər heyətinin sədri olub.

2017-ci ildə Nana Corcadze Amerika Kino Sənəti Akademiyasına qoşulmaq üçün dəvət alıb.[8].

Nana Corcadze kino karyerası ərzində ümumilikdə aktrisa kimi beş filmə çəkilmiş, on üç filmin rejissoru olmuş, dörd bədii filmə ssenari yazmışdır.

  • Keçmiş əri (1974-cü ildən 2010-cu ilə qədər) — rejissor İrakli Kvirikadze (1939-cu il təvəllüdlü).[9] Tbilisi Dövlət Teatr İnstitutunun kinorejissorluq fakültəsində Corcadzenin müəllimi olub. Öz etirafına görə — "Müəllimlə ailə həyatı qurdum. Oktyabrın 2-də dərslər başladı, 27-də isə artıq evlənmişdik. Qasırğalı romantikamız 25 gün davam etdi və artıq 35 ildir davam edir ".[4]
  • Oğulları — Mixail və Buba.[10]
  1. 1 2 Nana Džordžadze // filmportal.de. 2005.
  2. 1 2 Deutsche Nationalbibliothek Record #132590069 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  3. 1 2 3 "Больше, чем любовь. Нана Джорджадзе и Ираклий Квирикадзе". Культура. 2010. 2019-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-28.
  4. 1 2 3 4 Светлана Агрест-Короткова. "Нана Джорджадзе: Вопрос национальности для меня — последний". День. 2010-09-09. 2019-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-28.
  5. "Робинзонада, или Мой английский дедушка". ru:Каннский кинофестиваль (ingilis). 2021-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-28.
  6. "A Chef in Love (1996) Nana Jorjadze 5th July 2012". Britishgeorgiansociety.org. 26 September 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 May 2016.
  7. "საქართველოს კინემატოგრაფისტთა შემოქმედებითი კავშირის წევრი". Geocinema.ge. 8 May 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 May 2016.
  8. "Американская академия киноискусств пригласила Киру Муратову и Нану Джорджадзе". Культура. 2017-06-29. 2017-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-28.
  9. ""Крик" в Батуми: Грузинская премьера фильма супруги Ираклия Квирикадзе пройдёт в сентябре". ru:Sputnik Грузия. 2019-10-09. 2020-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-28.
  10. Квирикадзе И. М. 1000 и 1 рецепт влюбленного кулинара. М.: ОЛМА Медиа Групп. 2006. 128. ISBN 5-373-00287-9.
  • Mikaberidze, Alexander (ed., 2007). Jorjadze, Nana. Dictionary of Georgian National Dictionary. Retrieved on December 9, 2007.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]