Bu məqaləni vikiləşdirmək lazımdır. |
Naomi Uotts (ing. Naomi Ellen Watts, 28 sentyabr 1968, Kent, Böyük Britaniya) — İngilis-Avstraliya aktrisasıdır.
Naomi Uotts | |
---|---|
ing. Naomi Watts | |
| |
Doğum adı | Naomi Ellen Watts |
Doğum tarixi | |
Doğum yeri | Shoreham, Kent, İngiltərə |
Milliyyəti | ingilis, uels |
Həyat yoldaşı |
|
Uşağı | 2 |
Partnyorları |
|
Atası | Peter Watts |
Anası | Myfanwy Edwards |
Fəaliyyəti | Aktrisa |
Fəaliyyət illəri | 1986-cı ildən |
Boyu | 165 sm[1] |
Mükafatları |
|
IMDb | ID0915208 |
Vikianbarda əlaqəli mediafayllar |
Naomi Uotts Peter Uotts və Mifannavi Roberts ailəsində 28 sentyabr 1968-ci ildə anadan olmuşdur.Onun anası əntiq satıcısı, atası isə məşhur rok qrupu Pink Floydun səs mühəndisi idi. Naomi dörd yaşı olanda olanda valideynləri boşanır və üç il sonra atası vəfat edir. İki övladı (Benjamin adlı qardaşı, ABŞ-də artıq məşhur fotoqrafdı,2 yaş Uottsdan böyükdü) ilə rahatlıq axtarışında İngiltərəni səyahət edən xanım Uotts nəhayət ana evi yurdu Avstraliyanın Sidney şəhərinə köçür.O vaxt Naominin 14 yaşı var idi. Uşaq vaxtı yerli teatrların birində aktrisalıq edən anasının sayəsində Naomidə də aktrisalığa maraq yarandı. Aktyor məktəbini bitirdikdən sonra isə kastinqlərdə iştirak etməyə başlayır. Elə məhz bu kastinqlərin birində o sonralar ən yaxın rəfiqəsinə çevrilən Nikol Kidmanla tanış olur. Aktrisanın ilk rolu "Məhəbbət naminə" (1986) filmində olur.On səkkiz yaşında Naomi modelliklə məşğul olmağa başlayır və Yaponiyada işləmək üçün bir təşkilat vasitəsilə işə qəbul olunur.Bir il mübarizə aparsada anlayır ki, bu iş onluq deyil və geriyə - evə qayıdır. İndi o özünü model biznesinin digər tərəfində yoxlamaq qərarı vermişdi - moda jurnalında müxbir vəzifəsində. Bir çox peşələr arasında qərarsız olsa da, ürəyinin dərinliyində hiss edirdi ki, o aktrisa olmalıdı. Onun alnına bu yazılıb. Tezliklə Naomi daha bir filmdə- "Əyləncə" də (1991) kiçik bir rol alır.Daha sonra isə Avstraliya mini serialında gələcəyin daha bir ulduz aktyoru- Rassel Krou ilə tərəf müqabili olur. "Əyləncə"-nin rejissoru Con Duiqan aktrisanın özünün növbəti filminə dəvət edir- "Geniş Sarqasso dənizi" (1992).Bundan sonra gənc aktrisa Los-Ancelesə gəlir. İlk Hollivud təcrübəsi Naomi Uotts üçün - "Gecə sessiyası" (1993) filmi olur. Amma nə bu, nə də 90-cı illərin əvvəlləri çəkildiyi filmlər ("Tankistka", "Qarğıdalı uşaqları-4", "Vicdanlı xanım", "Yad planet" və s.) Naomini ulduz etmədi.Kino karyera Uotsa şöhrət gətirən film Devid Linçin "Malholland sürücüsü" (2001) oldu. Bu filmə görə o özünün ilk mükafatlarını qazandı. 230 milyon gəlir gətirən "Zəng" filmi aktrisaya ulduz möhürü vurdu. Bununla da onun yüksəliş dövrü başladı.Aktrisanın daha bir uğurlu rolu İnarritunun çəkdiyi "21 qram" (2002) filmində oldu ki, həmin rol aktrisanı "Oskar"a namizəd etdi.
Aktrisa rejissorlar - Daniel Kerbi və Stiven Hoppkinslə, ssenarist Cef Sminqi və aktyor Hit Ledcerlə görüşüb. Amma onun həyat yoldaşı aktyor Liv Şrayberdi. Onların indi iki oğlu var: Aleksandr və Samuel. Aktrisa ailəsi ilə bərabər Nyu-Yorkda yaşayır. Aktrisa bir neçə aktyor və aktrisalarla dostluq edir. Onların içində Benissio Del Toro, Nikol Kidman, Seymon Beyker də var. Nikol Kidman hələ Tom Kruza evli olduğu vaxt Naomi onların Stella adlı uşaqlarına dayəlik edirdi. Təsadüfü deyil ki, Stellanın xaç anası da elə Naomi Uottsdu.