Nar — Azerfon MMC-nin Azərbaycanda fəaliyyət göstərən GSM standartlı mobil rabitə operatoruna məxsus olan əmtəə nişanı.
Nar | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | Mobil rabitə operatoru |
Sənaye | Mobil rabitə |
Təsis tarixi | 21 mart 2007 |
Baş qərargahın yeri | Bakı, Azərbaycan |
Rəhbərlik | |
Rəhbərlik |
Qunnar Panke (Baş İcraçı Direktor) Denis Ksenofontov (Marketinq rəhbəri) Fariz Cəfərov (Korporativ Satış Direktoru) |
nar.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Şirkətin açıqlamasına görə “Nar” əmtəə nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%[1]-ni əhatə edir və 2,24 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
“Nar” şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib.
Azerfon MMC şirkəti 2005-ci ildə rəsmi qeydiyyatdan keçib (link). 2007-ci il mart 21-də “Nar Mobile” əmtəə nişanı ilə fəaliyyətə başlayıb. Azərbaycan telekommunikasiya bazarına üçüncü daxil olan mobil operator bazarda ən sərfəli qiymətləri təklif etdi [2]. 2008-ci ildə “Nar” Azərbaycanda 3G texnologiyası əsasında xidmət təklif edən mobil operator olub. 2014-cü ildə 4G'ni tətbiq elədi. 2016-ci ildə şirkət re-brendinq edərək loqosunu dəyişdi və əmtəə nişanını sadəcə “Nar[3]” olaraq təsbit etdi. 2018-ci ildə “Nar” əmtəə nişanı konseptual dəyişiklik etdi[4].
Nar şirkətinin Nar+ adlı tətbiqi var. Bu tətbiqi App Store və Google Play Store-da endirmək əlçatandır. Nar+ 20 avqust 2019-da istifadəyə verilib. 2022-ci ilə əsasən 500 min endirməni aşıb.[5] Tətbiqdə Azərbaycan dili, İngilis dili, Rus dili dəstəklənir.
Bu məqalə qaralama halındadır. |