Narko (ing. Narcos) — Kris Brankato, Karlo Bernard və Duq Miro tərəfindən yaradılmış və istehsal olunmuş ABŞ detektiv-dram teleserialı.
Narcos | |
---|---|
Narcos | |
Janr | dram teleserialı[d], narko-serial[d] |
Rejissor |
|
Yaradıcısı | Kris Brankato[d] |
Rollarda |
|
Bəstəkar |
|
İstehsalçı ölkə | |
Dil | ingilis dili, ispan dili |
Davametmə müddəti | 50 dəq. |
IMDb | ID2707408 |
netflix.com/title/800251… | |
Vikianbarda əlaqəli mediafayllar |
Mövzusu Kolumbiyada cərəyan edən və çəkilişlərinin Kolumbiyada gerçəkləşdiyi teleserialın birinci və ikinci mövsümləri kokain istehsalı və distribusiyası sayəsində milyarderə çevrilmiş məşhur narkobaron Pablo Eskobarın həyatını əhatə edirdi. Teleserial diqqət mərkəzində Pablo Eskobarın rəqib narkobaronlarla, Narkotiklə Mübarizə İdarəsi (abr. NMİ) agentləri və müxtəlif müxalif qruplarla olan qarşılıqlı əlaqəsi də var. Teleserialın üçüncü mövsümü Pablo Eskobarın süqutundan dərhal sonra baş verənləri əhatə edir.[1][2] Üçüncü mövsümdə NMİ tanınmış Kali kartelinin yüksəlişinin qarşısını almağa çalışır.
Teleserialın on seriyadan ibarət birinci mövsümü ilk dəfə 28 avqust 2015-ci ildə "Netflix"-də eksklüziv olaraq yayımlanmışdır.[3] Bundan sonra "Netflix" istehsalçı şirkətlə bağlanan müqaviləni teleserialın ikinci mövsümü üçün yeniləmişdir. Teleserialın on seriyadan ibarət ikinci mövsümü ilk dəfə 2 sentyabr 2016-cı ildə yayımlanmışdır.[4] Teleserialın istehsalçı şirkəti ilə bağlanan müqavilə yenidən yenilənmişdir və "Netflix" teleserialın üçüncü və dördüncü mövsümlərini sifariş etmişdir.[5] Teleserialın on seriyadan ibarət üçüncü mövsümü ilk dəfə 1 sentyabr 2017-ci ildə yayımlanmışdır, ancaq 18 iyul 2018-ci ildə teleserialın rejissorları teleserialın dördüncü mövsümünün "Narko: Meksika" başlıqlı yeni bir "Netflix" orijinal teleserialı olacağını açıqlamışdır. Yeni teleserialın birinci mövsümü ilk dəfə 16 noyabr 2018-ci ildə yayımlanmışdır.[6] Bu teleserialın mövsümü 1980-ci illərin Meksikasında cərəyan edir.[7]
Mövsüm | Seriyalar | İlkin yayımlanma tarixi | |
---|---|---|---|
1 | 10 | 28 avqust 2015 | |
2 | 10 | 2 sentyabr 2016 | |
3 | 10 | 1 sentyabr 2017 |
İl | Mükafat | Kateqoriya | Nominasiyalar | Nəticə | İst. |
---|---|---|---|---|---|
2015 | Hollywood Music in Media Awards | Orijinal musiqi – Televeriliş/Rəqəmsal serial | Pedro Bromfman | Namizəd | |
2016 | Qızıl qlobus | Ən yaxşı televiziya serialı – dram | Narko | Namizəd | |
Ən yaxşı aktyor – dram televiziya serialı | Vaqner Moura | Namizəd | |||
ABŞ Yazıçılar Gildiyası mükafatı | Ən yaxşı epizodik rol (dram) | Endi Blek (Seriya: "Explosivos") | Namizəd | ||
Sputnik | Ən yaxşı televiziya serialı – dram | Narko | Namizəd | ||
Musiqi Nəzarətçiləri Gildiyası mükafatı | Televiziya dramında ən yaxşı nəzarət | Liza Riçardson | Qazandı | ||
Qızıl treyler mükafatı | Bir teleserial və ya miniserial üçün ən yaxşı treyler və ya tizer for a TV Series/Mini-Series | Netflix, Transit (Treyler: "Lines") | Qazandı | ||
British Academy Television Awards | Ən yaxşı beynəlxalq proqram üzrə British Academy Television Award mükafatı | Produserlər
|
Namizəd | ||
Imagen Foundation Awards | Ən yaxşı aktyor – televiziya | Vaqner Moura | Namizəd | ||
Ən yaxşı aktyor – televiziya | Pedro Paskal | Namizəd | |||
Primetime Creative Arts Emmy Awards | Görkəmli əsas başlıq | Dizaynerlər
|
Namizəd | ||
Outstanding Original Main Title Theme Music | Rodrigo Amarante | Namizəd | |||
Dram serialı üçün görkəmli təkkameralı rəsm redaktəsi | Leo Trombetta (Seriya: "Descenso") | Namizəd | |||
Hollywood Music in Media Awards | Ən yaxşı əsas başlıq – Televeriliş/Rəqəmsal striminq serialı | Kayl Dikson, Maykl Ştayn | Namizəd | ||
Artios Awards | Televiziya pilotunda görkəmli kastinq nailiyyəti – dram | Kastinq rejissorları
|
Namizəd | ||
2017 | Xalqın seçimi mükafatı | Favorit premium dram serialı | Narko | Namizəd | |
Qızıl treyler | Ən yaxşı döyüş (serial üçün telereklam, treyler və ya tizer) | Netflix, Transit (Treyler: "Lines") | Qazandı | ||
Golden Reel Awards | TV Short Form – FX/Foley | Sound editors
|
Namizəd |
"Narko: Meksika" teleserialının birinci seriyası 16 noyabr 2018-ci ildə yayımlanmışdır. Bu teleserialın süjet xətti 1980-ci illərin Meksikasında cərəyan edir və diqqət mərkəzi Kolumbiyada cəmləşən "Narko" teleserialı eyni dünyanı paylaşır. Amada Karrilyo (Xose Mariya Yazpik) və Pablo Eskobar (Vaqner Moura), eləcə də Kiki Kamarena (Maykl Penya) və Migel Feliks-Qallardo (Diyeqo Luna) kimi personajlar epizodik rolları canlandırır. Teleserial Meksikanın ilk narkotik kartelini, onların arasında münaqişəni və narkotiklə müharibə əhatə edir.[6]