Nasir əl-Məhəmməd əl-Əhməd əs-Sabah

Nasir əl-Məhəmməd əl-Əhməd əs-Sabah (22 dekabr 1940)—Küveytin baş naziri.

Həyatı[redaktə | mənbəni redaktə et]

Nasir əl-Məhəmməd əl-Əhməd əs-Sabah 22 dekabr 1940-cı il Küveytdə anadan olmuşdur. İbtidai və orta təhsilini Birləşmiş Krallığın Ali Təhsil Sertifikatına malik Küveyt Məktəbində almışdır. 1964 – Cenevrə Universitetində Siyasi və İqtisadi Elmlər üzrə bakalavr dərəcəsi almışdır. Fransız, ingilis və fars dillərində səlis danışır. 1964 – Xarici İşlər Nazirliyinin III katibi olmuşdur. Oktyabr 1964 – Küveytin BMT-dəki (Nyu-York) Daimi Nümayəndəliyinə təyin edilmişdir.

İyun 1965 – Yenidən Xarici İşlər Nazirliyinə təyin edilmişdir. 1965 – Xarici İşlər Nazirliyində Fövqəladə və Səlahiyyətli Nazir təyin edilmişdir. 1966 – BMT-nin Cenevrədəki ofisində Küveyt nümayəndəsi kimi fəaliyyətə başlamış, 1966-cı ildə burada Küveyt Daimi Nümayəndəliyinin ilk inauqurasiyasını etmiş və həmin ildə Küveytin İsveçrə Konfederasiyasındakı ilk Səfiri təyin olunmuşdur. oktyabr 1968 – Küveytin İran İslam Respublikasındakı (non-resident ambassador) Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir.

1975-197 – İranda Diplomatik Korpusun duayeni olmuşdur. (həmin illər ərzində dünyada ən gənc duayen idi) may 1979 – Xarici İşlər Nazirliyində işləmək üçün geri çağrılmışdır. 1979-1985-ci illər – İnformasiya Nazirliyinin Katibi vəzifəsində çalışmışdı.

  • 1985-1988-ci illər – İnformasiya Naziri
  • 1988-1990-cu illər – Sosial İşlər və Əmək Naziri
  • 1990-1991-ci illər – Xarici İşlər üzrə Dövlət Naziri
  • 2005- ci ildə – Baş nazir təyin olunmazdan əvvəl Əmir fərmanı ilə Əmir Divanı İşləri üzrə Nazir vəzifəsinə təyin edilmişdir.

Nasir əl-Məhəmməd əl-Əhməd əs-Sabah 28 may 2008-ci ildə – Baş Nazir təyin edilmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]