FUT Esports

FUT Esports və ya keçmiş adı ilə Futbolist – 2016-cı ildə yaradılmış Türkiyə kiberidman klubu. "League of Legends", "PUBG", "PUBG Mobile", "Valorant", "FIFA" və "Hearthstone" kimi komandaları mövcuddur.

FUT Esports
Klubun loqosu.
Yaranma tarixi2016 dekabr
RegionTürkiyə Türkiyə
Şəhərİstanbul
Rənglər         qırmızı-qara
BölmələrLeague of Legends, Valorant, Apex Legends, Heartstone, FIFA, PUBG
SaytRəsmi saytı

League of Legends[redaktə | mənbəni redaktə et]

Klubun "League of Legends" komandası 2022-ci ildə yaradılmış və 2023-cü ildə Türkiyə Çempionluq Liqasında yarışmağa başlamışdır. Komanda 2023 mövsümünün qış splitində uğurlu mövsüm keçirərək normal liqanı 2-ci yerdə tamamlamış, finalda isə "İstanbul Wildcats" klubuna 0–3 hesabı ilə məğlub olmuşdurlar.[1] Onlar 2-ci yeri tutduqları üçün EMEA Masters turnirinə qatılmağa haqq qazanmışdırlar. "Macko Esports", "Movistar Riders""Aegis" klubları ilə düşdüyü qrupda cəmi 2 qələbə qazanaraq sonuncu olmuşdurlar.

Heyət[redaktə | mənbəni redaktə et]

FUT Esports "League of Legends" heyəti
Oyunçular Məşqçilər
Rol Ləqəb Ad Ölkə
Üst  StarScreen  Soner Kaya    Türkiyə 
Meşə  Mojito  Berk Kocaman    Türkiyə 
Orta  Tempt  Kan Myun-qu    Cənubi Koreya 
Alt  Kaori  Muhammed Hasan Şentürk    Türkiyə 
Dəstək  Asper  Kim Tae-qi    Cənubi Koreya 
Baş məşqçi

Çoi "Pirean" Cun-şik


Legenda:
  • (Q) Qeyri-aktiv
  • (Ç) Çıxarılıb
  • Ehtiyat oyunçu Ehtiyat
  • Zədəli Zədə / Xəstəlik
  

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "League of Legends Türkiye Ligi şampiyonu DenizBank İstanbul Wildcats oldu". Cumhuriyet (türkcə). 2 aprel 2023. 30 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 may 2023.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]