Nastya Kamenskix

Nastya Kamenskix, əsl adı Anastasiya Alekseyevna Kamenskix (ukr. Анастасія Олексіївна Каменських; 4 may 1987, Kiyev vilayəti) — Ukrayna popR&B müğənnisi, aktrisa, televiziya şəxsiyyəti və iş qadını. O, Ukraynanın "X-Factor" vokal şousu və "Ölkənin səsi" şousunda çıxış edərək populyarlıq əldə etmişdir. Kamenskix 2017-ci ildən NK təxəllüsü ilə çıxış edir.

Nastya Kamenskix
ukr. Анастасія Олексіївна Каменських
Ümumi məlumatlar
Doğum adı Анастасія Олексіївна Каменських
Ləqəbi NK
Doğum tarixi 4 may 1987(1987-05-04) (37 yaş)
Doğum yeri
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, aktrisa, aparıcı, televiziya aparıcısı
Fəaliyyət illəri 2004-cü ildən
Janrlar müasir R&B[d], hip-hop[d], pop musiqisi, elektropop[d]
nkofficial.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Anastasiya Alekseyevna Kamenskix 4 may 1987-ci ildə SSRİ respublikalarından olan Ukrayna SSR-nin Kiyev şəhərində anadan olmuşdur. Onun anası Lidiya Petrovna Kamenskix 6 noyabr 1955-ci ildə anadan olmuş,[1] Q. Q. Veryovka adına Milli Akademik Xalq Xorunun müğənnisi kimi çıxış etmişdir. Atası Aleksey İosifoviç Jmur (16 may 1939 – 25 yanvar 2021)[1][2][3] gəncliyində "Dinamo" voleybol komandasının kapitanı olmuş, daha sonra Q. Q. Veryovka xorunun konsert direktoru kimi çalışmışdır.[3] Kamenskixin xaç anası Qriqori Veryovka adına xorun müğənnisi, Ukraynanın xalq artisti Alla Kudlay idi.

Anastasiya Kamenskix Beş yaşında mübadilə proqramı ilə Fransaya getmiş və orada iki ay qalmışdır. O, altı yaşında eyni proqram əsasında İtaliyaya getmiş, orada dil öyrənmiş və yeddi il İtaliyada yaşadıqdan sonra lokal məktəbə getmişdir.[3] Anastasiya Kamenskix Kiyevdə Peçersk gimnaziyasında oxumuşdur. O, 15 yaşında musiqi məktəbini fortepiano üzrə bitirmişdir. Kamenskix səkkiz il peşəkar rəqqas kimi fəaliyyət göstərmişdir. O, məktəbdən sonra Ukraynada ABŞ-nin Viskonsin Beynəlxalq Universitetinin Xarici İqtisadi Fəaliyyət fakültəsinə daxil olmuşdur. Kamenskix burada ingilis dilində təhsil almışdır.[4]

Musiqi karyerası

[redaktə | mənbəni redaktə et]
Kamenskix 2017-ci ildə.

Anastasiya Kamenskixin karyerası 2004-cü ildə Qara Dəniz Oyunları festivalında çıxış etməsi ilə başlamışdır. O, burada mükafatlar və festivalın Qran Prisini qazanmışdır. Kamenskix bir il sonra Londonda səhnədə "İlin kəşfi" nominasiyasında UBN mükafatlarına layiq görülmüşdür. O, 2006-cı ildə Aleksey Potapenko ilə birlikdə "Potap və Nastya" duetini qurmuşdur. 2008-ci ildə onların "Cütlük deyil" debüt albomları çıxmışdır.[5] 2017-ci ildə Kamenskix "Mozgi" ilə əməkdaşlığı dayandırmış, "NICE2CU" şirkətini yaratmış və "NK" solo layihəsini işə salmışdır.[6]

Anastasiya Kamenskix 2017-ci ildə "#Bumənimgecəmdir" adlı debüt solo videosunu yayımlamışdır.[7] O, elə həmin il Milad albomu və "Xmas with NK" televiziya şousunu buraxmışdır.[8] "NK"nin 10 trekdən ibarət debüt solo albomu "No comments"in buraxılışı eyni anda 3 dildə baş tutmuşdur. Müəllifin ukrayndilli "Trimay" treki "Ən yaxşı pop hit" mükafatına layiq görülmüş, bir ilə yaxın Ukrayna hit-paradlarının başında qalmışdır.[9] Bu həmçinin, İtaliyanın "RAI RADIO" radiosunun dalğalarında səslənən ilk Ukrayna treki olmuşdur.[10]

Kamenskix iki dəfə "M1" Musiqi Mükafatlarına görə ilin müğənnisi kimi tanınmış,[11] "Obitsyayu" treki üçün "Ukrayna Rus Radiosu" radiostansiyası ilə birlikdə ən yaxşı video və "Çervona ruta" mükafatını qazanmışdır. O, "Cosmopolitan Awards 2018"ə görə "İlin müğənnisi" adına layiq görülmüş,[12] "TRK Ukrayna"ya görə 2017-ci ilin nyusmeykeri və beynəlxalq ulduzu, 2020-ci ildə "YUNA" mükafatına görə Ən yaxşı ifaçı[13] kateqoriyalarında mükafat qazanmışdır.

Kamenskix 2017-ci ildən "STB" kanalında "X-Factor" vokal şousunun hakimi və mentorudur. 2018-ci ildə mentoru Kamenskix olan "ZBSband" komandası şounun 9-cu mövsümündə qalib gəlmiş və Ukrayna "X-Factor"unda qalib gələn ilk qrup olmuşdur.[14] Kamenskix 2020-ci ildə "Ölkənin səsi" vokal şousunun məşqçisi kürsüsünə oturmuşdur.[15] O, layihə tarixində ilk dəfə prodüserlər özləri və PTP komandası üçün qaydaları dəyişdirmiş və iştirakçılara duet yaratmağa icazə vermişdir.[16]

Latın Amerikasında uğuru

[redaktə | mənbəni redaktə et]

Kamenskixin valideynləri bir müddət Meksikada yaşamışdır. Onun sevimli mahnısı Meksika xalq mahnısı olan "Cucurucu, paloma" olmuşdur.[17]

2018-ci ilin sentyabrında Kamenskix ilk ingilis-ispandilli treki olan "Peligroso"nu təqdim etmişdir. Mahnı "Billboard Music Chart"a daxil olmuş, burada iki ay qalmışdır.[18] Trek "Telemundo"da səhər verilişi olan "¡Despierta América!, Total Acceso and Noticias"da nümayiş edilmişdir.[19] O, reggeton ifaçısı "De La Ghetto" ilə "Peligroso" trekinin birgə remiksini buraxmışdır.[20]

Kamenskix elə həmin il "Elefante" mahnısını buraxmış və ona klip çəkdirmişdir. O, Meksikanın "Cuídate de la Cámara" moda nümayişində rol almışdır.[21] Trek tezliklə nüfuzlu "Shazam Global" dünya çartına düşmüşdür. Mahnı həmçinin, "TikTok" sosial şəbəkəsində 2 milyondan çox kreativ video çəkərək Ukrayna pop divasının mahnısına meydan oxuyan Latın Amerikasının ən yaxşı bloqçuları arasında populyarlıq qazanmışdır. Trek həmçinin Latın Amerikası "TikTok"unda, "Viral" və "Puro Flow" pleylistlərinin əsas səhifəsinə çevrilmişdir.[22]

Kamenskix 2020-ci ilin əvvəlində reggeton ifaçısı "Jacob Forever" və "Jessy Frank" ilə birlikdə "Miami" trekini buraxmışdır.[23] O, 14 fevralda İspaniya rəssamı Xuan Maqan ilə əməkdaşlıq çərçivəsində "Lollipop" treki üçün çəkilmiş videonu təqdim etmişdir.[24] Kamenskix 2020-ci ilin yayında "A Huevo" treki üçün videonun buraxıldığını elan etmişdir. Trekin premyerası 4 sentyabrda baş tutmuşdur.[25] O, 18 sentyabrda ispandilli "Ecléctica" albomunu təqdim etmişdir.[26]

Digər fəaliyyətlər

[redaktə | mənbəni redaktə et]
Kamenskix 2019-cu il M1 Musiqi Mükafatlarında.

20 may 2015-ci ildə Kamenskix "NKblog" kanalını yaratmışdır. "NKblog"un davamı "Instagram" hesabı olmuşdur. O, qlobal "COVID-19" pandemiyası ilə əlaqədar karantin zamanı "Instagram"da canlı olaraq idman məşqi silsiləsi keçirmişdir.[27] Kamenskix "YouTube"da video təlimləri ilə layihə hazırlayıb işə salmışdır.[28]

Kamenskix 2017-ci ildən "Charity Weekend"in daimi iştirakçısıdır.[29] Kampaniyadan toplanan vəsait Ukrayna Milli Tibb Elmləri Akademiyasının Travmatologiya və Ortopediya İnstitutuna göndərilir. O, 2017-ci ildə "Jiznelyub" xeyriyyə fondunu da dəstəkləməyə başlamışdır.[30][31] Kamenskix 2020-ci ildə BMT Uşaq Fondu və Rəqəmsal İnkişaf Nazirliyinin birgə layihəsinə qoşulmuşdur. O, kiberbullinqi necə tanımaq və onu dayandırmaq barədə ictimaiyyətdə aydınlıq yaratmaq məqsədini daşıyan və yeniyetmələr üçün maarifləndirici serialda rol almışdır.[32] Kamenskix 2020-ci ilin avqust ayında Tabletoçki Fondunun illik "Çiçək əvəzinə xeyriyyə" kampaniyasına qoşulmuşdur.[33]

Studiya albomları

[redaktə | mənbəni redaktə et]

Potap və Nastya qrupunun bir hissəsi kimi

[redaktə | mənbəni redaktə et]

Potap və Nastya qrupunun bir hissəsi kimi

[redaktə | mənbəni redaktə et]
  • Без любви (2006)
  • Непара (2007)
  • Крепкие орешки (2007)
  • На раЁне (2008)
  • Почему (2008)
  • Не люби мне мозги (2009)
  • Внатуре (2009)
  • Разгуляй (2009)
  • Новый год (2009)
  • Край ми э ривер (2010)
  • Чумачечая весна (2011)
  • Выкрутасы (2011)
  • Мы отменяем К. С. (2011)
  • Если вдруг (2011)
  • Прилелето (2012)
  • Улелето (2012)
  • Любовь со скидкой (2012)
  • РуРуРу (2013)
  • Вместе (2013)
  • Всё пучком (2013)
  • Уди Уди (2014)
  • Бумдиггибай (2015)
  • Стиль собачки (2015)
  • Умамы (2016)
  • Я……Я (2017)
İl Sinql Albom
2005 rowspan="2" style="background: var(--background-color-neutral, #eaecf0); color: var(--color-subtle, #54595d); vertical-align: middle; text-align: center; " class="table-na" | albomsuz
2016 «Абнимос/Досвидос»

(feat. Nadya Dorofeyeva)

2017 «#этомояночь» NO KOMMENTS
2018 «Дай мне»
«Тримай»
«Ты же не забыл»

(feat. Lyubov Uspenskaya)

albomsuz
«LOMALA» NO KOMMENTS
style="background: var(--background-color-neutral, #eaecf0); color: var(--color-subtle, #54595d); vertical-align: middle; text-align: center; " class="table-na" | albomsuz
«Попа как у Ким»
NO KOMMENTS
2019 «8-ма марта»

(feat. ZBS Band)

albomsuz
«Peligroso»

(feat. De La Ghetto)

«Обiцяю»
«Elefante» Ecléctica
2020 «Miami»

(feat. Jacob Forever)

albomsuz
«Lollipop»

(feat. Juan Magan)

«Воспоминания»
«A Huevo» Eclèctica
«VIBE» Красное вино
2021 «Почуття»
«Девочки рулят»
«Ма»
«Красное вино»
2022 «Я — Україна»
  • 2009 — Красная шапочка — Qırmızı papaq.
  • 2013 — «1+1 дома» — kameo.
  • 2014 — «Алиса в стране чудес» — Ana Afanasiya; siçan Sonya.
  • 2014 — «7-ой гном» — Yaycıq.
  • 2014 — «Бабай» — Küpəgirən qadın.
  • 2018 — «Татко гусак» — Çi adlı ördək.
  • 2019 — «Хостел» — kameo.

Televerilişlər

[redaktə | mənbəni redaktə et]
  • 2008—2009 — «Караоке против Народа»
  • 2009—2010 — «Guten Morgen»
  • 2010 — «Я люблю Украину»
  • 2016—2019 — «Рассмеши комика. Дети»
  • С 2017—2019 — «Х-Фактор»
  • 2020 — «Голос країни»
  • 2021 — «Маска»
İl Klip Rejissor Albom
«Potap və Nostya»nın tərkibində
2006 Без любви Aleksay Potapenko|style="background: var(--background-color-neutral, #eaecf0); color: var(--color-subtle, #54595d); vertical-align: middle; text-align: center; " class="table-na" | albomsuz
2007 Не пара
Не пара
Крепкие орешки
Внатуре
2008 Разгуляй
На раЁне
Не люби мне мозги
Почему
Не пара
2009 Не люби мне мозги
Не люби мне мозги
rowspan="5" style="background: var(--background-color-neutral, #eaecf0); color: var(--color-subtle, #54595d); vertical-align: middle; text-align: center; " class="table-na" | albomsuz
2010 Край ми э Ривер
Лето (Потап и его команда)
Чипсы, чиксы, лавандос (село),
2011 Выкрутасы
Чумачечая весна
Все пучком
Мы отменяем К. С.
Если вдруг
2012 Прилелето
Улелето
Awesome summer
Любовь со скидкой
2013 РуРуРу
Вместе
Всё пучком Leonid Kolosovski
2014 Уди Уди Aleksey Potapenko|style="background: var(--background-color-neutral, #eaecf0); color: var(--color-subtle, #54595d); vertical-align: middle; text-align: center; " class="table-na" | albomsuz
2015 Бумдиггибай
Щит
Стиль собачки

(feat. Byanka)

Leonid Kolosovski
2016 rowspan="3" style="background: var(--background-color-neutral, #eaecf0); color: var(--color-subtle, #54595d); vertical-align: middle; text-align: center; " class="table-na" | albomsuz
Золотые киты
2017 Я…….Я (ЯдовитаЯ)
Solo karyera
2005 style="background: var(--background-color-neutral, #eaecf0); color: var(--color-subtle, #54595d); vertical-align: middle; text-align: center; " class="table-na" | naməlum|style="background: var(--background-color-neutral, #eaecf0); color: var(--color-subtle, #54595d); vertical-align: middle; text-align: center; " class="table-na" | albomsuz
2017 #ЭТОМОЯНОЧЬ Alan Badoyev
NO KOMMENTS
2018 Дай мне Tanya Muinyo
Тримай (Lyric Video) Sonya Plakidyuk
LOMALA Tanya Muinyo
Peligroso (Lyric Video) style="background: var(--background-color-neutral, #eaecf0); color: var(--color-subtle, #54595d); vertical-align: middle; text-align: center; " class="table-na" | albomsuz
2019 Попа как у Ким Leonid Kolosovski
NO KOMMENTS
8-ма марта

(feat.ZBS Band)

rowspan="3" style="background: var(--background-color-neutral, #eaecf0); color: var(--color-subtle, #54595d); vertical-align: middle; text-align: center; " class="table-na" | albomsuz
Peligroso

(feat. De La Ghetto)

Tata Belinina
Обiцяю Denis Manoxa, Maksim Şelkovnikov
Elefante Leonid Kolosovski
Ecléctica
2020 Lollipop

(feat. Juan Magan)

rowspan="2" style="background: var(--background-color-neutral, #eaecf0); color: var(--color-subtle, #54595d); vertical-align: middle; text-align: center; " class="table-na" | albomsuz
Воспоминания Nastya Kamenskix
A Huevo Leonid Kolosovski
Ecléctica
VIBE Nastya Kamenskix
Красное вино
[2021 Почуття Leonid Kolosovski
Девочки рулят
Красное вино Tata Belinina
Sorry 2

(feat. Вася Демчук)

Dmitri Demyanets
ТВА
[2022 Я - Украiна naməlum
You Crying
Коли мине вiна
Кришталь

NK-nın solo karyerası

İl Mükafat Kateqoriya Nəticə
2017 Звёздный Путь (ТРК Украина) Ньюзмэйкер Года 2017 Qalib
2017 Музыкальная платформа ТРК Украина Лучшая Рождественская песня Qalib
2018 MEDIA SIESTA Newsmaker of the Year 2018 Qalib
2018 Музыкальная премия M1, 4 Сезона Видео зимы 2018 Qalib
2018 Музыкальная премия М1, 4 Сезона Певица весны 2018 Qalib
2018 Cosmopolitan Awards 2018-ci ilin müğənnisi Qalib
2018 Музыкальная премия M1, 4 Сезона 2018-ci ilin müğənnisi Qalib
2018 Музыкальная премия M1, 4 Сезона 2018-ci ilin klipi Qalib
2018 Звёздный Путь (ТРК Украина) International Star 2018 Qalib
2019 Музыкальная Премия YUNA Ən yaxşı estrada hiti Qalib
2019 Музыкальная премия M1, 5 Сезона 2019-cu ilin müğənnisi Qalib
2019 Музыкальная премия M1, 5 Сезона Çervona ruta Qalib
2019 Х-фактор Sevimli dörd hakim
2019 ТРК Украина «2019-cu ilin ən yaxşı mahnısı» Qalib
2020 Музыкальная премия М2, Золотая жар-птица «Xalq hiti» Qalib
2020 Музыкальная премия М2, Золотая жар-птица «İlin müğənnisi» Qalib
2020 Музыкальная премия YUNA Ən yaxşı qadın sənətçi Qalib
2022 Музыкальная премия YUNA Ən yaxşı qadın sənətçi Qalib
  1. 1 2 "Вся Украина — жители". 2016-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-17.
  2. "У Насти Каменских умер отец". strana.today (rus). 2021-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-25.
  3. 1 2 3 "Супруг Олексей Потапенко с 23.05.2019 Настя Каменских отказалась от «сумасшедшей» фамилии отца | Новости на Gazeta.ua". 2011-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-16.
  4. "«Загугли звезду»: Настя Каменских – о происхождении, потере отца, лишнем весе и личной жизни". teleprogramma.pro (rus). 2021-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-30.
  5. "Потап и Настя Каменских – «Не пара»". KM.RU (rus). İstifadə tarixi: 2020-08-20.
  6. "About". NK (rus). 2020-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-20.
  7. NKofficial. "NK | НАСТЯ КАМЕНСКИХ — #ЭТОМОЯНОЧЬ". 2017-11-02. 2019-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-13.
  8. "Новости". NK (rus). 2020-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-20.
  9. "Победители и красная дорожка музыкальной премии YUNA-2019". Караван (rus). 2019-03-24. 2020-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-21.
  10. "Первая во всем: 33 невероятных достижения Насти Каменских, которые вдохновляют на действия". РБК-Украина (rus). 2021-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-20.
  11. "М1 Music Awards. П'ять: список победителей". www.segodnya.ua (rus). 2019-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-20.
  12. "Cosmopolitan Awards 2018: лучшие из лучших". Harpersbazaar — модный женский журнал. 2018-05-24. 2023-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-20.
  13. "Оглашены победители премии YUNA 2020". korrespondent.net (rus). 2020-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-20.
  14. "Х фактор 9. Выпуск 18. Смотреть онлайн оглашение победителя Х-фактор 2018 в шестом прямом эфире от 29.12.2018" (rus). Х-Фактор. 2019-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-04.
  15. ""Голос країни-10": NK станет тренером юбилейного сезона шоу". ТСН.ua (rus). 2020-01-01. 2020-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-03.
  16. "Потап и Настя изменили правила шоу «Голос країни-10»". Журнал «Караван историй. Украина» (rus). 2020-04-07. 2021-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-07.
  17. "Настя Каменских: «Штамп в паспорте для нас с Лешей ничего не значил»". Журнал «Караван историй. Украина» (rus). 2020-02-20. 2022-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-07.
  18. "Каменских открыла секрет своего быстрого освоения испанского языка (фото, видео)". УНИАН (rus). 2023-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-21.
  19. NKofficial. "NK onDespierta América - Live Performance". YouTube (ispan). 2018-10-18. 2020-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-07.
  20. NKofficial. "NK feat De La Ghett - Peligroso Remix | Official Video". YouTube (ispan). 2019-03-29. 2020-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-07.
  21. "NK | Настя Каменских презентовала новый суперхит и эпатажный клип «Elefante»". NKofficial (rus). 2020-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-21.
  22. "ElefanteChallenge: Латинская Америка танцует под трек Насти Каменских". 2000.ua (rus). İstifadə tarixi: 2020-08-21.[ölü keçid]
  23. "Всем Майами! Топ-5 фактов о новой коллаборации Насти Каменских с Jacob Forever и Jessy Frank". viva.ua (rus). 2020-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-21.
  24. "NK (Настя Каменських) и Juan Magan - Lollipop (Лолипоп): смотреть онлайн премьеру клипа | Новый канал". Новий канал (ukrayna). 2020-02-14. 2020-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-21.
  25. "До премьеры клипа #AHUEVO осталось ровно две недели!" (rus). 2023-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-19.
  26. "У Насти Каменских вышел первый испаноязычный альбом". РИА Новости. 2020-09-19. 2020-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-04.
  27. "Не проспи: NK | Настя Каменских проведет открытую онлайн-тренировку в Инстаграм". Hochu.ua (rus). 2020-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-03.
  28. "Sport With NK". YouTube (ingilis). 2021-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-03.
  29. "События Charity Weekend". efrosinina.com (rus). 2017-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-07.
  30. "Главная". «Жизнелюб» (rus). 2022-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-13.
  31. "Настя Каменских продает свою одежду на благотворительном аукционе". LeMonade (rus). 2020-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-03.
  32. "Дія.Цифрова освіта". osvita.diia.gov.ua (ukrayna). 2020-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-03.
  33. kamenskux. "NK присоединилась к благотворительной акции". Instagram (rus). 2020-08-28. 2023-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-07.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]