Natella Osmanlı

Natella OsmanlıAzərbaycan yazıçısı[1], PR texnoloqu, Baku TV telekanalının rus versiyasının baş redaktoru, blogger, yazıçı və jurnalistdir. İlk kitabı 2004-cü ildə nəşr edilmiş "Qadın baxışı ilə" (rus. Женским взглядом) toplusudur. 2014-cü ildə yazıçının həmmüəllifliyi ilə yazılmış "Lift" pyesi TiflisBakıda səhnələşdirilmiş, daha əvvəl isə Kişinyovda keçirilən Gənclərin Teatr Forumunun gündəliyinə salınmışdı (2012).

Natella Osmanlı
Doğum tarixi (42 yaş)
Doğum yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Fəaliyyəti yazıçı
Əsərlərinin dili rusca

Həyatı və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Natella Osmanlı 1982-ci ildə Bakıda doğulub. İlk kitabı 2004-cü ildə nəşr edilmiş "Qadın baxışı ilə" (rus. Женским взглядом[2]) toplusudur. 2008-ci ildə yazıçının müəllifi olduğu "Lollipop" povesti rus dilində ən yaxşı nəşr əsərləri katoloquna daxil edilmiş[3] və 2010-cu ildə Rusiya Federasiyasının Nəşr üzrə Federal Agentliyinin dəstəyi ilə "Sosial-İqtisadi və İntellektual Fondu" tərəfindən nəşr edilmişdir.[4] 2010-cu ildə "Lollipop" trilogiyasından nəşr edilmiş ilk kitaba yazıçının "Arlekin", "Lollipop" və "Kukolniki tap" povestləri daxildir. 2011-ci ildə yazıçının "Mən zibiləm" povesti Azərbaycan Milli Kitab Mükafatının qısa siyahısına salınmışdı.[5] 2012-ci ildə Natella Osmanlının "Fudziama hokkey çubuğu ilə" (rus. Фудзияма с клюшками) povesti "Bakı və ətrafı 2" (rus. "Баку и окрестности - 2") toplusunda nəşr edilib. 2013-cü ildə yazıçının ikinci toplusu olan "Xar tut" kitabı nəşr edilib.[6] Kitaba müəllifin "Mən zibiləm", "Morus Niqra" və "Fudziama hokkey çubuğu ilə" povestləri daxildir. 2014-cü ildə əvvəlcə Tiflisdə, daha sonra isə Bakıda Natella Osmanlının İsmayıl İmanovun həmmüəllifliyi ilə yazdığı "Lift" pyesi səhnələşdirilmişdir. Həmin pyes 2012-ci ildə Kişinyovda (Moldova) keçirilən Gənclərin Teatr Forumunun gündəliyinə də salınmışdı. 2015-ci ildə yazıçının "Mən əclafam" (rus. Я-дрянь) adlı kitabı oxuyuculara təqdim edilmişdir.[7][8] 27 noyabr 2015-ci ildə Natella Osmanlı Rusiyada A.M. Qorki adına Ədəbiyyat institutunun keçirdiyi ədəbiyyat müsabiqəsində yeganə xarici diplomat olmuşdur.[9] "#pureImpression" adlı səyahət bloq layihəsinin müəllifi və iştirakçısı olmuşdur.[10][11]

Aparıcı kimi məşhur jurnalist və blogger, Global Media Group-un media direktoru Həmid Həmidovla birgə "İkisi birinə qarşı" adlı proqramın bir neçə verilişini lentə almışdır.

Nata Osmanlı "Anesteziya" sosial Youtube layihəsinin və Baku TV-də "İrs" bioqrafiq teleproqramlar silsiləsinin müəllifidir. Onun müəllifliyi ilə müvafiq siyasi gündəmə uyğun olaraq Baku TV-də vaxtaşırı analitik oçerklər, populyar şəxsiyyətlərlə müsahibələr dərc olunur.

  1. Писательница Нателла Османлы презентовала "Лоллипоп" Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine, 1news.az, 12.07.2010, İstifadə: 11 fevral 2015
  2. Нателла Османлы-"Женским взглядом" изд.Эльф ИПР, Москва, 2004
  3. "Я никогда не посоветовала бы своей сестре, или подруге связать свою жизнь с писателем…"[ölü keçid], vesti.az, 02 Июля 2012, İstifadə: 11 fevral 2015
  4. Azərbaycan yazıçısı: "Qadın olmaq əladır!" Arxivləşdirilib 2011-05-10 at the Wayback Machine, 7 мая 2011, day.az, İstifadə: 11 fevral 2015
  5. Natella Osmanlı: "Mən son pionerlərdən biriyəm" Arxivləşdirilib 2014-12-21 at the Wayback Machine, kulis.az, 01 İyun 2011, İstifadə: 11 fevral 2015
  6. "Anna Karenina" və "Xar tut"… Arxivləşdirilib 2013-05-10 at the Wayback Machine, Azadlıq Radiosu, 06.05.2013, İstifadə: 11 fevral 2015
  7. В Баку прошла презентация книги "Я-дрянь" писательницы Нателлы Османлы Arxivləşdirilib 2015-09-29 at the Wayback Machine, 1news.az, 15.09.2015, İstifadə tarixi: 4 fevral 2016
  8. Нателла Османлы: Иногда я бываю абсолютной блондинкой Arxivləşdirilib 2015-10-31 at the Wayback Machine, day.az, 23 сентября 2015, İstifadə tarixi: 4 fevral 2016
  9. ЛИТконкурс. Стихи и проза. Короткий список (награждение победителей — 27 ноября)[ölü keçid], litinstitut.ru, 2015 Ноя, İstifadə tarixi: 4 fevral 2016
  10. Александрова, Натали. "«Самые настоящие впечатления» Наты, Афет и Сабби: секрет успеха необычного блога о путешествиях". 1news.az. 30.12.2016. 2017-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 yanvar 2017.
  11. "«#pureImpression»: Нью-Йорк глазами Нателлы Османлы". baku.ws. 04-03-2016. 2016-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 yanvar 2017.