Natiq Səfiyev

Natiq Səfiyev — Pedaqoq, yazıçı-ədəbi publisist, tərcüməçi[1]

Natiq Səfiyev
Doğum tarixi 21 mart 1939(1939-03-21) (85 yaş)

1939-cu il mart ayının 21-də Bakı şəhərində həkim ailəsində anadan olmuşdur. 1957-ci ildə Quba rayonunun Alpan kənd orta məktəbini bitirmişdir. 1957-ci ildə qısa bir müddət Bakı teleqrafında korrektor işləmişdir.

V.İ.Lenin adına APİ-nin (indiki N.Tusi adına ADPU) ibtidai təhsilin pedaqogika və metodikası fakültəsində təhsil almışdır. (1958–1962) o, həmçinin ikinci pedaqoji ixtisas əldə etmişdir. M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunu bitirmişdir (1969–1974).

Salyan rayonunun Neftçala qəsəbəsindəki 1 saylı orta məktəbində ibtidai sinif müəllimi, məktəb özfəaliyyət dərnəyinin rəhbəri, birillik müəllimlər kursunda pedaqogika müəllimi işləmişdir (VIII 1962-X.1962). 1962–1964-cü illərdə hərbi xidmətdə olmuşdur.

Hərbi qulluqdan tərxis olunandan sonra Abşeron rayon Pioner və məktəblilər evinin ilk müdiri olmuşdur (1964–1965). Sonra Abşeron rayonu Xırdalan qəsəbəsində istifadəyə verilən 1 saylı orta məktəbdə ilk pioner baş dəstə rəhbəri işləmişdir. Burada pioner drujinası, beynəlmiləl dostluq klubu yaratmış, pioner və məktəblilərin respublika şəhər və kənd məktəbliləri, İttifaq şagirdləri və sosialist ölkələri uşaqları ilə dostluq əlaqələrini təşkil etmişdir.

Onu qeyd edək ki, ordu sıralarında olarkən, yəni 1963-cü ilin yanvar ayından jurnalist kimi fəaliyyətə başlamışdır. Hərbi xidmətdən kiçik leytenant rütbəsində tərxis olunduqdan bu günə kimi keçən 53 il ərzində onun 6000-dən çox materialı respublika, MDB respublikalarının qəzet və jurnallarında, Bolqarıstan mətbuatında dərc olunmuşdur. "Qızıl Qələm" media mükafatçısıdır.

Məktəbdə işlədiyi müddət ərzində çox sayda mədəni-kütləvi tədbirlərə imza atmışdır.

Haqqında yüzdən çox məqalə, elmi məqalə, oçerk, zarisovka, üç kitab yazılmışdır.

Məktəbdə çalışdığı vaxtda və sonra 19 yaradıcı diplom və fəxri diplom, 49 fəxri fərman, 5 təşəkkür məktubu, 5 nişan almışdır. Azərbaycanın Qabaqcıl Maarif xadimi, SSRİ Maarif Əlaçısıdır. 1989-cu ildə ona "Əmək veteranı" medalı verilmişdir. Yazıçı-publisist, tərcüməçi, pedaqoqdur. 1996-cı ildən Azərbaycan Jurnalistlər Birliyi-nin, 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyi-nin üzvüdür.

Üç qızı, altı nəvəsi və iki nəticəsi var.

Natiq Səfiyev 2017-ci il iyul ayının 24-də Bakı şəhərində vəfat etmişdir.

Yazıçı-ədəbi publisist

[redaktə | mənbəni redaktə et]

Məktəbdə müəllim işləməyə başlayandan ədəbi, bədii, elmi yaradıcılıqla məşğul olmuş, yazıları mütəmadi olaraq dövri mətbuat orqanlarında dərc olunmuşdur.

  • Uşaqlar üçün didaktik hekayələr toplusu "Babam mənim" (Bakı: "Adiloğlu" nəşriyyatı, 2008, 72 səh. 400 nüsxə).
  • Böyüklər üçün hekayələr toplusu (Kitab) "Nicat", (Bakı: "Adiloğlu" nəşriyyatı, 2012, 68 səh. 150 nüsxə)
  • Həyat və fəaliyyəti ilə bağlı fotoalbom "İşıqlı dünyam" kitabı. (Bakı. "Çaşıoğlu" 2009, 96 səh. 150 nüsxə).

Metodiki kitabları

[redaktə | mənbəni redaktə et]
  • О некоторых сторонах нравственного воспитания учащихся на уроках русского языка. (Издательство "Маариф". Баку. 1982. 40 стр. 3000 экз.)
  • Организация внеклассной работы ро русскому языку и литературе в азербайджанской школе (соавтор А.И.Тененбаум) Баку. "Маариф", 1983.

64 стр. 5000 экз.)

Xatirələr (memuarlar)

[redaktə | mənbəni redaktə et]
  • Məni yaşadan xatirələr (Bakı: "Mütərcim", 2004, 148 səh. 250nüsxə).
  • Yaddaqalan günlərim (Bakı: Şirvannəşr, 2006, 272 səh. 500 nüsxə).
  • Ömür salnaməsi (Bakı: Şirvannəşr, 2007, 148 səh. 150 nüsxə).

Tərcümələri

[redaktə | mənbəni redaktə et]
  • Bolqar yazıçılarından uşaq ədəbiyyatı nümunələri
  • Dünya yazıçılarından bir nümunə
  • "Dünya xalqlarının nağılları" silsiləsindən kitablar
  • Qəzet və jurnallarda dərc edilmiş bədii tərcümələr
  • "Dünya uşaqlarının oyunları" kitabından tərcümələr
  • Çapını gözləyən tərcümə əsərləri

1976-cı ilin əvvəlindən 1993-cü ilin oktyabrına kimi Azərbaycan radio və televiziyası ilə əməkdaşlıq etmişdir. Bu müddət ərzində onun 59 radio, 133 televiziya süjet və verilişləri efirdə səslənmiş, ekranda nümayiş etdirilmişdir. Göstərilən materillar radionun "Русский язык", "Ailə və məktəb", "Пионерский горн", "Radio poçtu", "Əlvan sətirlər", "Gənclik", "Göy qurşağı", "Pioner şeypuru", "Kəndimizin səsi", "Ulduz" və s. televiziyanın "Yelkən", "Uçun, bizim mahnılar", "Dostluq marşrutları", "Aylar, illər, arzular", "Dostlar yürüşə çıxır" və s. proqram və verilişlərdə səslənmiş və göstərilmişdir.

O vaxt keçmiş SSRİ-nin çoxmillətli ailəsində yaşayan bütün xalqların nümayəndələri rus dilini həvəslə öyrənirdilər. Rus dilinin tədrisi və təbliği işini yaxşılaşdırmaq məqsədilə vaxtaşırı müxtəlif tədbirlər həyata keçirilirdi.

1987-ci il noyabr ayının 16–17-də Respublika Dövlət Televiziya-radio verilişləri komitəsində rus dilini öyrənənlər üçün teleradio verilişlərinin hazırlanması, onların bədii səviyyəsinin və təsirliliyinin yüksəldilməsi ilə əlaqədar keçirilən elmi-praktik konfransda milli məktəblərdə işləyən rus dili müəllimləri üçün hazırlanan "rus dili" radio verilişlərinin əhəmiyyəti haqqında danışmış, həmin verilişləri təkmilləşdirməyə yönəldilmiş rəy və mülahizələrini bildirmişdir.

  • 1. Bolqar oğlu ("Abşeron" qəzeti, 8 sentyabr 1977-ci il).
  • 2. Nənələrə oxşayın ("Abşeron" qəzeti, 22 oktyabr 1977-ci il).
  • 3. Bolqar oğlu (bolqar dilində) "Novo Ludoqorie" qəzeti, 6 avqust 1977-ci il).
  • 4. Mitko ilə görüş ("Abşeron" qəzeti, 9 sentyabr 1978-ci il).
  • 5. Balkan ("Abşeron" qəzeti, 26 yanvar 1980-ci il).
  • 6. Mitko ilə görüş (bolqar dilində) ("Балканское знамя" qəzeti. (Qabrovo), 5 noyabr 1980-ci il).
  • 7. Sevirəm səni ("Ədalət və Həqiqət" qəzeti, 17–30 oktyabr 2014-cü il).
  • 8. Baxışlar ("Ədalət və Həqiqət" qəzeti, 3–17 dekabr 2014-cü il).
  • 9. İnanma gülüm ("Ədalət və Həqiqət" qəzeti, 3–17 dekabr 2014-cü il).
  • 10. Gözün aydın (Zərifə bacıya) ("Zəngəzurun səsi" qəzeti, 25 iyun 2016-cı il).
  • 11. Mustafa (Qonşunun oğluna təbrik və bayatılar). ("Bütöv Azərbaycan" qəzeti, 28 iyul 2016-cı il).
  • 12. Vədəsində ("Açıq Səma" qəzeti, 10–25 fevral 2017-ci il).
  • 13. Belə ("Açıq Səma" qəzeti, 10–25 fevral 2017-ci il).

1.Конкурс-викторина "У дружбы широкие "крылья" (Учительская газета и Дойче Лерерсайтунг")в честь 30-летия ГДР, Иллюстрированный альбом, ответы на вопросы конкурса. Благодарственное письмо главного редактора "Учительской газеты". Н.Парфеновой и памятный подарок. (1979).

2. Всесоюзный конкурс учительских докладов (Академия Педагогических наук СССР). Доклад: "Из опыта обучения учащихся смысловому восприятию текста" По итогам конкурса Президиум Академии педагогических наук СССР присудил II премию и Почетный диплом 1981 г.).

3. Во втором номера 1985 года журнал "Русский язык в молдавской школе" пригласил работников просвещения на конкурс "Растить патриотов". В редакцию он отправил доклад на тему "Воспитание учащихся на боевых традициях советского народа" Этот конкурс был международным. Во втором номере этого журнала (1986) опубликовали его материал в обзоре (стр. 16–17).

4. В 1987 году редакция журнала "Семья и школа" обьявила международный конкурс на тему "Мое место в моем доме". От решил участвовать в конкурсе и отправил в редакцию свой материал. Его статья была опубликована в 3-ем номера 1988 года ("Счастье в дружной семье").

5.1987-ci ilin əvvəllərində Azərbaycan SSR Pedaqoji Cəmiyyəti N.K.Krupskayanın anadan olmasının 120 illiyi ilə əlaqədar "Yenidənqurma şəraitində N.K.Krupskayanın pedaqoji ideyalarından təlim-tərbiyə işində istifadə edilməsi" mövzusunda məqalələrin müsabiqəsini, onun şərtlərini və mükafatların həcmini elan etmişdi. 1987-ci ilin aprel ayında görkəmli pedaqoqun yubileyi ilə əlaqədar müsabiqə komissiyasının iclası keçirilmiş, burada müsabiqə materialları haqqında geniş rəy dinlənilmiş və işin nəticəsinə yekun vurulmuşdu. Müsabiqəyə təqdim etdiyi "Beynəlmiləl dostluq klubunun təşkilində və fəaliyyətində N.K.Krupskayanın pedaqoji ideyalarından istifadə" materialı ikinci mükafata layiq görülmüşdü".

Ümumittifaq pioner dostluq festivallarında

[redaktə | mənbəni redaktə et]

1. SSRİ yaranmasınn 50 illiyi münasibətilə Gürcüstanın paytaxtı Tbilisi şəhər 1 nömrəli orta mktəbində keçirilən ümumittifaq pioner dostluq festivalı 5–6 noyabr 1972-ci il. Burada iki məktəbli ilə iştirakı haqqında "Abşeron" qəzetində "Balaca qəlblərin böyük məhəbbəti" yazısı ilə çıxış etmişdir. (25 noyabr 1972-ci il). 2. Ukraynann Çerkasski vilayəti Kanev şəhərində keçirilən ümumittifaq pioner dostluq festivalı. Bu festival böyük Ukrayna şairi, yazıçısı, həm də rəssamı Taras Qriqoryeviç Şevçenkonun 175 illiyinə həsr edilmişdi. Bu tədbirlə bağlı yazılar "Abşeron" qəzeti, 26 may 1989-cu il, "Azərbaycan pioneri" qəzeti, 16 iyul 1989-cu ildə dərc olunmuşdu. Festival may ayının 12-dən 17-ə kimi davam etmişdi. (1989-cu il).

Üç Azərbaycan bədii filmlərində epizodlara çəkilmişdir.

  • Onu bağışlamaq olarmı? (1959)
  • İşarəni dənizdən gözləyin (1986)
  • Özgə ömür (1987)

Haqqında yazılanlar

[redaktə | mənbəni redaktə et]
  • a) Akif Şahverdiyev "Ömrə sığmayan həyat" kitab "Əbilov, Zeynalov və oğulları" kompaniyası. Bakı. 1998. 170 səh.
  • b) "Natiq Səfiyev – Biblioqrafik göstərici" kitabı (Tərtib edəni və nəşrə hazırlayanı İlyasova Güntəkin Natiq qızı) "Mütərcim" nəşriyyatı. Bakı: 2004, 100 səh.
  • c) "40 il mətbuatda" kitabı "Min bir mahnı" MMC-nin mətbəəsi. Bakı: 2006. 226 səh.
  • 1. Şərafəddin İlkin "Xoşbəxt müəllimdi, bəxtəvər ata". ("Atribut" qəzeti, 13 avqust 2003-cü il).
  • 2. Əli Həsən "Əsl müəllim". ("Cəmiyyət və zaman" qəzeti, 9 aprel 2004-cü il).
  • 3) Akif Şahverdiyev "Natiq müəllimə" ("Sabah" qəzeti, 15 aprel 2004-cü il).
  • 4) Xanlar Zəngəzurlu "Qonşuma". ("Pressinform" qəzeti, 30 iyun 6 iyul 2005-ci il).
  • 5) Mahir Rəfizadə "Qürur duymusan". ("Ədalət və Həqiqət" qəzeti, 28 may – 15 iyun 2009-cu il).
  • 6) Məmmədağa Ağarzaoğlu ("Əziz dostum Natiq müəllimə". ("Ədalət və Həqiqət" qəzeti, 03–18 iyul 2009-cu il).
  • 7) Məmmədağa Ağarzaoğlu ("Qələmini işlət", "Könül töhfələri" kitabı (səh.24) 2016).
  • 8. Həsən Nasir "Ürəklərdə qalaydın". ("Ədalət və Həqiqət" qəzeti, 01–15 sentyabr 2009-cu il).
  • 9) Ağabala Məmmədov "Natiq müəllim, səni yüz yaşda görək". ("Ədalət və Həqiqət" qəzeti, 10–30.07.2014).
  • 10) Ağabala Məmmədov "Hər şəxsi gülərüz, mehriban görək". "Ədalət və Həqiqət" qəzeti. 17–30.10.2014.
  • 11) Yusif Hüseyn "Dostum Natiq Səfiyev haqqında dediklərim" yazısında "Dədəlik eyləyə bilmədim, Dədə" şeiri. 2015.
  • 12. Tanrıverdi Təmkin "Ay Natiq" ("Ədalət və Həqiqət" qəzeti, 12–30.09.2014-cü il).
  • 13) Tanrıverdi Təmkin "Neyləyim" ("Ədalət və Həqiqət" qəzeti, 12–30.09.2014-cü il).
  • 1. Диплом – Министерство Просвещения СССР, ЦК Профсоюза работников просвещения высшей школы и научных учреждений, Академия Педагогических наук СССР. Март 1976.
  • 2. Диплом – Министерство Просвещения СССР, ЦК Профсоюза работников просвещения высшей школы и научных учреждений, Академия Педагогических наук СССР. Апрел 1979.
  • 3. Почетный диплом Академия Педагогических наук СССР. 4 ноября 1981.
  • 4. Diplom — "Nailiyyət" jurnalist mükafatı, 18 dekabr 1996-cı il.
  • 5. Diplom – Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi. 17 dekabr 1996-cı il.
  • 6. Diplom – Mehdi Mehdizadə adına mükafat. 28 sentyabr 2000-ci il.
  • 7. Diplom – "Vətən" jurnalist mükafatı. 10 aprel 2002-ci il.
  • 8. Diplom – "Qızıl Qələm" jurnalist mükafatı. 16 dekabr 2002-ci il.
  • 9. Diplom – "Ədalət və Həqiqət" qəzeti redaksiyası. Dekabr 2002-ci il.
  • 10. Diplom – "İti qələm" dekabr 2002-ci il.
  • 11. Диплом – Знатный интеллигент XXI века. Ноябрь 2004 года.
  • 12. Diplom – Abşeron rayon Uşaq yaradıcılığı mərkəzi. Dekabr 2004-cü il.
  • 13. Diplom – "Media" qəzeti. 19 iyul 2010-cu il.
  • 14. Fəxri diplom — "Ədalət və Həqiqət" qəzeti redaksiyası. 6 oktyabr 2012-ci il.
  • 15. Fəxri diplom — "Ədalət və Həqiqət" qəzeti redaksiyası. 3 oktyabr 2013-cü il.
  • 16. Fəxri diplom — "Haqqın sədası" qəzeti redaksiyası. 24 sentyabr 2014-cü il.
  • 17. Fəxri diplom — "Abşeron təhsili" qəzeti redaksiyası. Bakı 2013-cü il.
  • 18. Diplom – Azərbaycan Yazıçılar Birliyi Abşeron rayon bölməsi. 15 iyul, 2016-ci il.
  • 19. Diplom — "Xırdalan" qəzeti redaksiyası. Bakı 2016.

Fəxri fərmanlar

[redaktə | mənbəni redaktə et]
  • 1. Qramota – Azərbaycan LKGİ Abşeron Rayon Komitəsi. 27 dekabr 1968-ci il.
  • 2.Qramota – Azərbaycan LKGİ Abşeron Rayon Komitəsi. 19 may 1971-ci il.
  • 3. Почетная грамота – Центральный Совет Всесоюзный пионерской организации имени В.И.Ленина. 21 октября 1972 года.
  • 4. Почетная грамота – Azərbaycan LKGİ Abşeron Rayon Komitəsi. 6 oktyabr 1973-cü il.
  • 5. Почетная грамота – Azərbaycan LKGİ Abşeron Rayon Komitəsi. 22 fevral 1974-cü il.
  • 6. Почетная грамота – Azərbaycan LKGİ Mərkəzi Komitəsi. 3 oktyabr 1974-cü il.
  • 7. Грамота – OAKYC-nin Abşeron Rayon Komitəsi. 4 noyabr 1974-cü il.
  • 8. Грамота –Войсковая часть 52332. 8 мая 1975 года.
  • 9. Почетная грамота – Туристический поезд "Азербайджан". 1 апреля 1975 года.
  • 10. Почетная грамота – Министерство Просвещения СССР, Академия Педагогических наук СССР ЦК Союза работников просвещения высшей школы и научных учреждений. Март 1976.
  • 11. Qramota – Azərbaycan LKGİ Abşeron Rayon Komitəsi. 4 fevral 1977-ci il.
  • 12. Qramota – Azərbaycan LKGİ Abşeron Rayon Komitəsi. 27 sentyabr 1978-ci il.
  • 13. Почетная грамота – Центральный Комитет ВЛКСМ. 14 марта 1978 года.
  • 14. Почетная грамота – ЦК ЛКСМ Азербайджана. 20 января 1979 года.
  • 15. Почетная грамота – Министерство Просвещения СССР, Академия Педагогических наук СССР и ЦК Профсоюза работников просвещения высшей школы и научных учреждений. Март 1979 года.
  • 16. Fəxri fərman – Azərbaycan SSR Maarif Nazirliyi və Maarif, Ali Məktəb və Elmi İdarə işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi. 14 yanvar 1980-ci il.
  • 17. Fəxri fərman – Azərbaycan SSR Maarif Nazirliyi və Maarif, Ali Məktəb və Elmi İdarə işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi. 14 yanvar 1981-ci il.
  • 18. Благодарственная грамота-Общество "Знание" Азербайджанской ССР. 7 декабря 1981 года.
  • 19. Почетная грамота – ЦК ЛКСМ Азербайджана. Май 1981 года.
  • 20. Почетная грамота – Azərbaycan LKGİ Abşeron Rayon Komitəsi. 24 dekabr 1982-ci il.
  • 21. Fəxri fərman – Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti. 28 yanvar 1982-ci il.
  • 22. Qramota – OAKYC-nin Abşeron Rayon Komitəsi. Dekabr 1982-ci il.
  • 23. Fəxri fərman – Azərbaycan SSR Xalq Nəzarəti Komitəsi. 23 aprel 1982-ci il.
  • 24. Fəxri fərman – Azərbaycan SSR Pedaqoji Cəmiyyəti. 22 iyun 1982-ci il.
  • 25. Почетная грамота – Министерство Просвещения СССР, Академия Педагогических наук СССР и ЦК Профсоюза работников просвещения высшей школы и научных учреждений. Апрель 1982 года.
  • 26. Почетная грамота – Кукмор РОНО Педобщество 1 августа 1984 года.
  • 27. Почетная грамота – Abşeron rayon Xırdalan qəsəbə 1 nömrəli orta məktəbi. 6 oktyabr 1984-cü il.
  • 28. Fəxri fərman – Azərbaycan KP Abşeron Rayon Komitəsi. 5 may 1985-ci il.
  • 29. Почетная грамота – Центральный Комитет ВЛКСМ. 14 января 1986 года.
  • 30. Почетная грамота – ЦК ЛКСМ Азербайджана. 14 октября 1986 года.
  • 31. Почетная грамота – Восьмилетняя школа села Могох Кергебильского района Дагестанской АССР. 5 октября 1987 года.
  • 32. Fərman – Azərbaycan SSR Mərkəzi Uşaq ekskursiya-turist stansiyası. 14 noyabr 1987-ci il.
  • 33. Почетная грамота – Центральный Комитет КПСС, Совет Министров СССР, ВЦСПС и ЦК ВЛКСМ. Ноябрь 1987 года.
  • 34. Почетная грамота – Государственный Комитет по Народному Образованию, Академия Педагогических наук СССР, ЦК Профсоюза работников просвещения высшей школы и научных учреждений, . Апрель 1982 года. Всесоюзное общество "Знание" май 1988.
  • 35. Fəxri fərman – Azərbaycan SSR Pedaqoji Cəmiyyəti. 24 iyun 1989.
  • 36. Почетная грамота – Abşeron rayon Xırdalan qəsəbə 1 nömrəli orta məktəbi. 21 mart 1989-cu il.
  • 37. Почетная грамота – ОНО Апшеронского района. 21 марта 1989 года.
  • 38. Почетная грамота – Государственный Комитет Азербайджанской ССР по телевидению и радиовещанию. 21 марта 1989 года. 39. Почетная грамота – Апшеронский РК ДОСААФ. 21 марта 1989 года.
  • 40. Почетная грамота – Abşeron rayon pioner və məktəblilər evi. 21 mart 1989-cu il.
  • 41. Почетная грамота – Библиотека-музей А.П.Гайдара. Канев, Черкасская область Украинской ССР. 14 мая 1989 года. в дни Всесоюзного фестиваля интернациональной дружбы.
  • 42. Почетная грамота – "Abşeron" qəzeti redaksiyası. 5 may 1990-cı il.
  • 43. Почетная грамота – Azərbaycan SSR Qızıl Aypara Cəmiyyəti Abşeron Rayon Komitəsi. 19 iyun 1991-ci il.
  • 44. Почетная грамота – Восьмилетная школа села Могох Кергебильского района Дагестанской АССР. 21 марта 1989 года.
  • 45. Почетная грамота – Правление Башкирского отделения Добровольного общества любителей книги РСФСР. 17 января 1990 года.
  • 46. Fəxri Fərman – "Ədalət və Həqiqət" qəzeti redaksiyası. 21 mart 2009-cu il.
  • 47. Fəxri Fərman – "Bütöv Azərbaycan" qəzeti redaksiyası. Bakı 2015.
  • 48. Fəxri Fərman – "Əsrin ziyalıları" qəzeti redaksiyası. Bakı 2015.
  • 49. Fəxri Fərman – Abşeron rayon Gənclər və İdman İdarəsi. Mətbuatımızın 140 illiyi münasibətilə. 22 iyul 2015-ci il.

Təşəkkür məktubları

[redaktə | mənbəni redaktə et]
  • 1.Благодарственное письмо – Президента Академии Педагогических наук СССР В.Н.Столетова. 5 января 1977 года. Н-10/2 ин.
  • 2. Благодарственное письмо – Главной редактора "Учительской газеты" Н.Парфеновой. 31 октября 1979 года. Н-312652.
  • 3. Благодарственное письмо – Президента Академии Педагогических наук СССР В.Н.Столетова. 18 июня 1980 года. Н-13.
  • 4. Благодарственное письмо – Димитровской Коммунистической Союза Молодожи. Окружной Комитет Разград. Кранево Пионерский лагерь. 06–22 августа 1979 года.
  • 5. Благодарность – XII Всесоюзного фестиваля молодожи и студентов в. Москве 1985 года.
  • 1. Azərbaycanın Qabaqcıl Maarif xadimi. 1977.
  • 2. Komsomolda fəal işinə görə. 1980.
  • 3. SSRİ Maarif Əlaçısı. 1983.
  • 4. Metodist müəllim. 1984.
  • 5. ÜİLKGİ-nin 70 illiyi. 1988.
  • 1. "Əmək veteranı" medalı. 1989.
  1. "Arxivlənmiş surət". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-11.