Navəkmisal xanım (d. 1828 - ö. 5 avqust 1854) — 31. Osmanlı sultanı Əbdülməcidin on səkkizinci xanımı.
Navəkmisal xanım | |
---|---|
سيدة نافيفكمالي | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şimali Qafqaz |
Vəfat tarixi | |
Vəfat yeri | |
Vəfat səbəbi | vərəm |
Dəfn yeri | |
Fəaliyyəti | əsilzadə |
Atası | Rüstəm Biberd |
Anası | Fatma Kızılbəy |
Həyat yoldaşı | I Əbdülməcid |
Navəkmisal xanım 1828-ci ildə Şimali Qafqazda əsilzadə ailəsində dünyaya gəlmişdir. Atası Rüstəm bəy Biberd, anası isə Batıxan Kızılbəyin qızı Fatma Kızılbəy idi. Özündən başqa Suzidilarə xanım (ö. 1919) adlı bir bacısı da vardı. Xalası Kəşfiraz xanım Rəfiyə Sultanın süd anası idi. Bu səbəblə bacısı qızlarını daha yaxşı həyat yaşamaları üçün İstanbula, Osmanlı sarayına gətirtmişdi.
Navəkmisal xanım Osmanlı sarayında tərbiyə aldıqdan sonra Validə Bəzmialəm Sultanın nədiməsi oldu. Bu müddət ərzində Sultan Əbdülməcidin diqqətini cəlb etdi və 1853-cü ildə cütlük evləndi. Sultan Əbdülməcidin bu evlilikdən övladı olmadı. Belə ki, 1854-cü ilin əvvəllərində İstanbulda tüğyan edən vərəm epidemiyasına tutuldu və müalicə üçün Üsküdardakı Şəmsi Paşa sarayına köçürüldü. Çox keçmədən 5 avqust 1854-cü ildə vəfat edən Navəkmisal xanım Yeni məsciddə dəfn olundu.