Bəzmi-aləm Sultan

Bəzmialəm Sultan (1807, Qafqaz2 may 1853, Dolmabağça sarayı, İstanbul ili) — 30-cu Osmanlı sultanı II Mahmudun xanımı və Sultan Əbdülməcidin anası, Validə sultan.

Bəzmialəm Sultan
türk. Devletlu İsmetlu Bezmiâlem Valide Sultan Aliyyetü'ş-Şân Hazretleri
osman. بزم عالم سلطان
Bəzmialəm Sultanın istifadə etdiyi möhür
Bəzmialəm Sultanın istifadə etdiyi möhür
1 iyul 1839 – 3 may 1853
ƏvvəlkiNəqşidil Sultan
SonrakıPərtəvniyal Sultan
Şəxsi məlumatlar
Doğum tarixi 1807
Doğum yeri
Vəfat tarixi 2 may 1853(1853-05-02)
Vəfat yeri
Dəfn yeri Sultan Mahmud türbəsi, İstanbul
Fəaliyyəti Validə Sultan
Həyat yoldaşı
Uşağı Sultan Əbdülməcid
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı haqqında çox az məlumat var. Doğum tarixi təxminən 1807-ci il olaraq qəbul edilir. Əslən gürcü olub, kiçik yaşlarında saraya alındığı və Sultan Mahmudun bacısı Əsma Sultanın himayəsində təlim-tərbiyə edildiyi məlumdur.[1] Təlimini tamamladıqdan sonra adı “Dünya məclisi” mənasını verən Bəzmialəm olaraq dəyişdirildi və Sultan Mahmuda təqdim edildi.[2] Ardından yeganə övladı olan Şahzadə Əbdülməcidi 25 aprel 1823-cü ildə dünyaya gətirməklə Sultan Mahmudun ikinci qadınəfəndiliyinə yüksəldi. Səhhəti ağırlaşdığı üçün təmiz hava alması məqsədilə Çamlıcadakı köşkə daşınan Sultan Mahmud 26 iyun 1839-cu ildə yanında olan oğlu Şahzadə Əbdülməcid, xanımı Bəzmialəm Sultan, kürəkəni Xəlil Paşa və məclis üzvü Hüsrəv Paşa ilə vədalaşdıqdan və oğluna reformasiyalarla bağlı məsləhətlər verdikdən sonra komaya girdi. 2 gün sonra – 28 iyun 1839-cu ildə burada vəfat etdi. Şəhərdə baş verə biləcək hər hansı bir ayaqlanmaya qarşı padşahın ölümü 2 gün boyunca gizli tutuldu. 1 iyulda cənazəsi Topqapı sarayına gətirildi və günorta saatlarında cənazə mərasimi keçirildi. Hələ 16 yaşında olan oğlu Sultan Əbdülməcid taxta çıxmış, beləcə Bəzmialəm Sultan “Məhdi Ülya” ünvanıyla validə sultan oldu.

Validə sultan illəri

[redaktə | mənbəni redaktə et]

Taxta çıxdığı əsnada Sultan Əbdülməcidin yaşının az olması və dövlət təcrübəsinin olmaması, ilk illərdə Bəzmialəm Sultanın dövlət məsələlərinə qarışmasına və dövləti şəxsən idarə etməsinə səbəb oldu.[3] Belə ki, oğlunun ölkə daxilindəki səyahətləri əsnasında saray və dövlət işləriylə məşğul olmuşdur. Sultan Əbdülməcid 1842-ci ildə anası Bəzmialəm Sultan üçün Dilquşə qəsri adlı yeni bir qəsr inşa etdirmişdir. Hal-hazırda bu qəsr Validə sultan köşkü olaraq tanınır. 1838-ci ildə qurulan Maliyyə nazirliyi dövlətin bütün gəlir və xərclərini nizamlamaq məqsədilə validə sultanların da gəlirlərini sabitlədi. Belə ki, Sultan Əbdülməcidin anası Bəzmialəm Sultanın maaşı 1839-cu ildə 2500, 1840-cı ildə 3500 lirəyə yüksəldildi. Validə Bəzmialəm Sultan vərəm xəstəliyinə tutuldu[4]3 may 1853-cü ildə Çırağan sarayında vəfat etdi və həmin gün Sultan Mahmud türbəsinə dəfn edildi.[5]

Xeyriyyə işləri

[redaktə | mənbəni redaktə et]

Bəzmialəm Sultan ağıllı, tədbirli, şəfqətli və alicənab bir qadın olmuş, oğlunu və digər saray əhlini göstərişdən uzaq tutmağa çalışmışdır. Dövlət idarəsində qazandığı nüfuza baxmayaraq rüşvət və iltimasdan uzaq durmuşdur. Ancaq vəfatından sonra da oğlu üzərindəki nüfuzu azalmadı. Belə ki, ölümündən illər sonra sədrəzəm Mehmed Əmin Paşa davam edən maliyyə böhranının səbəbi olaraq mərhum validə sultanın israf və rüşvətə meyilliliyini göstərmiş, bu səbəblə sədrəzəm dərhal vəzifədən alınmışdır.[6]

Oğlunun səltənəti əsnasında dövlətin ona təyin etdiyi maaşı və digər gəlirlərini yoxsulları doyurmağa və ölkəni abadlaşdırmağa sərf etmişdir. Üstəlik borc səbəbilə həbsə düşənlərin borcunu ödəyərək onları azadlığa buraxmış, kimsəsiz və yetim qızları evləndirmişdir. Himayəsində olan Navəkmisal xanımı və Nükət-səza xanımı oğlu Sultan Əbdülməcidlə evləndirmişdir.

Validə Bəzmialəm Sultan ölkənin müxtəlif yerlərində bir çox əsər və vəqflər qurmuş, bunların davamlılığı üçün gəlir gətirən bir çox mülk və əmlaklarını dab u vəqflərə təsis etmişdir. Gördüyü xeyriyyə işlərindən önəmli olanları aşağıdakılardır:

  • BA, İrade-Dahiliye, nr. 9035, İrade-Meclis-i Vâlâ, nr. 23.131.
  • Bezmiâlem Vâlide Sultan Vakfiyeleri, VGMA, Kasa, nr. 11, s. 12-13, 20-21, 205, 357, 392.
  • Bezmiâlem Vâlide Sultan Vakıfları Fodla Defteri, VGMA, Kasa, nr. 44.
  • Evkāf-ı Hümâyun Nezâreti Bütçe Defteri, sene 1326, s. 95
  • Zîver Paşa, Âsâr-ı Zîver Paşa, Bursa 1313, s. 117-121, 128 vd., 147 vd., 203, 206, 305.
  • Lutfî, Târih, VI, 3; VIII, 10, 71-72, 74 vd.; IX, 18, 26, 32.
  • Mehmed Emin el-Mekkî, Hulefâ-i İzâm-ı Osmâniyye, İstanbul 1318, s. 17, 52-53.
  • Mehmed Râif – A. Bahri, Mir’ât-ı İstanbul, İstanbul 1316, I, 321, 468-471, 576.
  • Yağlıkçızâde Ahmed Rifat, Lugat-ı Târihiyye ve Coğrafiyye, İstanbul 1299-1300, s. 109.
  • Mehmed Zihni, Meşâhîrü’n-nisâ, İstanbul 1294, I, 122-123.
  • Mehmed Ziyâ, İstanbul ve Boğaziçi, İstanbul 1336, I, 130-132.
  • S. Celâl Antel, “Tanzimat Maarifi”, Tanzimat I, İstanbul 1940, s. 446-448.
  • Konyalı, İstanbul Âbideleri, s. 20-21.
  • Tanışık, İstanbul Çeşmeleri, I, 258, 260, 264, 338; II, 77 vd., 189 vd., 193-195, 229.
  • Naci Yüngül, Taksim Suyu Tesisleri, İstanbul 1957, s. 42, 44 vd.
  • a.mlf., Haremden Mektuplar, İstanbul 1956, s. 147-164.
  • a.mlf., Harem II, Ankara 1971, s. 62, 65-66, 154.
  • Vasıf Gündoğdu Artun, İstanbul’da XIX. Yüzyıl Çeşmeleri (mezuniyet tezi, 1968), İÜ Ed.Fak., İÜ Ktp., nr. 6072, s. 42-43, 45, 51-52, 88.
  • Celâl Esad Arseven, Türk Sanatı, İstanbul 1973, s. 177-178.
  • Türkiye Maarif Tarihi, I-II, 449-453.
  • İSKİ Sular Defteri (Vakıf Arıtma Sular Müdürlüğü), s. 39.
  • Kâzım Çeçen, İstanbul’da Osmanlı Devrindeki Su Tesisleri, İstanbul 1984, s. 113, 145, 260 vd., 262.
  • Halûk Y. Şehsuvaroğlu, “Bezmiâlem Vâlide Sultan”, a.e., IV/39 (1953), s. 2098 vd.
  • Fazıl I. Ayanoğlu, “Vakıf Yapan Türk Kadınları”, İÜ Hukuk Fakültesi Mecmuası, XXIX/1-2, İstanbul 1963, s. 7-9.
  • Ertan Ünal, “İstanbul Çeşmeleri”, Hayat Tarih Mecmuası, V/7, İstanbul 1969, s. 38.
  • Erdem Yücel, “Vakıf Yapan Kadınlar”, a.e., VII/2 (1971), s. 45-49.
  • İ. Hakkı Konyalı, “Bezmiâlem Vâlide Sultan Vakfiyeleri”, Yeni Asya, İstanbul 8-11 Kasım 1973.
  • J. Deny, “Vâlide Sultan”, İA, XIII, 185.
  1. M. Çağatay Uluçay, Osmanlı Saraylarında Harem Hayatının İç Yüzü, İstanbul 1959, s. 55-56, 112-113.
  2. a.mlf., Padişahların Kadınları ve Kızları, s. 120 vd.
  3. Z. Melek, “Son Devirde Kadınlar Saltanatı”, Resimli Tarih Mecmuası, II/15, İstanbul 1951, s. 633.
  4. A. Refik, “Sultan Abdülmecid Han’ın Sarayında (Doktor Spitzer’in Hatıratı)”, TOEM, VI (1333), s. 599-622.
  5. Tahsin Öz, İstanbul Camileri, İstanbul 1962-65, I, 36; II, 20.
  6. Ayvansarâyî, Hadîkatü’l-cevâmi‘, II, 12, 21.
  7. K. İsmail Gürkan, Bezmiâlem Vâlide Sultan Vakıf Gureba Hastahanesi Tarihçesi, İstanbul 1967.
  8. S. Nâzım Nirven, İstanbul’da Fâtih II. Sultan Mehmed Devri Türk Su Medeniyeti, İstanbul 1953, s. 75-76.
  9. Bereket-zâde Çeşmesi (La Fontaine de Bereketzâde) (haz. İstanbul Şehri Muhibleri Cemiyeti), İstanbul, ts.
  10. Mir’âtü’l-Haremeyn: Mir’ât-ı Mekke, I, 726-728.