Naxçıvan şüşə qablar zavodu- Şüşə sənayesi müəssisəsi.
1979-cu ildə istifadəyə verilmişdir.1983-cü ildən qaz yanacağı ilə işləyən zavod istehsal həcmini artırmış və nəticədə 1986-cı ildən başlayaraq ildə 60 milyona qədər butulka istehsal etmişdir.1992-ci ilin iyulunadək zavodda 440 milyona qədər butulka istehsal edilmişdir.İlk fəaliyyəti dövründə 450-500 nəfər fəhlə və qulluqçu işləmişdir.Zavodun ümumi tikililərinin sahəsi 3.5 hektar,tam ərazisi isə 12 hektardır.Əsas istehsal növü 0.5 litrlik butulka məhsuludur.Zavodun istehsal gücü ildə 60 milyon ədəd 0.5 litrlik butulka üçün nəzərdə tutulub.Zavodda əsas istehsal prosesi ilə yanaşı,2005-ci ildən etibarən transformator yarımstansiyaları üçün təcridedicilər (izolyatorlar),müxtəlif çeşidli məişət qabları və keramika məmulatları istehsal olunur.[1]