Naxçıvan Şahmat Məktəbi — Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən şahmat məktəbi.[1]
1981-ci ildə yaradılmışdır.
Açılış mərasimində o zaman da Azərbaycanın rəhbəri olan Heydər Əliyev iştirak etmişdir. Məktəbdə 460 şagird məşğul olur. Onların 20-si ustalığa namizəddir (2005). Təkmilləşmə və ibtidai hazırlıq, təlim-məşq qrupları fəaliyyət göstərir. Məktəbin yetirmələri məktəblilərin keçmiş ümumittifaq və respublika şahmat yarışlarında iştirak etmişlər. 1998-ci ilin dekabrında şəhərin Nizami küçəsindəki ikimərtəbəli müasir binaya köçmüşdür.[1]