Naxçıvan Hərbi Qarnizonu — Azərbaycan Silahlı Qüvvələrinin qoşun birləşmələri.[1]
Naxçıvan Hərbi Qarnizonu | |
---|---|
Növü | Motoatıcı |
Yaranma tarixi | 7 sentyabr 1991 |
Ölkə | Azərbaycan |
Tabedir | Azərbaycan Silahlı Qüvvələri |
Daxildir | Azərbaycan Quru Qoşunları |
Qərargah | Naxçıvan |
Ləqəbi | Naxçıvan korpusu və ya Naxçıvan ordusu |
Müharibələr |
Qarabağ müharibəsi Günnüt əməliyyatı İkinci Qarabağ müharibəsi |
Döyüşlər | Şuşa əməliyyatı 2020 |
Komandanlıq | |
Məşhur komandirləri | Tehran Mənsimov |
1991-ci il sentyabrın 7-də erməni təcavüzünün gücləndiyi şəraitdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyevin imzaladığı qərarla Naxçıvan Muxtar Respublikasının Dövlət Müdafiə Komitəsi (DMK) yaradıldı. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 1992-ci il iyul-avqust ayında qəbul etdiyi qərarlara əsasən keçmiş SSRİ Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən hərbi hissələri əmlakı ilə birlikdə DMK-ya verildi. 1992-ci il sentyabrın 19-da DMK-nın bazasında Azərbaycan Milli Ordusunun 705 saylı motoatıcı briqadası, eyni zamanda keçmiş 41-ci sərhəd dəstəsinin bazasında 22 avqust 1992-ci il tarixdə Azərbaycanın ilk sərhəd dəstəsi yaradıldı. Azərbaycan Respublikasının Prezidenti və Silahlı Qüvvələrinin Ali Baş Komandanı Heydər Əliyevin Azərbaycan Silahlı Qüvvələrinin yenidən qurulması sahəsində həyata keçirdiyi tədbirlər nəticəsində 1995-ci il iyunun 21-də 705 saylı motoatıcı briqada 705 saylı motoatıcı diviziyaya çevrilmiş, 1998-ci il dekabrın 8-də isə həmin diviziyanın bazasında korpus yaradılmışdır. 10 aprel 1995-ci il tarixdə Daxili qoşunların Naxçıvan taboru yaradılmış, 4 dekabr 2002-ci il tarixdə həmi tabor Daxili Qoşunların Naxçıvan Alayına çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 14 yanvar 2004-cü il tarixli fərmanı ilə Naxçıvan Sərhəd Dəstəsi "Naxçıvan" Sərhəd Diviziyasına çevrilmişdir.
Silahlı Qüvvələrin Naxçıvan Muxtar Respublikasının ərazisindəki qurumları birlikdə Naxçıvan Hərbi Qarnizonunu təşkil edir.[1]