Bu məqaləni vikiləşdirmək lazımdır. |
Tehran Cavid oğlu Mənsimov (24 avqust 1972, Düztahir, Qusar rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun keçmiş zabiti və Vətən müharibəsi iştirakçısı.[2]
Tehran Mənsimov | |
---|---|
Şəxsi məlumatlar | |
Ləqəbi | Ləzgi qartalı[1] |
Doğum tarixi | 24 avqust 1972 (52 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Naxçıvan Ümumqoşun Ordusu |
Xidmət illəri | 1992-2024 |
Rütbəsi | Polkovnik |
Döyüşlər |
Qarabağ müharibəsi İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Hadrutun azad edilməsi • Şuşanın azad edilməsi |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Tehran Cavid oğlu Mənsimov 1972-ci il avqustun 24-də Qusar rayonunun Düztahir kəndində anadan olmuşdur. Orta təhsilini Qusar rayonunda almış, 1989-cu ildə məktəbi bitirmişdir[3]. 1990-cı ildə hərbi xidmətə çağırılıb, Orta Asiya respublikalarını əhatə edən Türküstan hərbi dairəsinin hava desant qüvvələrinin Özbəkistanda yerləşən hərbi hissəsində qulluq edib. 40-a yaxın millətin nümayəndəsinin xidmət etdiyi hərbi hissədə yeganə azərbaycanlı olub. Bu qoşun növündə əlbəyaxa döyüş fəndlərini bilmək vacib imiş. Əlbəyaxa döyüş üzrə Düşənbədə təşkil olunan hərbi dairə birinciliyində altı ayın əsgəri olsa da, bütün rəqiblərinə qalib gələrək finala çıxıb, finalda isə erməni rəqibini məğlub edib. Bu uğuruna görə hərbi hissənin rəhbərliyi tərəfindən mükafatlandırılıb və Səmərqənddə yerləşən serjant məktəbinə oxumağa göndərilib. Burada da fiziki hazırlığına və bilik səviyyəsinə görə fərqlənir. Məktəbdə təhsil alan 347 nəfərdən buranı bitərərkən yalnız ona və başqa bir əsgərə serjant rütbəsi verilir, qalanları isə kiçik serjant olur[4]. 1992–2011-ci illərdə cəbhə xəttində taqım komandiri vəzifəsindən briqada komandiri vəzifəsinə qədər xidmət yolu keçib. 2011–2013-cü illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında təhsil almış, oranı birinciliklə bitirimişdir. 4 iyul 2013-cü ildən Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda xidmətə başlayıb və Şahbuz rayonundakı hərbi hissənin komandiri olub. Göstərdiyi şücaətlər bir sıra medallara layiq görülüb. 2021-ci ilin iyun ayınadək Döyüş Hazırlığı və Tədris-təhsil İdarəsinin rəisi vəzifəsində xidmətini davam etdirmişdir.[5] 25 iyun 2021-ci ildən indiyədək Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində çalışır.
Tehran Mənsimov 1993-cü ildən taqım komandiri, bölük komandiri, taborun qərargah rəisi, tabor komandiri, kəşfiyyat hərbi hissəsinin komandiri, briqada komandirinin müavini, briqadanın qərargah rəisi, briqadanın komandiri vəzifələrində xidmət edir[6].
Cəmi 23 yaşında tabor komandiri vəzifəsinə təyinat alır, 4 briqadanın komandiri olur. Taqım komandiri vəzifəsindən briqada komandiri vəzifəsinə kimi xidmət etdiyi dövrdə Füzuli, Beyləqan, Ağdam, Xocavənd rayonlarının hər bir məntəqəsini, keçidini, az qala cığırını əzbər öyrənir[6]. Atəşkəs dövründə cəbhə xəttində bir çox əməliyyatlar keçirərək düşmənə ağır zərbələr vurur, çoxsaylı itkilərə məruz qoyur[7].
Tehran Mənsimov hazırda Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində çalışır. Mənsimovun hazırda xidmət etdiyi Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti 16 mart 2020-ci il tarixində yaradılıb.[5]
Birinci Qarabağ müharibəsində könüllü iştirak etdikdən sonra hərbi təhsil alaraq leytenant rütbəsində ordu sıralarında xidmətə başlamışdır. Taqım komandirliyindən briqada komandirliyinə kimi Qarabağ bölgəsində xidmət etmişdir.[8]
Atəşkəs dövründə cəbhə xəttində bir çox əməliyyatlar keçirərək düşmənə ağır zərbələr vurur, çoxsaylı itkilərə məruz qoyur. Bütün bunlar hamısı hərbi hissədə yayılaraq əsgərlər arasında ruh yüksəkliyini daha da artırırdı[9]. 2011-ci ildə hərbi təlimlər zamanı göstərdiyi yüksək hərbi döyüş hazırlığı potensialı müsbət qiymətləndirilir və hərbi təhsilini davam etdirmək üçün Silahlı Qüvvələrin Hərbi Akademiyasına göndərilməsi təklifi səslənir. İmtahanlarda ən yüksək nəticəni göstərərək akademiyaya qəbul olunur. Bundan sonra ikiillik akademik hərbi təhsil müddəti başlayır. 2012-ci ildə Türkiyədə NATO üzvü olan dövlətlərin ordu qərargahları arasında qərar qəbuletmə prosesi ilə bağlı keçirilən yarışda Azərbaycan Ordusunun hərbçilərinə Tehran Mənsimov rəhbərlik edir. 2013-cü ildə imtahanlarda ən yüksək nəticəni göstərərək akademiyanı birinciliklə bitirən Tehran Mənsimovun həyatının Naxçıvan dövrü başlayır.
I və II Qarabağ savaşının iştirakçısı Polkovnik Tehran Mənsimov. "Azərbaycan Bayrağı" ordeni və "İgidliyə görə" medalı, "Vətən uğrunda" medalı, "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə","Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı,"Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, III dərəcəli "Qüsursuz xidmətə görə" medalı, II dərəcəli "Qüsursuz xidmətə görə" medalı, I dərəcəli "Qüsursuz xidmətə görə" medalı, III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı", II dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı, I dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı, Hərbi əməkdaşlıq sahəsində xidmətlərinə görə", "Azərbaycan Silahlı Qüvvələrin veteranı", "Şücaətə görə", "Vətən Müharibəsi iştirakçısı", medalları ilə təltif olunmuş, Şuşanın azadlığını təmin edən hərbi əməliyyat qruplaşmalarının rəhbəri olmuşdur.[10]
1990-cı ildən 6 yanvar 1992-ci ilədək Sovet Ordusunun sıralarında hərbi xidmət keçmiş, Azərbaycan Milli Ordusunda xidmətə başlamışdır. Könüllü olaraq Birinci Qarabağ müharibəsinə yollanmış və müxtəlif istiqamətlərdə gedən döyüşlərdə fəal iştirak etmişdir.[11] 1992-ci ilin fevralından Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində kurs keçmiş, bir il sonra leytenant rütbəsi almışdır. 1992-ci ilin yanvarında 64 azərbaycanlı əsgər yoldaşı ilə Özbəkistandakı xidməti tərk edərək, I Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir.[4] 1991-ci ilin dekabrın son günlərində hərbi dairə üzrə xidmət edən azərbaycanlıları bir yerə yığaraq, Azərbaycana getmək istəyənə icazə verdiklərini deyirlər. 1992-ci ilin yanvar ayının ilk günlərində hərbi dairə üzrə 64 azərbaycanlı Tehran Mənsimovun rəhbərliyi ilə bilet alaraq Türkmənistana, oradan da bərə ilə Bakıya gəlirlər.[6] Onların bir qismi evlərinə getmiş, digərləri isə Biləcəridə hərbi komissarlığa müraciət edərək, Qarabağda könüllü döyüşmək üçün orduya yazılmışdır. Tehran Mənsimov da həmçinin bu qrupda idi. Biləcəridə hərbi nümayəndələr Laçına göndərilmək üçün tabor hazırlandığını xəbər edirlər. Tehran Mənsimov hərbi komissarlığın təlimatı ilə döyüş hazırlığını təkmilləşdirmək üçün, Üçtəpədə yeni yaranan "N" saylı hərbi hissəyə gəlir. Tehran Mənsimovun hazırlığı, hərbi biliklərini yoxlandıqdan sonra taqım komandiri təyin edilir. Növbəti gün təcili döyüş əmri verilərək, hərbi hissə Füzuliyə dislokasiya olunur. 1992-ci ildə təqdimatla Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə kəşfiyyat ixtisası üzrə oxumağa göndərilir. Orduda kadr, zabit çatışmazlığına və şiddətli döyüşlərin getdiyinə görə çox qısa kurs keçməli, sonda isə kiçik leytenant rütbəsi alaraq xidmətə başlamalı idilər. 1993-cü ilin mart ayında təhsilini başa vurur və 354 nəfərin içində yalnız Tehran Mənsimov, leytenant rütbəsi alaraq, taqım komandiri təyin olunur.[12]
Tehran Mənsimov 1994-cü ildə keçirilən Horadiz əməliyyatının iştirakçısı olub.[4] 2011-ci ildə hərbi təlimlər zamanı göstərdiyi yüksək hərbi döyüş hazırlığı potensialı müsbət qiymətləndirilir və hərbi təhsilini davam etdirmək üçün Silahlı Qüvvələrin Hərbi Akademiyasına göndərilməsi təklif edilir[13]. İmtahanlarda ən yüksək nəticəni göstərərək akademiyaya qəbul olunur. Bundan sonra 2 illik akademik hərbi təhsil müddəti başlayır.[4]
2012-ci ildə Türkiyədə NATO üzvü olan dövlətlərin ordu qərargahları arasında qərar qəbuletmə prosesi ilə bağlı keçirilən yarışda Azərbaycan Ordusunun hərbçilərinə Tehran Mənsimov rəhbərlik edir.
2013-cü ildə imtahanlarda ən yüksək nəticəni göstərərək akademiyanı birinciliklə bitirən Tehran Mənsimovun həyatının Naxçıvan dövrü başlayır. O zaman fəaliyyət göstərən, beşinci ordu korpusunun "N" saylı dağatıcı briqadasının komandiri kimi dövlət sərhədinin 96 km-lik hissəsində müdafiə tapşırığını yerinə yetirir. İrəvandan gələn yollar, o cümlədən Laçın dəhlizi briqadanın müşahidəsi altında idi. Cəbhə xəttindən fərqli olaraq Naxçıvan istiqamətində atəşkəsin pozulması nadir hallarda olurdu və Azərbaycan Ordusu dərhal düşmənin cavabını verirdi.
2015-ci ildə Ermənistan silahlı qüvvələrinin bölmələri nəzarətsiz iki yüksəkliyi ələ keçirməyə cəhd edirlər.[9] Əgər o yüksəklikləri tutsaydılar, sərhəd bölgəsində strateji üstünlük əldə edər, bizim təminat yollarını nəzarətə götürər və atəş altında saxlayardılar. Bunun da nəticəsində nə vaxtsa hərbi əməliyyatlar baş versəydi, Azərbaycan hərbi bölmələrinin fəaliyyəti iflic ola bilərdi. Tehran Mənsimov peşəkar hərbçi fəhmi ilə anlayırdı ki, ermənilər bu yüksəklikləri ələ keçirmək istəyəcəklər. Ona görə briqadanın müvafiq bölmələrinə müdafiəni gücləndirmələri barədə tapşırıqlar verir. Elə bu ərəfədə qərargah rəisi məruzə edərək bildirir ki, təxminən 70 nəfərdən ibarət erməni yüksəkliyə tərəf irəliləyir.[9] Həmin gün Bakıda Avropa Oyunlarının bağlanış mərasimi keçirilirdi. Polkovnik minaatanların və zenit qurğularının atəş mövqelərinə çıxarılması, düşmənin dərhal məhv edilməsi əmrini verir. Böyük risk idi, çünki o, yuxarı komandanlığa məruzə edənə qədər düşmən yüksəklikləri zəbt edə bilərdi. Təxminən 6 saata yaxın döyüş gedir və düşmən əvvəlki mövqelərinə qovularaq, həmin yüksəkliklərdə özümüz mövqe tuturuq. Döyüşdə ermənilərin bir zabiti və 4 əsgəri məhv edilir. Naxçıvanda Ermənistanla dövlət sərhədində Kərətəpə adlanan yüksəklikdə posta çatmaq üçün 574 pillə çıxmaq lazım idi.[9] Əsgərlərin bütün tədarükü, sursatlar həmin narahat pilləkən vasitəsilə həyata keçirilirdi və olduqca böyük çətinliklər yaradırdı. Posta yolu isə yalnız Ermənistanla dövlət sərhədi istiqamətində çəkmək mümkün idi. Həmin vaxt müdafiə mövqelərini daha da möhkəmləndirmək üçün hərbi hissəyə xüsusi texnikalar verilmişdi. 2017-ci ildə Tehran Mənsimov qərar qəbul edir ki, təminat və təxliyə məqsədilə mütləq posta yol çəkmək lazımdır. Çünki düşmən birdən ora hücum etsəydi, vaxtında kömək edilə bilməzdi. Yol çəkilməyə başlanan vaxt ermənilər ekskavatoru vururlar. Polkovnik ani qərar verir: düşmən postu darmadağın edilməlidir. Şəxsən zenit qurğusunun arxasında oturaraq düşmənin pilotsuz uçuş aparatını vurmaq adı altında erməni postunu 135 mərmi ilə darmadağın edir. Vəziyyət barədə məruzə edən, döyüşün səbəbləri, nəticələri haqda məlumat verən Tehran Mənsimovun vaxtında verdiyi döyüş qərarı təqdir edilir, yüksək qiymətləndirilir. Ramazan ayı olduğu üçün yüksəkliklərdəki mövqelərə Ramazan postu adı verilir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilən "Vətən uğrunda" medalını Tehran Mənsimova təqdim edir. 2018-ci ilin may ayında polkovnik T. Mənsimovun hərbçi bioqrafiyasına növbəti şərəf səhifəsi yazılır. Əlahiddə Ümumqoşun Ordu tərəfindən keçirilən Günnüt əməliyyatı Aprel zəfərindən sonra ordumuzun yeni uğuru oldu. 2018-ci ilin avqustunda Əlahiddə Ümumqoşun Orduda Döyüş Hazırlığı və Tədris İdarəsi yaradılır və Tehran Mənsimov bura rəis təyin edilir. Daha sonra xüsusi təyinatlı qrupla Qarsda 28 ölkənin hərbçilərinin qatıldığı qış hərbi təlimlərində iştirak edir. Təlimi yenə də birinci yerdə başa vurur, bu münasibətlə Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar tərəfindən hədiyyə və sertifikat alır. Mənfi 33 dərəcə şaxtada paraşütlə hoppanmaq kimi hərəkətləri yalnız Azərbaycan hərbçiləri yerinə yetirdilər. 2019-cu ilin yayında Türkiyə və Azərbaycan orduları arasında "Sarsılmaz qardaşlıq-2019" birgə döyüş atışlı taktiki təlimdə də yüksək nəticələr göstərirlər. Əlahiddə Ümumqoşun Orduda Döyüş Hazırlığı və Tədris İdarəsinin rəisi kimi Naxçıvandakı bütün hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə olmasını xüsusi diqqət mərkəzində saxlayır. Tehran Mənsimovun əsas diqqət yetirdiyi məsələ həm də xüsusi təyinatlıların döyüş vərdişlərinin daha da təkmilləşdirilməsi idi. Bir çox kurslar keçir, təlimlərdə iştirak edir və kəşfiyyatçı olduğu üçün təcrübəsi də formalaşır. Gecə-gündüz döyüş atışlı təlimlər keçirir.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun zabiti olan Tehran Mənsimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsində fəal iştirak etmişdir. Noyabrın 4-dən 8-nə qədər davam edən Şuşa uğrunda döyüşlərdə şəhərə girən ilk zabitlərdən olmuşdur.[14]
2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatına qarşı Ali Baş Komandan İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatı başlananda ən çox sevinənlərdən biri də Tehran Mənsimov olur. O, hələ I Qarabağ savaşında ən gərgin döyüşləri gördüyündən, birbaşa cəbhə xəttində uzun illər hərbi xidmət keçdiyindən əmin idi ki, qələbəyə daha çox töhfə verə bilər. Döyüşlər başlayan gün yuxarı komandanlığa müraciət edərək cəbhəyə yollanmaq arzusunda olduğunu bildirir. Yoldaşları ilə hər gün cəbhədən gələn xəbərləri təhlil edir, nəticələri dəyərləndirir və səbirsizliklə döyüşə getmək barədə əmr gözləyirdi. Ali Baş Komandan İlham Əliyevin Suqovuşanın və Cəbrayılın azad edilməsi barədə müjdələrini Naxçıvanda bayram kimi qarşılayırlar, amma bu döyüşlərdə iştirak edə bilmədikləri üçün həm də təəssüflənirlər. Oktyabr ayının 10-da müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordunun komandanı general-polkovnik Kərəm Mustafayevin yanında keçirilən hərbi müşavirədə birdən Ali Məclisin Sədrindən zəng gəlir. Xüsusi təyinatlıların istisnasız olaraq hər bir hərbçisi bu xəbərdən böyük sevinc içində idi. İki saatdan da tez müddətdə Mənsimov komandana məruzə edərək bildirir ki, tam heyətlə hava limanındayıq. Oktyabrın 10-da təyyarə ilə Bakıya gəlir. Müdafiə Nazirliyinə gedərək tapşırığı dəqiqləşdirir. Səhər tezdən avtobuslarla döyüş bölgəsinə yola düşür. Yolda korpus komandiri general-mayor Mais Bərxudarova zəng edərək təchizatla bağlı bəzi məsələləri müəyyənləşdirir. Daha sonra xüsusi təyinatlıların komandanı Hikmət Mirzəyevlə görüşüb, döyüş əmrini dəqiqləşdirir. Bundan sonra Mənsimov Naxçıvandan gələn xüsusi təyinatlıları iki hissəyə ayırır. Olduqları yerdən sağa, yəni Füzuli-Xocavənd istiqamətinə gedən bölməyə polkovnik-leytenant Anar Əliyev, 150 nəfərdən ibarət digər hissə isə Tehran Mənsimovun rəhbərliyi ilə sola — Hadrut-Şuşa istiqamətinə hərəkət edilir. Artıq ordumuz xeyli irəliləmiş, Hadrut azad olunmuşdu. Şəxsi heyəti 12 qrupa bölür.[15] Oktyabrın 12-dən döyüşlərə girir və ilk savaş Füzulinin Qarakollu kəndində olur. Şəxsi heyətin döyüş hazırlığı ən yüksək səviyyədə idi, bu baxımdan əsgər və zabitlərinə tam arxayın idi. Qısa zamanda Füzulinin Qarakollu, Aygestan yaşayış məntəqələrini, Hadrut-Qarakollu yolunu, daha sonra Qaracuq, Şiştəpə, Hadrut qəsəbəsini, üç strateji yüksəkliyi azad etdilər. Ərgünəş, eləcə də Güllükar, Tuğ dağlarını ələ keçirtdilər.[16] Oktyabr ayının 19-na kimi bu ərazidə düşmənin hücumlarının qarşısını alaraq, onu geri çəkilməyə məcbur etdilər. Döyüşlər zamanı Naxçıvandan gələn heyət ilk iki gün ərzində Hadrut qəsəbəsi və onun ətrafındakı meşələrdə ayrıca döyüşərək 80-ə yaxın ermənini məhv etdilər. Sonrakı günlərdə "N" saylı xüsusi təyinatlı hərbi hissənin bölmələri ilə birlikdə döyüşdülər. Tehran Mənsimovun rəhbərlik etdiyi hərbi birləşmələr növbəti günlərdə erməni qruplaşmalarını məhv edə-edə Hadrutdan Tuğa gedən yolun üstündəki mühüm strateji yüksəkliyə yetişir. Polkovnikin qarşısında yeni döyüş tapşırıqlarının icrası vardı.[17] Cəbrayıla gələrək müvəqqəti komanda məntəqəsində general-leytenant Kərim Vəliyevlə (hazırda general-polkovnik rütbəsi ilə müdafiə nazirinin birinci müavini, Baş qərargah rəisi vəzifəsindədir) görüşür. Qeyd edir ki, təcrübəli hərbçi-döyüşçü, bizim dillə desək, səngər generalı olan Kərim Vəliyevin bu istiqamətdəki hərbi əməliyyatları peşəkarlıqla koordinasiya etməsi döyüşlərin uğurlu gedişinə mühüm töhfə verir. Tehran Mənsimov döyüşlərin gərgin mərhələlərinin getdiyi Xocavənd rayonunun icra hakimiyyətinin başçısı, I Qarabağ müharibəsində könüllü özünümüdafiə dəstələrinin komandiri olmuş Eyvaz Hüseynovun da iştirak etdiyi görüşdə əməliyyat şəraitini, döyüş tapşırıqlarını dəqiqləşdirir, geniş məsləhətləşmə keçirdir. Sonra Horadizə gedib Naxçıvandan gələn 160 nəfərlik yeni heyəti qarşılayır.[18] Əmr gəlir ki, oktyabrın 21-də Füzulinin Qarğabazar kəndi istiqamətinə hərəkət etməlidirlər, növbəti döyüş tapşırığı orada veriləcək. Heyət Qarğabazara irəliləyərkən, artilleriya atəşinə məruz qalırar. Tehran Mənsimov Pikap avtomobilə əyləşərək birbaşa qarşıdakı təpəyə sürür və erməni artilleriyasının yerləşdiyi nöqtəni müəyyən etir. Ərazinin koordinatını dəqiqləşdirərək, məlumatı artilleriya qüvvələrinə verir. Dərhal artilleriya ermənilərin atəş nöqtələrini məhv edirlər. Yüksəklikdən geri qayıdanda isə ermənilər hərəkətdə olan avtomobilini atəşə tutdular və bir qədər getdikdən sonra maşın piyada əleyhinə minaya düşür. Güclü partlayış olur, maşın aşır, O isə yaralanır.[18]
Döyüşlər şiddətlə davam edir. Savaşın qızğın vaxtında düşmənin atdığı raketin mövqeyimizdə partlaması nəticəsində yenidən yaralanır.[18] Zərbə qüvvəsi Onu 3 metr hündürlüyə qaldırıb yerə çırpır. İlk dəqiqələrdə özündən gedir sonra şoka girir. Ancaq təxliyə olunmaq istəmir, savaşı davam etdirir. Bu isə döyüşçülərdə ruh yüksəkliyini, əzmkarlığı daha da artırır. Ümumiyyətlə isə, tək O yox, bütün şəxsi heyət yaralanarkən ya bunu gizlədir, ya da təxliyəyə razı olmurdu. Oktyabrın 21-də general-leytenant Heydər Piriyev tərəfindən müdafiə nazirinin adından növbəti tapşırıq elan olundu. 160 nəfərlik dəstə Zərgər kəndi tərəfdən gedərək Yağlıvənd və Divanalılar kəndləri arasındakı 2 km-ə yaxın silsilədə olan erməni mövqelərini ələ keçirməli idi. Heydər Piriyev Tehran Mənsimova, "Bu ərazini Birinci Qarabağ müharibəsindən tanıyırsan və sənin bu döyüş planını uğurla həyata keçirəcəyinə inanırıq" deyir.[6] Bu əməliyyat üçün digər xüsusi təyinatlı hərbi hissədən də əlavə 52 nəfər hərbçi ayrıldı. Planı nəzərdən keçirərək müəyyən edir ki, ermənilər onların Yağlıvənd və daş karxanası tərəfindən hücum edəcəyimizi gözləyirlər. Gecə ikən dronu havaya qaldıraraq ermənilərin mövqelərinə tərəf 8 km dərinliyə istiqamətləndirir. PUA vasitəsilə silsilədə yerləşən 58 erməni hərbçisi sayır. Səhər tezdən hücum əmri verir.[9] Artilleriya dəstəyindən sonra irəliləməyə başlayır. Arxadan da həmlə taboru gəlir. 2 saata 4,8 km irəliləyərək 2 km-lik silsiləni gərgin döyüşlər nəticəsində ələ keçirir və 58 nəfər ermənidən biri də sağ çıxa bilmir. Bizim isə sadəcə 3 yaralımız olur. Silsilə hər tərəfdən ermənilərin mühasirəsində olduğu üçün müdafiə mövqeləri qurur. Çünki həm Yağlıvənd, həm Divanalılar tərəfdən atəş altında idilər. Qərara alır ki, Yağlıvənd kəndini dərhal azad etsinlər. Kəndi azad etmək üçün əvvəlcə ətrafdakı yüksəklikləri tutmaq lazım idi. Yağlıvəndin ətrafında isə 5 yüksəklik var. Kəndi azad etmək barədə qərarıma yuxarı komandanlıq da dərhal razılıq verir. Oktyabrın 23-də gecə yüksəkliklərin beşini ələ keçirdik və kəndin özünü də azad edirər. Döyüşlərin qızğın vaxtında görürlər ki, ermənilər 3 Kamazla öz birləşmələrinə köməyə gəlirlər. Əgər həmin Kamazlar gəlib çatsaydı, hücumda olan bölmələri mühasirəyə düşə bilərdilər. Dərhal Kamazları məhv edir və psixoloji üstünlüyü daha da artırırlar. Təkcə 35 düşmən cəsədini kəndin içində sayır, bu hücumun nəticəsi olaraq Dilağarda və Qodu Dilağarda kəndlərini də azad edirlər. Ümumilikdə ilk həmlədə 3 kənd və 12 yüksəkliyi düşməndən geri alırlar. Artıq düşmənin dərinliyinə 9 km girmişdilər. Yuxarı komandanlıqdan dedilər ki, əlavə qüvvə göndərilir, onlar gələnə qədər oktyabrın 24-də gecə daha bir yüksəkliyi də azad etdilər.
Oktyabr ayının 28-də Azərbaycan Müdafiə nazirinin əmri ilə Tehran Mənsimov Şuşa istiqaməti üzrə əməliyyat qruplaşmalarının rəhbəri təyin olunur. Döyüşlərdə iştirak edən "N" saylı iki motoatıcı briqadanı və digər iki briqadanın taborları onun tabeliyinə verilir. Hadrut ətrafında mövqe tutan hərbi birləşmələrin istiqaməti Daşaltı və Şuşa idi. Tehran Mənsimovun həyatının əsas missiyası başlayırdı.- Sağ tərəfdə "N" saylı digər briqada və həmlə taboru, sol tərəfdən isə xüsusi təyinatlılar Şuşaya doğru hücuma keçməliydilər. Noyabrın 1-də hücuma başlayaraq ermənilərin qarşımızdakı mövqelərini darmadağın etdilər və gəlib Xocalı rayonunun Sığnaq kəndinə çatdılar. Burdan da Çanaqçı kəndinə doğru irəliləyirlər. Hərbi texnika ilə 200-dən artıq hərbçi 31 avtomobildə — KamAZ və URAL-da hərəkətdə olurlar. Avtomobillərin hərəkəti çətinləşmişdi, əslində, artıq mümkün deyildi.
Motoatıcı dəstələrin önündə gedən kəşfiyyatçılar, xüsusi təyinatlılar artıq döyüşürdülər və onlarla hava rabitəsi ilə əlaqə saxlamaq da əməliyyatın məxfiliyi baxımından qadağan edilmişdi. Hər tərəfdən düşmənlə əhatələnmiş, hər cığırında erməni mövqeyinin yerləşdiyi ərazidə hərbi texnikanı və şəxsi heyəti hərəkət etdirmək böyük risk idi.
Öncə Meçtaqlar ərazisində "Cəhənnəm dərəsi" deyilən yerdə düşmən mühasirəsinə düşürlər. Ağır artilleriya zərbələrindən əlavə onların dronları da davamlı təhlükə yaradırdı. Çətinliklə mühasirəni yarıb, Çanaqçıya çatarkən meşədə növbəti mühasirəyə düşürlər.
Yenə də ağır artilleriya hədəfində idilər. Erməni artilleriyası maşın kolonunun ön və arxa avtomobillərini sıradan çıxartdı. Həm qarşıya, həm də geriyə hərəkət mümkünsüz idi. Düşmənin zərbələrini dəf etmək üçün şəxsi heyətlə maşınlardan düşərək kiçik daldalanacaqda mövqe tuturlar. Mühasirəni yarmaq üçün kəşfiyyat komandiri kapitan Elmar Allahverdiyevə əmr edir ki, kolonun önündəki zədələnmiş URAL maşınını dərəyə ataraq yolu açsınlar. Polkovnik-leytenant Cahandar Əhmədov və kapitan Elmar Allahverdiyev 15 nəfərlə birgə yanan maşını yoldan kənarlaşdırıb dərəyə atırlar. Ağır artilleriya zərbələri altında irəliləməyə başlayırlar. Hərbi qaydalara görə, Tehran Mənsimov sonda irəliləməli gərəksə də, vəziyyətin çox gərgin və həssas olduğunu nəzərə alaraq, ilk URAL-a əyləşir və kolonu mühasirədən çıxarda bilir.
Çanaqçıya çətinliklə çatırlar. Burada da düşmən çox ciddi müqavimət göstərir. Bu zaman qərargahdan növbəti gizli döyüş tapşırığı gəlir. Məxfiliyi qorumaq üçün əmr əldən-ələ ötürülmək şərtilə zərfdə göndərilmişdi. Tapşırığın istiqamətini öyrənən kimi zərfi içindəki yazı ilə bərabər dərhal yandırır. Növbəti hədəf Daşaltı idi. Həmin gecə Sığnaqla Daşaltının arasındakı strateji yüksəklikdə mövqe tuturlar. Daha sonra buradan ərazinin kəşfiyyatını həyata keçirərək Daşaltıya hücumu dəqiqləşdirirlər. Müəyyən edilir ki, sağdan, soldan və mərkəzdən hansı bölmələr hücum edəcək. Ermənilər güclü müdafiə mövqeləri qurmuş və xeyli ağır texnika, şəxsi heyət cəlb etmişdilər. Onlar isə yalnız atıcı silahlarla silahlanmışdılar: avtomat, pulemyot və snayper.
Düzgün döyüş planlaşdırması, hərbçilərimizin peşəkarlığı və əsgərlərimizin qəhrəmanlığı nəticəsində noyabr ayının 4-də Daşaltı kəndini işğaldan azad etdik. Çox yaxın məsafədən döyüş getdi və kəndi azad etdikdən sonra 190 erməni meyiti saydıq. Bundan sonra ermənilər kəndi aramsız artilleriya atəşinə tutdular və əks-hücumlarla geri qaytarmağa cəhd etdilər, amma hər dəfə itki verərək geri çəkilməyə məcbur oldular.
Noyabrın 5-i səhər tezdən sakitlik idi. Daşaltını azad edəndən sonra tapşırıq Şuşadan Xankəndi istiqamətinə yolu bağlamaq idi. Birdən ermənilər Şuşakənd-Daşaltı, Şuşa-Daşaltı, Keybalı-Daşaltı və Laçın tərəfdən Daşaltıya yenidən əks-hücuma başladılar. Düşmənin təxminən 4 tabora yaxın qüvvəsi ilə 6 saat gərgin döyüş getdi. Hər tərəfdən ordumuzu güclü atəşə tutdular, yalnız Daşaltıya gəldikləri arxa səmt açıqdı. Bu zaman əsgərlərimizdən biri arxadan rabitə ilə xəbər verdi ki, ermənilər meşənin və çayın içi ilə kəndə doğru irəliləyirlər. Bu o demək idi ki, biz Daşaltıda mühasirəyə düşə bilərlər. Dərhal qabaqlayıcı tədbirlər görüldü və Tehran Mənsimov Vətən Müharibəsi Qəhrəmanı kapitan Ramazan Hudulova iki saat müddətində 13 nəfərlik qrupla Laçından gələn yolu bağlamağı əmr etdi və sol tərəfdən düşmənin yolu bağlandı.
Həmin gün ermənilər bütün iriçaplı silahlardan — minaatanlardan, "Qrad" qurğusundan, "Şilka"dan Daşaltını atəşə tutaraq dəfələrlə hücuma keçdilər, lakin Tehran Mənsimovun tabeliyində olan şəxsi heyət bir addım da geri çəkilmədi və qəhrəmancasına kəndi saxladılar. Onlardan 67 nəfər şəhid oldu, 120 nəfər yaralandı. Bu döyüşdə nə qədər erməni məhv etdikləri dəqiq deyildi, çünki bütün ətraf yüzlərlə erməni cəsədi ilə dolu idi.
Artıq Xankəndi-Şuşa, Laçın-Şuşa yollarını bağlamış, düşmənin hərəkətini tam dayandırmışdılar. Şimal-qərbdən Şuşa hüdudlarına daxil olmuşdular. Tehran Mənsimovun rəhbərlik etdiyi bölmələrlə noyabrın 5-dən 6-na keçən gecə Laçın yolunu keçərək Keybalı yaşayış məntəqəsi tərəfdən Şuşa ətrafındakı meşəyə daxil oldular. İsa bulağı tərəfdən dolayı yollarla gəlib Xankəndi yolunda digər istiqamətdən polkovnik Fuad Qasımovun rəhbərliyi ilə hücum edən Xüsusi Təyinatlı Qüvvələrimizlə birləşdilər. Qəfil məlumat gəldi ki, Şuşa, Şuşakənd, Xankəndi, Muxtarkənd tərəfdən ermənilər yenidən əks-hücuma keçdilər. Qabaqda gələn iki erməni tankını məhv etdilər və döyüş başladı. Yuxarı komandanlığın tapşırığı ilə polkovnik Fuad Qasımovla bir yerdə qərar qəbul edirlər ki, artıq Şuşaya daxil olmağın vaxtıdır. Tehran Mənsimovun tabeliyində olan 94 nəfərdən bir hissəsini meşədə saxlayır ki, Keybalılar tərəfdən hücumun qarşısını alsınlar.
Tehran Mənsimov "N" saylı motoatıcı hərbi hissənin komandiri polkovnik Vilayət Quliyevə deyir ki, tanklar hazır olsun və Daşaltı tərəfdən Şuşaya girəcəklər. İki tankı da Laçından gələn yola çıxarmağı tapşırır.[19] Şəxsi heyətlə qayalıqlarla Şuşaya tərəf hərəkət etməyə başlayırlar. Qayalıqlarla dırmanıb, yaxın məsafədən qarşıda mövqe tutan erməniləri məhv edirlər.
Artıq döyüş ən yaxın məsafədə gedirdi. Düşmənlə ən uzaq məsafə 10 metrdən çox deyildi və həm də artıq elə bir vəziyyət yaranır ki, əlbəyaxa döyüşürlər. Çünki silahı doldurmağa vaxt olmur. Başlarının üstündə pilotsuz uçan aparatları, hər addımbaşı aramsız artilleriya zərbələri, minomyotlardan mərmilər… Belə çətin şəraitdə düşmənlə ancaq yüngül silahlarla döyüşürlər. Özü də düşmən hündürlükdə və 28 il möhkəmləndirdiyi güclü bir hərbi mövqedə idi. Bizim isə hər addımımız ermənilərin müşahidə və atış hədəfində idi. Onu da nəzərə alaq ki, ehtiyat şəxsi heyətimiz və texnikamız 16 km arxada idi. Hər addımda erməni tələsi, mühasirə cəhdi, aldadıcı həmlələri vardı. Ermənilər şəhərə hücumu Qırmızıbazar və Şuşakənd istiqamətindən gözləyirdilər, amma onlar tamamilə fərqli istiqamətdən şəhərə daxil oldular.
Artıq noyabrın 6-da Şuşada idilər. Şəhərin içində güclü döyüşlər getdi, ermənilərin 3 əks-hücumunu dəf etdilər. Həmin gün Şuşada hücumu dərinliyə doğru daha da genişləndirdilər, hücum istiqamətində küçə və prospektləri, yaşayış və qeyri-yaşayış obyektlərini düşməndən təmizlədilər. Sonrakı günlərdə də Azərbaycan Ordusunun hərbi geyimində olan erməni xüsusi təyinatlıları və diversantlarına şəhərdə dəfələrlə rast gəlindi.
Noyabrın 7-də ermənilər Şuşanı geri qaytarmaq üçün 1000 nəfərdən artıq heyətlə yenidən hücuma keçdilər. Yer-göy silkələnirdi, şəhər güclü artilleriya atəşinə tutulurdu. Həmin gün 4 əks-hücumun qarşısını aldılar. Şuşa yolu artıq təmizlənirdi və şəhərin müdafiəsinin təşkili üçün Tehran Mənsimov iki tank və bir piyada döyüş maşınının bura gətirilməsini əmr etdi. Artıq Xankəndinə gedən yolu nəzarətə götürmək lazım idi.
Hərbi hissələrin nömrələrini məxfi saxlamaq vacibdir. Ancaq 181 saylı hərbi hissənin adını tarix üçün xüsusi qeyd etmək lazımdı. Onlar Şuşanın azadlığı üçün böyük qəhrəmanlıqlar göstərdilər. Polkovnik Vilayət Quliyevin rəhbərliyi altında bu hərbi hissə böyük şücaətlərə imza atdı.
Bu hərbi hissə də iki tank və iki piyada döyüş maşını ilə Laçın istiqamətindən gələn erməni qüvvələrini və texnikasını saxlamaq üçün göndərildi. Sol tərəfdən Daşaltıya gedən yolu tutmaq üçün təxminən 200 nəfərlik şəxsi heyət yönləndirildi. Onlar düşmənin o cinahdan 10 tankının irəliləməsinin qarşısını aldılar.
Noyabrın 8-də ermənilər şəhərə "İskəndər" raketi ilə zərbə endirdilər, amma artıq şəhər Azərbaycan Ordusunun nəzarətində idi və ermənilər heç bir şey edə bilməzdilər. Bütün şəhər düşməndən təmizlənmiş, bölmələrimiz etibarlı müdafiə mövqeləri tutmuşdular. Əlbəttə ki, düşmən bu təslimçiliyi ilə barışmaq istəmirdi. Buna görə də Laçından Şuşaya gedən yola nəzarəti gücləndirir və şəhərdən Xankəndiyə doğru qaçan erməni dəstələrini məhv edirdilər.
Elə noyabrın 8-i Şuşakənd-Şuşa, Muxtarkand-Şuşa, Xankəndi-Şuşa və digər istiqamətlərdən erməni qüvvələri və texnikası şəhərə əks-hücuma keçdi. Şuşa və Xankəndiyə gedən yol eynidir və ordumuzun nəzarətində idi. Cəmi 50 döyüşçü ilə düşmənin intensiv artilleriya, raket və minaatan atəşi altında mövqelərimizi qoruyurdular. Hər metrə bir mərmi düşürdü. Düşmən onilliklər boyu əraziyə hakim olduğundan, coğrafi relyefi əla bilirdi, buna görə də şiddətli artilleriya atışı və çoxsaylı heyətlə hücuma əminliklə başladı. Ancaq geri oturduldu və böyük itki verdi.
9 noyabrda düşmən yenidən geniş əks-hücum əməliyyatı keçirdi. Sübh tezdən başlayan hücum intensiv artilleriya atəşləri ilə davam etdi. Ermənistan cəbbəxanasında olan ən ağır və dağıdıcı bütün silahlarından — "Smerç" reaktiv raket və "TOS" ağır odsaçan artilleriya sistemlərindən, kaset mərmilərindən və digər bu kimi ağır artilleriya vasitələrindən istifadə etdi.
Şuşanın bütün binaları hədəfə alındı. Xüsusilə ordumuzun müdafiəni qurduğu qala şiddətli atəşə məruz qaldı. Əslində, bütün hədəflər düşmənə məlum idi, buna görə də hətta ən yüksək yerdə yerləşən qalanın hər qarışına bir mərmi düşürdü. Şəhərdə dəhşətli vəziyyət yaranmışdı. Axşam saat 7 radələrində düşmən yenidən əks-hücuma keçdi. Xankəndiyə gedən yolun sol tərəfində bir qüllənin və böyük xaçın yerləşdiyi yüksəklik tərəfdən 30 nəfər və Xankəndi tərəfdən isə 40 nəfər qara forma geyinmiş erməni silahlısı hücuma keçir. Hiss olunur ki, bunlar xüsusi təlim keçmiş bölmələrdir. Polkovnik Vilayət Quliyev yüksəklikdən irəliləyən düşməni BMP-2 atəşi ilə, digər istiqamətdə yığılmış düşmən qrupunu isə iki tank əleyhinə idarə olunan raketlə məhv edir. Həmin gün onların əks-hücumu yatırılır, gecə isə pilotsuz təyyarələrimizin işinə mane olan "TOR" hava hücumundan müdafiə kompleksini məhv edilir.
Noyabrın 9-da Şuşada hər şey artıq başa çatmışdı, düşmən birdəfəlik məhv edilmiş, şəhər tam təmizlənmişdir. Tehran Mənsimovun rəhbərlik etdiyi əməliyyat qruplaşması Ali Baş Komandanın Şuşa ilə bağlı əmrini qələbə ilə icra etmişdilər. Artıq Zəfər qazanılmışdı.
Tehran Mənsimov həmin günlərin qürurunu və həm də ağrısını hələ də eyni həyəcanla yaşayır:
— Noyabrın 9-da saat 23:45-də elan olundu ki, 15 dəqiqədən sonra atəşkəs qüvvəyə minir. Hesab etdim ki, bu da əvvəlkilər kimi simvolik atəşkəs olacaq. Ancaq bir müddət sonra Ermənistanın təslim olmasından xəbər tutduq. Sevincimizin hədd-hüdudu yox idi! Gün ərzində ermənilər dəfələrlə atəşkəsi pozdular və bizi cavab tədbirlərinə təhrik etməyə çalışdılar. Ancaq təxribata getmədik.
Tarix üçün bir daha deyirəm, qoy heç kim unutmasın: Şuşa Xüsusi Təyinatlı Qüvvələr başda olmaqla, 4 hərbi hissənin (3 xüsusi təyinatlı və 181 saylı hərbi hissələr) hücumu ilə azad edildi!
Noyabrın 10-da daxili qoşunlarımızın bölmələri şəhərə daxil oldular. Mövqelərimizi daha da möhkəmləndirdik. Sonrakı günlərdə Rusiya sülhməramlılarının vasitəçiliyi ilə yüzlərlə erməni cəsədini qaytardıq. Bu, həm də bir əfsanənin, özü də canlı əfsanənin əsrlər boyu gənc nəslə örnək, nümunə olacaq ömür günlüyüdür.
Polkovnik-leytenant Tehran Mənsimov Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2005-ci il tarixli 860 nömrəli Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilmişdir.[20]
Polkovnik Tehran Mənsimov Azərbaycan Prezidenti İlham Əliyevin 20 iyun 2017-ci il tarixli 3006 nömrəli Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.[21]
15 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir[22].