Naxçıvan Müəllimlər Qurultayı

Naxçıvan Müəllimlər Qurultayı — “İrəvan quberniyası xalq məktəblərinin sahə qurultayı” adı ilə 1893-cü il noyabrın 22-24-də Naxçıvan şəhərində keçirilmişdir.[1]

Qurultayda “Məktəblərdə müəllimlər heç bir əlavə vəsait sərf etmədən hansı kənd təsərrüfatı məşğələlərini təşkil edə bilərlər?” mövzusunda müzakirə aparılmışdır. Müzakirələrdə mahalın tanınmış müəllimlərindən olan Cəlil Məmmədquluzadə, Kərim bəy İsmayılov (Nehrəm məktəbi), Nəsrulla Əmirov (Naxçıvan şəhər məktəbi), Əbdülqasım Sultanov (Şahtaxtı məktəbi), Məmməd bəy Qazıyev (Şərur məktəbi) çıxış etmişlər. Qurultayın bu məsələ ilə əlaqədar qəbul etdiyi qərarda məktəblərdə ipəkçiliyin təşkili və inkişaf etdirilməsi nəzərdə tutulmuşdur. Qurultayda Naxçıvan şəhər məktəbində müxtəlif fənlər üzrə keçirilmiş açıq dərslər də müzakirə olunur.[1] 

  1. 1 2 Naxçıvan Müəllimlər Qurultayı// Naxçıvan Ensiklopediyası / V.Y. Talıbov. — Təkminləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr. — Naxçıvan, 2005. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 380. — Səh.: 159-160. — ISBN 5-8066-1468-9.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]