Naxçıvan MSSR Xalq Komissarları Soveti — 1921–1946-cı illərdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının ali icraedici və sərəncamverici orqanı, Naxçıvan MSSR hökuməti.
Naxçıvan MSSR Xalq Komissarları Soveti | |
---|---|
| |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan SSR |
Yurisdiksiya | Naxçıvan MSSR |
Yaradılma tarixi | sentyabr 1921 |
Ləğv edilib | 28 mart 1946 |
Sonrakı | Naxçıvan MSSR Nazirlər Soveti |
Tabelik |
Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsi Naxçıvan MSSR Ali Soveti |
Naxçıvan Diyar İnqilab Komitəsinin qərarı ilə 1921-ci ilin sentyabr ayında Naxçıvan SSR Xalq Komissarları Soveti yaradılmış və 1923-cü il fevralın 27-dən 1924-cü ilin fevralın 9-dək Naxçıvan Diyar İcraiyyə Komitəsi kimi fəaliyyət göstərmişdir.[1]
Naxçıvan MSSR Xalq Komissarları Soveti muxtar respublikanın komissarlıqlarını və onların tabeliyindəki qurumların işini əlaqələndirir, fəaliyyətinə rəhbərlik edirdi. Xalq Komissarları Soveti muxtar respublika Sovetlər Qurultayının, qurultaylararası dövrlərdə isə Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsi (1938-ci ildən Naxçıvan MSSR Ali Soveti) qarşısında məsul olur və ona hesabat verirdi.[1]
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 28 mart 1946-cı il tarixli Fərmanı ilə qurum Naxçıvan MSSR Nazirlər Soveti adlandırılmışdır. Həmin qurum da öz növbəsində Naxçıvan MSSR Ali Sovetinin 1990-cı il 17 noyabr tarixli Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Soveti, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 3 dekabr 1990-cı il tarixli Qərarı ilə isə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti adlandırılmışdır.[1]
Xalq Komissarları Sovetinin tərkibinə Naxçıvan MSSR Xalq Komissarları Sovetinin sədri, onun müavinləri, eləcə də xalq komissarları daxil idi.
Naxçıvan MSSR-in 1926-cı il Konstitusiyasına əsasən Xalq Komissarları Sovetinin tərkibinə XKS sədri və müavinlərindən savayı 9 nəfər daxil idi:[2]
Sonrakı illərdə Xalq Komissarları Sovetinin tərkibi genişləndirilmiş, yeni komissarlıqlar yaradılmış, Xalq Əmək Komissarlığı, Xalq Fəhlə-Kəndli Müfəttişliyi Komissarlığı və Xalq Təsərrüfatı Şurası ləğv edilmişdir. Muxtar respublikanın 1937-ci il Konstitusiyasına əsasən Xalq Komissarları Sovetinin tərkibinə XKS sədri və müavinlərindən başqa aşağıdakı vəzifələri tutan şəxslər daxil idi:[2]