Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti

Naxçıvan Muxtar Respublikası Nazirlər KabinetiAzərbaycan Respublikasının tərkibinə daxil olan Naxçıvan Muxtar Respublikasının yuxarı icra orqanı.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
Ümumi məlumatlar
Ölkə
Yaradılma tarixi 8 fevral 1991
Əvvəlki qurum Naxçıvan MSSR Nazirlər Soveti
Tabelik Naxçıvan Muxtar Respublikasının Ali Məclisi
Baş qərargah Naxçıvan
Rəhbərlik
Baş nazir Ceyhun Cəlilov (2024–)
Birinci müavin Elşad Əliyev
Müavin Bəxtiyar Məmmədov

Naxçıvan Muxtar Respublikası Konstitusiyasından çıxarışlar:

  • Maddə 34. Naxçıvan Muxtar Respublikasında icra hakimiyyəti

I. Naxçıvan Muxtar Respublikasında icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti həyata keçirir.

II. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının yuxarı icra orqanıdır.

III. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə tabedir və onun qarşısında müntəzəm hesabat verir.

  • Maddə 35. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin statusu

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Konstitusiyası, qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası, qanunları ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində müstəqildir.

  • Maddə 36. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibi

I. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibinə Naxçıvan Muxtar Respublikasının Baş Naziri, onun müavinləri, Naxçıvan Muxtar Respublikasının nazirləri və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildirlər.

II. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibini Naxçıvan Muxtar Respublikası Baş Nazirinin təklifi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təsdiq edir.

Səlahiyyətləri

[redaktə | mənbəni redaktə et]

Naxçıvan Muxtar Respublikası Konstitusiyasından çıxarışlar:

  • Maddə 39. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin səlahiyyətləri

I. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti:

— muxtar respublika büdcəsinin layihəsini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edir;

— muxtar respublikanın büdcəsini icra edir;

— muxtar respublikanın iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir;

— muxtar respublikanın sosial proqramlarının həyata keçirilməsini təmin edir;

— nazirliklər və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləğv edir;

— Azərbaycan Respublikası Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edir.

II. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti iqtisadi və mədəni sahələrdə Naxçıvan Muxtar Respublikasını Azərbaycan Respublikasının Nazirlər Kabinetində təmsil edir.

  • Maddə 40. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin aktları

I. Ümumi qaydalar müəyyən etdikdə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti qərarlar, başqa məsələlər üzrə sərəncamlar qəbul edir.

II. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin aktları başqa qayda müəyyən edilməmişsə, dərc edildiyi gündən qüvvəyə minir.

Vəzifə
Vəzifəli
Partiya
Vəzifədədir
Baş nazir və müavinləri
Baş nazir Ceyhun Cəlilov 25 aprel 2024[1]
Baş nazirin birinci müavini Elşad Əliyev 27 iyun 2018[2]
Baş nazirin müavini Bəxtiyar Məmmədov 20 iyun 2023[3]
Nazirlər
Daxili İşlər Nazirliyi Süleyman Neymətov Bitərəf 28 dekabr 2022[4]
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xanlar Mustafayev 4 iyun 2024[5]
Fövqəladə Hallar Nazirliyi Şahin Mirzəyev Bitərəf 17 yanvar 2023[6]
Ədliyyə Nazirliyi Hüseyn Səfərov 11 oktyabr 2023[7]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Fərid Bağırzadə 25 aprel 2024[8]
Gənclər və İdman Nazirliyi Məcid Seyidov Yeni Azərbaycan Partiyası 21 iyul 2023[9]
İqtisadiyyat Nazirliyi Abbas İsmayılov 8 dekabr 2023[10]
Kənd Təsərrüfatı Nazirliyi Xəyalə Dadaşova 28 fevral 2023[11]
Maliyyə Nazirliyi Həsən İsmayılov 16 iyul 2024[12]
Mədəniyyət Nazirliyi Həsən Seyidov 14 avqust 2023[13]
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Rahid Ələkbərli Bitərəf 31 oktyabr 2023[14]
Səhiyyə Nazirliyi Samiq Sadıxov 31 may 2024[15]
Təhsil Nazirliyi Elxan Nəcəfov Bitərəf 31 may 2024[15]
Komitələrin sədrləri
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ramilə Seyidova
Dövlət Statistika Komitəsi Hüseyn Bağırov 7 aprel 2023[16]
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi İlqar Sadıqov 24 yanvar 2023[17]
Xidmət rəisləri
Dövlət Energetika Xidməti Məhərrəm Hüseynov 30 iyul 2024[18]
Agentliyin sədrləri
Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi Vüqar Babayev 19 dekabr 2017[19]
Dövlət Su Ehtiyatları Agentliyi Malik Rzayev 1 iyun 2024 [19]
Departament sədrləri
Dövlət Turizm Departamenti Əkbər Novruzov 24 aprel 2018[20]
Baş nazirlər
Sıra Şəkil Ad Başlama tarixi Bitmə tarixi Partiya
1
Mirismayıl Əliyev
17 noyabr 1990
sentyabr 1991
Azərbaycan Kommunist Partiyası
2
Becan Fərzəliyev
sentyabr 1991
1993
Azərbaycan Xalq Cəbhəsi
3
Şəmsəddin Xanbabayev
1993
2000
Yeni Azərbaycan Partiyası
4
Əlövsət Baxşıyev
11 fevral 2000
14 may 2020
5
Səbuhi Məmmədov
23 may 2020
25 aprel 2024
6
Ceyhun Cəlilov
25 aprel 2024
Hal-hazırda
Bitərəf
  1. "Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edilib - QƏRAR". nuhcixan.az (az.). 2024-04-25. 2024-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-04.
  2. "Elşad Əliyev Naxçıvanın kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib | Report.az". report.az. İstifadə tarixi: 2024-06-04.
  3. "Bəxtiyar Məmmədov Naxçıvan Baş nazirinin müavini təyin edilib". Şərq qapısı (ingilis). İstifadə tarixi: 2024-06-04.
  4. "Süleyman Neymətov Naxçıvanın daxili işlər naziri təyin edildi - VİDEO". Oxu.az (az.). 2024-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-04.
  5. "32 yaşlı Xanlar Mustafayev nazir təyin edildi - Sərəncam". Axar.Az (az.). 2024-06-04. 2024-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-04.
  6. "Arxivlənmiş surət". 2023-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-17.
  7. "Hüseyn Səfərov Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini təyin edilib". nuhcixan.az (az.). 2023-10-11. 2024-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-04.
  8. modern.az. "Azərbaycanda yeni nazir əvəzi TƏYİN EDİLDİ". modern.az (az.). 2024-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-04.
  9. "Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifəsindən azad edilib- nazir səlahiyyətləri Mirməcid Seyidova verilib". nuhcixan.az (az.). 2023-07-21. 2024-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-04.
  10. "Abbas İsmayılov nazir əvəzi təyin edildi". Axar.Az (az.). 2023-12-08. 2024-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-04.
  11. "Xəyalə Dadaşova kollektivə təqdim olunub". nuhcixan.az (az.). 2023-03-02. 2024-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-04.
  12. "Naxçıvanda nazir vəzifəsinə TƏYİNAT". Oxu.az (az.). 2024-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-16.
  13. "Həsən Seyidov Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini təyin edilib". nuhcixan.az (az.). 2023-08-14. 2024-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-04.
  14. "Rahid Ələkbərli Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini təyin edilib". nuhcixan.az (az.). 2023-11-01. İstifadə tarixi: 2024-06-04.
  15. 1 2 "Azərbaycanda 2 yeni nazir təyin edildi". Lent.az (az.). 2024-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-04.
  16. "Naxçıvana daha bir kadr təyinatı". 2023-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-07.
  17. demokrat.az. "Naxçıvanda yüksək vəzifəyə təyin olunan Sadıqov bu məşhurun oğludur — DOSYE". demokrat.az (ingilis). 2024-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-04.
  18. "Namiq Paşayev vəzifəsindən AZAD EDİLDİ". musavat.com (az.). 2024-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-31.
  19. 1 2 20. "Arxivlənmiş surət". ndsea.gov.az/az. 2024-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-01.
  20. "Naxçıvanın Turizm Departamentinə direktor təyin edilib | Report.az". report.az. İstifadə tarixi: 2024-06-04.