Naxçıvan döyüşü (1406)

Naxçıvan döyüşü — 1406-cı ildə Qaraqoyunlu hökmdarı Qara Yusiflə, Teymurilərin Təbriz hakimi Əbu Bəkr mirzə arasında Naxçıvan yaxınlığında baş vermiş döyüş.[1]

Qaraqoyunlu-Teymuri müharibələri
Qaraqoyunlu-Teymuri müharibəsi
TeymurilərTürkmənlər arasındakı döyüş, İran, 1450.c
Tarix 14 oktyabr, 1406
Yeri Naxçıvan
Səbəbi Qara Yusifin həbsdən çıxaraq keçmiş torpaqlarını ələ keçirmək üçün yürüşlərə başlaması.
Nəticəsi Qaraqoyunluların qələbəsi
Ərazi dəyişikliyi Teymuri Əbu Bəkr məğlub olaraq Sultaniyyəyə qaçdı.
Münaqişə tərəfləri

Qaraqoyunlular

Teymurilər
Van Hakimliyi

Komandan(lar)

Mərkəz
Qara Yusif
Qaraman bəy
Əli Paşa
Qara İsgəndər
Sağ qanad
Pir Hüseyn
Döğər Musa
İlyas bəy
Pir Ömər
Busat bəy
Qaraqoç Sultan
Əsəd bəy
Sol Qanad
Əmir Dizək
Cəlaləddin Pizək

Mərkəz
Miranşah
Əbu Bəkr
Sağ Qanad
Əmir Nəsr  
Tekül  
İgu Teymur
Əmir Doladay
Şir Bey  
Sol Qanad
Mir İzzətdin Şər
Şeyh Məhəmməd
İsmail Ateke Təslim olmaq
Qutluq Xoca
Xoca Berdi
Mirek Mincan  

1405-ci ildə Qara Yusif Suriyanı tərk etdi və Mardinə ordan da Mosula getdi. Ardınca Bitlisə yolan düşdü. Qara Yusifin həbsdən azad olduğunu bilən kimi bütün keçmiş tərəfdarları və qoşunu ətrafında yığılmağa başladılar. Şərqi Anadolunu tabe edən Qara Yusif həbsdə olarkən Sultan Əhmədlə andlaşmasına uyğun olaraq Azərbaycana üz tutmağa hazırlaşırdı.[2]

1406-cı ilin iyununda Sultan Əhməd və Qara Yusif Bağdadı ələ keçirdilər. 1406-cı ilin sonunda Təbrizə yaxınlaşdılar. Şirvanşah İbrahim Sultan Əhmədin İraqdan Azərbaycana yürüşünü qanuni hökmdarın dönüşü kimi qəbul etdi. I İbrahimə müvəqqəti sığınan Azərbaycan əmirləri Qara Yusifin tərəfinə keçdilər.[3]

Qara Yusifi qarşılamaq üçün Əbu Bəkr 23 avqust 1406-cı Təbriz gəldi. Şənbi Qazanda dayandıqdan sonra Naxçıvana yola düşdü. Əmirlərlə keçirilmiş müşavirə əsasında Qaraqoyunlularla döyüşə qərar verildi. 1406-cı ilin oktyabrın 14-də Naxçıvanın qərbində iki ordu qarşılaşdı. Qara Yusifin ordusunun sağ qolunda Pirhüseyn Səədli, sol qolunda Urmiya hakimi Dizək, mərkəzdə isə Qara Yusifin özü, Musa bəy Dögər, Pir Ömər, Piri bəy və başqa böyük Qaraqoyunlu sərkərdəkləri yer almışdılar.[4]

Döyüşün birinci günü tərəfər arasında kəşfiyyat işləri görüldü. Beləki hər iki tərəf ox atmaqla bir-birilərinin qüvvələrini öyrəndilər. Döyüşün ikinci günü Əbu Bəkr Arazı keçərək Qaraqoyunlu ordusunun üzərinə həlledici hücuma keçdi. Qara Yusif, "bizim şəxsi düşmənliyimiz üzündən bu qədər insan tələf olur. İgidlik və bahadırlıq hər ikimizin qarşı-qarşıya gələrək vuruşmağımızı tələb edir". dəsə də Əbu Bəkr bu təklifi qəbul etmədi. Az müddətdən sonra Teymuri ordusu davam gətirə bilməyərək geriyə çəkilməyə başladı. Əbu Bəkr döyüş meydanını tərk edərək Təbrizə gəldi. Şəhəri qarət və talan etdikdən sonra Sultaniyyəyə çəkildi.[4] Həsən bəy Rumlu bu haqda "Qızılbaşlar tarixi" kitabında yazır:

" Əmir Teymurun ölümündən sonra (Qara Yusif) həbsdən azad oldu. Onunla o vilayətə getmiş və dağılışmış min atlı yenidən toplaşdı və (Qara Yusif) oradan qaçıb Fərat çayının sahillərinə qədər sərhəd tayfaları və keşikçiləri ilə 180 döyüş edib qalib çıxdı. 809-cu il cumadiüləvvəl ayının 1-də (14.X.1406) Naxçıvan yaxınlığında Mirza Əbu Bəkr ilə vuruşub qələbə çaldı. Və ikinci dəfə Təbriz yaxınlığındakı Sərdrudda 810-cu ildə (8.VI.1407—26.V.1408) Mirza Əbu Bəkrlə döyüşdükdən və onun atası Mirzə Miranşahı öldürdükdən sonra bütün Azərbaycana, İraqi-Ərəbə və İraqi-Əcəmin bir hissəsinə hakim oldu.[5] "
  • Prof. Dr. Faruk Sümer. Kara Koyunlular (Başlangıçtan Cihan-Şah’a kadar). I. cilt Türk Tarih Kurumu Basım Evi — Ankara — 1967
  • Nuriyeva İradə Tofiq qızı. Azərbaycan tarixi (ən qədim zamanlardan–XXI əsrin əvvəllərinədək). – Bakı: Mütərcim, 2015. – 336 səh.
  • Qızılbaşlar tarixi. Tərcümə və şərhlər M. Ə. Məhəmmədinindir. — Bakı, "Azərbaycan" nəşriyyatı. 1993–48 s.
  1. Azərbaycan Tarixinin döyüşləri [ölü keçid]
  2. F. Sümer.s.69.
  3. İ. Nuriyeva.s.100.
  4. 1 2 F. Sümer.s.72–73.
  5. Qızılbaşlar tarixi.s.15.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Karakoyunlu