Bu məqalə "Tülkü həccə gedir" cizgi filmi haqqındadır. Digər mənalar üçün Tülkü həccə gedir (dəqiqləşdirmə) səhifəsinə baxın. |
Burada hikmətli bir əhvalatdan-qocalıb əldən düşmüş tülkünün özünə yem tapması üçün fikirləşib necə yeni fənd işlətməsindən danışılır.
Tülkü həccə gedir | |
---|---|
Janr |
faciəvi komediya uşaq |
Rejissorlar |
Nazim Məmmədov Bəhmən Əliyev |
Əsərin müəllifi | Abdulla Şaiq (titrlərdə yoxdur) |
Ssenari müəllifi | Eyvaz Borçalı |
Operator | Aleksandr Milov |
Bəstəkar | Aqşin Əlizadə |
Rəssamlar |
Bəhmən Əliyev Nazim Məmmədov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1971 |
Filmin növü | qısametrajlı cizgi filmi |
Müddət | 9,5 dəq |
Ölkə | SSRİ |
Dil | azərbaycanca |
Texniki məlumatlar |
1 hissə 280 metr 35 mm |
Rəng | rəngli |
Filmdə belə bir fikir ön plana çəkilmişdir: düşmən çox məharətlə cildini dəyişir. O gücü hesabına deyil, hiylə və ikiüzlülük sayəsində öz alçaq məqsədinə nail ola bilər.[1]
Applikasiya filmidir.
Film uşaq yazıçısı Abdulla Şaiqin eyniadlı nağılı əsasında ekranlaşdırılmışdır.
Film geniş tamaşaçı kütləsi üçün nəzərdə tutlmuşdur.