Fitnə — 1970-ci ildə Azərbaycanda istehsal olunmuş cizgi filmi.
Fitnə | |
---|---|
Fayl:Fitnə (film, 1970).jpg | |
Janr |
dram musiqili |
Rejissor | Ağanağı Axundov |
Ssenari müəllifi | Ədhəm Qulubəyov |
Operator | Aleksandr Milov |
Bəstəkar | Aqşin Əlizadə |
Rəssam | Elbəy Rzaquliyev |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 18 oktyabr 1971 |
Filmin növü | qısametrajlı cizgi filmi |
Müddət | 9 dəq. |
Ölkə | SSRİ |
Dil | rusca |
İl | 1970 |
Texniki məlumatlar |
1 hissə 251 metr 35 mm |
Rəng | rəngli |
İnsan əlinin zəhməti və iradəsi hesabına ən çətin, hətta ağlasığmaz işlərin də öhdəsindən gələ bilər. Filmin təlqin etdiyi fikir budur.
Nağılın qəhrəmanı gözəl Fitnə xalq arasından çıxmış bir qızdır. O, şaha və onun əyanlarına öz üstünlüyünü sübut edir, şahın məhəbbət və hörmətini qazanır.
Film Orta əsr Azərbaycan miniatür sənəti üslubundadır.
Film dahi Azərbaycan şairi Nizami Gəncəvinin eyniadlı nağıl-novellasının motivləri əsasında çəkilmişdir.
Applikasiya filmidir.