Nazranka (bəzən Nyasar) — İnquşetiya Respublikasında çay. Nazranka Sunja çayına tökülən Kambileevka çayının sol qoludur. Nazrankanın mənsəbi Sunji çayı mənsəbinin 68 km-də, sol sahildədir. Çayın uzunluğu 29 km-dir[1]
Nazraka | |
---|---|
rus. Назра́нка (Ня́сар) | |
Ölkələr | |
Mənsəbi | Sunja (Terekin qolu) |
Uzunluğu | 29 km |
Su hövzəsi | Sunja→Terek→Xəzər dənizi |
mənsəbi |
|
DSR[ru] | 07020000212008200003575 |
Çayı rus mənşəli adı yaxınlıqda yerləşən Nazrani şəhərindən götürülüb (inquş Нясаре). Nazrani şəhərinin adı isə çayın orjinal adından götürülüb — Nyasar.
Bir sıra alimlər Nazranka (Nasar) çayını Naya çayı ilə eyniləşdirirlər. Bu məlumat müxtəlif salnamələrdə qeyd edilmişdir. Məhs bu ərazidə Tver knyazı Mixail öldürülmüşdür.[2][3] Bura həm də yoxa çıxmış orta əsr alan şəhəri Dedyakovun orientir yeridir[2][3]
Nazranka və Sunja çaylarının sahillərində Mustye mədəniyyəti dövrünü təmsil edən bir qrup abidə var. Bu abidələr eyni tipli olmaqla müxtəlif ərazilərdə yerləşib. İlk dəfə paleolit dövrünə aid olan abidələri 1961-ci ildə V. P. Lyubinım Nasır-Kort və Qamurzievo kəndləri aşak etmişdir. Tapılmış arxeloji materyallar e.ə 40 mininci ilə aiddir. Bundan başqa müəyyən olunmuşdur ki, Qamurzievo kəndindən tapılmış silahlar yerli materyallardan hazırlanmışdır. Bu bölgədə mustye epoxasına aid kiçik emalatxana olmuşdur ki, orda daş emal olunurdu[4].
1781-ci ildə Leonti Şteder Nazranka çayı haqqında yazmışdır. O bildirirdi ki, "çay sahilində bir neçə kiçik şəhərcik mövcud olub. Bu məntəqələr Alaniyanın paytaxtı Maqas şəhəri sisteminə daxil idi. Çay çox təmiz suya və bataqlaşmış sahilə malik idi. Qamışlıq və kolluqlarla örtülmüş çayı yalnız keçid olduğu yerdə keçmək mümkün idi"[5][6].
Rusiyanın dövlət su reyestrinin məlumatlarına görə, çay Qərbi Xəzər hövzəsi rayonuna, Terek çayı su təsərrüfatı sahəsinə daxildir. Bu hövzə Terekin Rusiya Federasiyası ilə Gürcüstanla sərhədindən çaya Urusdonun birləşməsinə qədər ki ərazini əhatə edir. birləşməsinə qədər. Çayın — Xəzər dənizi hövzəsinin Terek və Volqa çayları arasındakı çaylar hövzəsinə aiddir. Dövlət su reyestrindəki obyekt kodu — 07020000212008200003575.[1]