Nekresili Aviv

Nekresili Aviv (gürc. აბიბოს ნეკრესელი, abibos nek'reseli; VI əsrMtsxeta) — Gürcüstanın on üç aysor həvarisindən biriNekresi yepiskopu. O, Zedazenili İoannın rəhbərliyi ilə Gürcüstana gəlmişdir.[1] Aviv yepiskop kimi fəaliyyətinə Kaxetiyanın şərq regionundakı təpələrdə yerləşən kənddə başlamışdır. "Kartli həyatı" salnaməsinə görə o, xristianlığı təkcə gürcülər arasında deyil, həm də didolar kimi dağ tayfaları arasında yayırdı.[2]

Nekresili Aviv
Doğum tarixi VI əsr
Vəfat yeri
Xatirə günü 12 dekabr, 29 noyabr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O zaman Şərqi Gürcüstanda Sasani hakimiyyətinin bərqərar olmuşdu. Onların əsas dini zərdüştilik idi. Rəvayətə görə, Aviv müqəddəs zərdüşti alovunu su ilə söndürmüşdür.[2]

  1. ""Holy Martyr Abibos of Nekresi (6th Century)", Pravaslavie.ru". 2023-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-08.
  2. 1 2 Loosley Leeming, Emma (2018). "Architecture and Asceticism: Cultural Interaction between Syria and Georgia in Late Antiquity". Texts and Studies in Eastern Christianity, Vol. 13. Brill. 2018, p. 44ISBN 978-90-04-37531-4

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Holweck, F. G. A Biographical Dictionary of the Saints. St. Louis, MO: B. Herder Book Co. 1924.
  • Rapp Jr, Stephen H. The Sasanian World through Georgian Eyes: Caucasia and the Iranian Commonwealth in Late Antique Georgian Literature. Routledge. 2017. səh. 145.