Nemanya Vidiç (serb. Немања Видић, 21 oktyabr 1981-də doğulub) serb karyerasını bitirmiş futbolçudur. O 2002–2011-ci illər aralığında Serbiya milli futbol komandasında çıxış etmişdir.
Nemanja Vidić | ||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
serb-kiril. Немања Видић | ||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||
Tam adı | Nemanja Vidić | |||||||||||||||||||||||||||||||||
Doğum tarixi | ||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Uzice, Serbiya | |||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | Serbiya | |||||||||||||||||||||||||||||||||
Boyu | 190 | |||||||||||||||||||||||||||||||||
Çəkisi | 88 kq | |||||||||||||||||||||||||||||||||
Mövqeyi | Müdafiəçi | |||||||||||||||||||||||||||||||||
Əsas ayağı | Sağ | |||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | ||||||||||||||||||||||||||||||||||
Klub | Karyerasını biririb | |||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
2000-ci illərin əvvəllərində Srvena Zvezda FK-da özünü yaxşı tərəfdən göstərir. Buna gorə də 2004-cü ilin yayında Spartak Moskva FK-na transfer olunur. 2006-cı il Dünya Çempionatının seçmə mərhələsində göstərdiyi oyunla məşhurluğu daha da artır. 2006-cı ilin yanvarında isə 7 milyon £ qarşılığında Mançester Yunaytedə keçir. Həmin il Rio Ferdinandla birlikdə oynadığı oyunla, dünyanın ən yaxşı müdafiə cütlüklərindən biri kimi hesab olunmağa başlanılır. O, 2014-cü ilin iyulunda kontraktı bitdikdən sonra Mançester Yunayteddən ayrılır.
Vidiç Mançester Yunayted FK-da böyük uğurlar qazanmışdır. Bu uğurlara 3 İngiltərə Premyer Liqası çempionluğu,UEFA Çempionlar Liqası çempionluğu,FİFA Klublararası Dünya Kuboku qalibiyyəti və 3 İngiltərə Liqa Kuboku çempionluğu aiddir. Şəxsi uğurlarına isə 2007–2009-cu illər aralığında qazandığı İngiltərədə ilin ən yaxşı 11-liyini göstərmək olar.2008–2009 sezonunda Mançester Yunaytedlə liqada 14 oyunda qapını toxunulmaz saxlanılmasında birbaşa iştirak edir və həmin sezonun ən yaxşı oyunçusu seçilir. O, həmçinin azarkeşlər və oyunçular arasında keçirilən ilin ən yaxşı oyunçusu müsabiqəsində də ilk pilləni tutur.2010–11 sezonun başlanğıcında isə klubun kapitanı seçilir. O kapitanlığı klubdan ayrıldığı 2013–14 sezonuna qədər davam etdirir.18 yanvar 2016 tarixində İnterlə müqaviləyə qarşılıqlı xitam verir. Sonrakı dövrlərdə MLSə keçmək barədə düşünsə də bu alınmır və 29 yanvar 2016-da karyerasını başa vurur.
Vidiç millidə debütünü İtaliya milli futbol komandasına qarşı UEFA Avro 2004-ün seçmə mərhrələ oyununda etmişdir. Vidic Serbiya və Montenegro milisinin məşhur 4-lüyünə daxil idi. O, Mladen Krstajic, İvica Dragutinovic və Goran Gavrancic ilə birgə seçmə mərhələ oyunlarında cəmi 1 qol buraxmış və bununla da yeni rekorda imza atmışlar. Vidic Bosniya və Herseqovina üzərində 1–0 hesablı qələbədə böyük rol oynamış, nəticədə də Serbiya mundiala yollanmağa haqq qazanmışdır. Həmin oyunda Vidic sona 5 dəqiqə qalmış qırmızı vərəqə alır. Bu səbəbdən də Niderland komandası ilə mundialın açılış oyununu buraxmalı olmuşdur.12 iyun 2006-da məşq zamanı zədələnir və turnirin digər oyunlarında da çıxış edə bilmir. Dünya çempionatından sonra yalnız Serbiyanı təmsil etməyə başlayır.2010 Dünya seçmə mərhələsinin oyunlarında da davamlı iştirak edir, komandası isə qrupda Fransa və Rumunya kimi rəqibləri qabaqlayır və 1-ci olur. Onun komandası bu turnirdə də ən yaxşı müdafiəyə malik komanda kimi fərqlənir, lakin onlar yenə də Dünya çempionatında öz oyunlarını göstərə bilmirlər, nəticədə D qrupunda son yeri tuturlar.Almaniya oyununda Serbiya 1–0 ömdə ikən Vidic penaltiyə səbəb olur.Lukas Podolskinin zərbəsi isə qapıçı Vladimir Stoykovic tərəfindən uzaqlaşdırılır.11 oktyabr 2011 tarixində Slovenya ilə oyunda həlledici penaltini qaçırır. BU ona təsir edir, 24 oktyabr 2011-da azarkeşlərdən gələn alçaldıcı ifadələrə görə milli karyerasını yekunlaşdırır.
Valter Mazzarinin baş məşqçilikdən uzaqlaşdırılması və Roberto Mancinin komandaya gətirilməsindən sonra o, əsas heyətdə yerini itirir. Onun yerinə gənc Xuan Xesus və Andrea Ranokkia oynamağa başlayır.11 yanvar 2015-də isə Vidic son 2 ayda birinci dəfə heyətə düşür və 88-ci dəqiqədə İnterdə ilk qolunu vurur. Digər müdafiəçilərin zədələməsi və Vidicin performansı onu yenidən əsas heyətə qaytarır. Belə olduqda onun agenti İngiltərəyə ayıdacağı barədə spekulyasiyalar yaratmağa başlayır.18 yanvar 2016-da isə İnterlə müqaviləyə qarşılıqlı xitam verir.11 gün sonra isə karyerasını bitirdiyiyni elan edir.
17 iyul 2006 tarixində Belqrad Universiteti tələbəsi olan Ana İvanovic ilə ailə qurur. Luka, Petar və Stefan adında 3 oğlu var.
Klub | Sezon | Liqa | Kubok | Liqa Kuboku | Avropa | Digər | Ümumi | ||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Oyunlar | Qollar | Oyunlar | Qollar | Oyunlar | Qollar | Oyunlar | Qollar | Oyunlar | Qollar | Oyunlar | Qollar | ||
Srvena Zvezda FK | 2000–01 | 0 | 0 | 0 | 0 | — | 0 | 0 | — | 0 | 0 | ||
2001–02 | 22 | 2 | 5 | 0 | — | 2 | 0 | — | 29 | 2 | |||
2002–03 | 25 | 5 | 4 | 1 | — | 6 | 0 | — | 35 | 6 | |||
2003–04 | 20 | 5 | 5 | 0 | — | 6 | 3 | — | 31 | 8 | |||
Ümumi | 67 | 12 | 14 | 1 | — | 14 | 3 | — | 95 | 16 | |||
Spartak Subotiça FK (icarə) | 2000–01 | 27 | 6 | 0 | 0 | — | — | — | 27 | 6 | |||
Spartak Moskva | 2004 | 12 | 2 | 1 | 0 | — | 0 | 0 | — | 13 | 2 | ||
2005 | 27 | 2 | 1 | 0 | — | 0 | 0 | — | 28 | 2 | |||
Ümumi | 39 | 4 | 2 | 0 | — | 0 | 0 | — | 41 | 4 | |||
Mançester Yunayted | 2005–06 | 11 | 0 | 2 | 0 | 2 | 0 | 0 | 0 | 0 | 0 | 15 | 0 |
2006–07 | 25 | 3 | 5 | 0 | 0 | 0 | 8 | 1 | 0 | 0 | 38 | 4 | |
2007–08 | 32 | 1 | 3 | 0 | 0 | 0 | 9 | 0 | 1 | 0 | 45 | 1 | |
2008–09 | 34 | 4 | 4 | 0 | 4 | 0 | 9 | 1 | 4 | 2 | 55 | 7 | |
2009–10 | 24 | 1 | 0 | 0 | 2 | 0 | 7 | 0 | 0 | 0 | 33 | 1 | |
2010–11 | 35 | 5 | 2 | 0 | 0 | 0 | 9 | 0 | 1 | 0 | 47 | 5 | |
2011–12 | 6 | 0 | 0 | 0 | 1 | 0 | 2 | 0 | 1 | 0 | 10 | 0 | |
2012–13 | 22 | 1 | 2 | 0 | 0 | 0 | 2 | 0 | — | 23 | 1 | ||
2013–14 | 25 | 0 | 0 | 0 | 2 | 1 | 6 | 1 | 1 | 0 | 34 | 2 | |
Ümumi | 211 | 15 | 18 | 0 | 11 | 1 | 52 | 3 | 8 | 2 | 300 | 21 | |
İnter | 2014–15 | 23 | 1 | 0 | 0 | — | 5 | 0 | — | 28 | 1 | ||
2015–16 | 0 | 0 | 0 | 0 | — | — | — | 0 | 0 | ||||
Ümumi | 23 | 1 | 0 | 0 | — | 5 | 0 | — | 28 | 1 | |||
Ümumi Karyerası | 367 | 38 | 34 | 1 | 11 | 1 | 71 | 6 | 8 | 2 | 491 | 48 |