Nemeş Aqnes

Nemeş Aqnes (mac. Nemes Nagy Ágnes 3 yanvar 1922[1][2], Budapeşt[4]23 avqust 1991[1][3], Budapeşt[4]) — Macar şairəsi.

Nemeş Aqnes
mac. Nemes Nagy Ágnes
Doğum tarixi 3 yanvar 1922(1922-01-03)[1][2]
Doğum yeri
Vəfat tarixi 23 avqust 1991(1991-08-23)[1][3] (69 yaşında)
Vəfat yeri
Dəfn yeri
Təhsili
Fəaliyyəti şair, tərcüməçi, yazıçı, müəllimə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1922-ci ildə Kalvinist ailəsində anadan olmuşdur. 1944-cü ildə Budapeşt Universitetini bitirir. Burada macar və latın dillərini, sənət tarixini öyrənir. Müharibədən sonra Yeni Ay jurnalının ədəbi qrupuna (Maqda Sabo, Qeza Otlik və başqaları) aid idi. Yanosh Pilinski ilə dost olmuşdur. 1948-ci ildən sonra jurnal hakimiyyət tərəfindən bağlandıqdan sonra (yalnız 1986-cı ildə fəaliyyətə davam etdi), on il Nemeş Aqnes yalnız tərcümələri çap edir, pedaqoji bir jurnalda çalışır və məktəbdə ədəbiyyat öyrədirdi. 1944–1958-ci illərdə ədəbi tənqidçi və Dünya xalqları ədalətliləri mükafatının lauriyyatı Sale Balaj Lendel ilə evli olur.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Nemeş Aqnes obyektiv poeziyanın Eeliot xəttini inkişaf etdirir və duyğuların birbaşa dindarlığını ifadə edirdi. O, Qarasiy, Şelli, Vitmen Fernando Pessoa, Stefan Malarme, Rayner Mariya Rilke, Sen-Jon Persin şeirlərini, Pyer Kornel, Jan Rasin, Jan Kokto, Bertolt Brext, Fridrix Dürrenmattın dramlarını tərcümə etmişdir.

Şairənin mirası kiçik, lakin son dərəcə əhəmiyyətlidir. Ən böyük milli mükafatlara layiq görülmüşdür: Ferens Baumqarten (1946), Attila Jozef (1969), Layoş Koşut (1983). Şeir və əsərləri ingilis, alman, fransız, ispan, italyan və digər dillərə tərcümə edilmişdir.

Sənət əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Kettős világban/ İkiləşmiş dünyada (1946)
  • Szárazvillám/ Zarnisa (1957)
  • Vándorévek/ Səyahər illəri (1964, tərcümə)
  • Napforduló/ Gündönümü (1967)
  • A lovak és az angyalok/ Atlar və mələklər (1969)
  • Éjszakai tölgyfa/ Gecə palıdı (1979)
  • Egy pályaudvar átalakítása/ Dəmir yolu stansiyasının yenidən qurulması (1980)
  • Között/ Aralıqda (1981)
  • A Föld emlékei/ Torpaq yaddan çıxartmır (1986)
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 The Fine Art Archive. 2003.
  3. 1 2 Nemes Ágnes (1922 - 1991 ) // The Righteous Among the Nations Database (ing.).
  4. 1 2 3 4 Deutsche Nationalbibliothek Record #119434113 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.