Nemo Mettler (alm. Nemo Mettler; 3 avqust 1999, Bil[2]) — daha çox Nemo mononimi ilə tanınan İsveçrə repçisi və müğənnisi. Nemo, skripka, pianino və barabanda ifa etməyi bacarır.[3] 2024-cü ildə Nemo, İsveçrəni Avroviziya Mahnı Müsabiqəsində "The Code" mahnısı ilə təmsil etmiş və qalib gəlmişdir.[4][5]
Nemo | |
---|---|
Nemo Mettler | |
| |
Ümumi məlumatlar | |
Doğum adı | Nemo Mettler |
Doğum tarixi | 3 avqust 1999 |
Doğum yeri | Bil, İsveçrə |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | repçi, ifaçı |
Fəaliyyət illəri | 2015-ci ildən |
Janrlar | hip-hop, pop |
Musiqi alətləri | vokal, skripka, pianino, baraban |
Səs tembri | bariton |
Albom şirkəti | Bakara Music[1] |
nemothings.com | |
Vikianbarda əlaqəli mediafayllar |
2015-ci ildə Nemo tərəfindən çıxarılmış "Clownfisch" mahnısı İsveçrə hit-paradlarında 95-ci yerə kimi yüksəlmişdir. İfaçının 2017-ci ildə çıxardığı "Du" adlı sinql İsveç hit-paradlarında 4-cü yerə kimi yüksəlmişdir.[6] "ProSieben" telekanalında yayımlanan "The Masked Singer Switzerland" musiqi şousunun 2021/2022-ci illərdə efirə çıxmış ikinci mövsümündə, Nemo, beşinci yeri tutmuşdur.
29 fevral 2024-cü ildə İsveçin 2024 Avroviziya Mahnı Müsabiqəsində Nemo tərəfindən "The Code" mahnısı ilə təmsil olunacağı elan edilmişdir. 9 may 2024-cü ildə Nemo müsabiqənin ikinci yarımfinalında çıxış etmiş və finala vəsiqə qazanmışdır.[7] 11 may 2024-cü ildə Nemo 591 səslə 2024 Avroviziya Mahnı Müsabiqəsinin qalibi olmuşdur.[8]
2023-cü ilin noyabrında, Nemo, qeyri-binar kimi kaminq-aut etmişdir. Həmin məqalədə, Nemo həmçinin bildirmişdir ki, onlara müraciət zamanı əvəzliklər yerinə adından istifadə olunmasına üstünlük verir[9], ingilis dilində dialoq zamanı isə onlar şəklində müraciət olunmasına üstünlük verir.[10]
Başlıq | Detallar | Hit-paradda mövqeyi |
---|---|---|
SWI [6] | ||
Clownfisch |
|
95 |
Momänt-Kids |
|
— |
Fundbüro |
|
— |
Whatever Feels Right |
|
— |
Başlıq | İl | Hit-paradda mövqeyi | Albom və ya EP | |
---|---|---|---|---|
SWI [6] |
LTU [15] | |||
"Himalaya" | 2016 | 27 | — | Momänt-Kids |
"Style" (Mark Amaşer ilə) |
2017 | — | — | albomsuz sinql |
"Du" | 4 | — | Fundbüro | |
"Usserirdisch" | 64 | — | ||
"Crush uf di" | 2018 | 77 | — | albomsuz sinql |
"5i uf de Uhr" | 2019 | 31 | — | |
"365" | — | — | ||
"Girl us mire City" | — | — | ||
"Dance With Me" | 2020 | — | — | |
"Video Games" | — | — | ||
"Hailey" (Chelan ilə) |
2021 | — | — | Orange & Blue |
"Certified Pop Queen" | — | — | albomsuz sinql | |
"Chleiderchäschtli" (KT Gorique ilə) |
— | — | ||
"Lonely Af" | 2022 | — | — | Whatever Feels Right |
"Own Sh¡t" | — | — | ||
"F*ck Love" (with Anthony de la Torre) |
— | — | ||
"Be like You" | — | — | ||
"This Body" | 2023 | — | — | albomsuz sinql |
"Falling Again" | 2024 | — | — | |
"The Code" | 22 | 45 |
Başlıq | İl | Albom və ya EP |
---|---|---|
"Sheriff" (Visu mahnısı Nemo iştirakı ilə) |
2016 | Sex & Röschti |
"Singer" (Dodo mahnısı Nemo iştirakı ilə) |
2017 | Pfingstweid |
"Legend" (Stress mahnısı Nemo iştirakı ilə) |
2019 | Sincèrement |
Başlıq | İl | Hit-paradda mövqeyi | Albom və ya EP |
---|---|---|---|
SWI [6] | |||
"Ke bock" | 2017 | 31 | Momänt-Kids |
"Kunstwärch" | 90 | Fundbüro |