Nemofila (lat. Nemophila) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinə aid bitki cinsi.
Nemofila | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Nemofila |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Nemofila-yunancadan tərcümədə "sevməyən" deməkdir. Nemofilnın bəzi növləri kölgəli yerlərdə bitir və günəş işığını sevmir. Məlum 11 növdən gülçülükdə ikisindən istifadə olunur. Nemofila menzisin (N.menziesii) vətəni Kaliforniyanın dağlarıdır. Gülçülükdə 1833-cü ildən istifadə olunur. Bu qollu-budaqlı, sallaq yarpaqlı və gövdəli, yarpaqların qoltuğunda yerləşən mavi, göy, bənövşəyi ya da ağ rəngli tək-tək çiçəkləri olan bitkidir. Xallı nemofilanın (N.maculata) vətəni Kaliforniyadır. Əvvəlki növdən fərqli olaraq xallı nemofilanın çiçəkləri ağ rəngdədir, ləçəklərin uclarında isə bənövşəyi xalları vardır. Bitki 1848-ci ildən yütişdirilir. Nemofila toxumları torpağa əkilməklə çoxaldılır. Nemofilanın ilk cücərtilərini 15 sm məsafə saxlamaqla bir-birindən aralı seyrəltmək lazımdır. Nemofiladan çəpərlərin salınmasında və qruplar yaratmaq üçün istifadə edirlər.