Neokeynsçilik — keynsçilikin müharibədən sonrakı dövrdə inkişaf şəraitində bazar təsərüffatın dövlət tənzimləməsi konsepsiyasını əsaslandıran modifikasiya.
Neokeynsçilik 1950-ci illərin birinci yarısında qərarlaşmış və 1970-ci illərin axırlarına qədər Qərbin inkişaf etmiş ölkələrinin iqtisadi siyasətinin əsas konsepsiyalarının biri kimi mövcud olmuşdur.
Neokeynsçiliyin ən tanınmış nümayəndələri R.Harrod, E.Hansen, Y.Domar, C.Robinson, N.Kaldor və başqalarıdır. Müharibədən sonrakı ilk onilliklərdə başlanmış elmi-texniki inqilab (ETİ) və həmin dövrdə təsərüfatın inkişafında sanballı dinamizm nümayiş etdirən sosialist ölkələri ilə kəskin rəqabət şəraitində Qərbin inkişaf etmiş ölkələrinin iqtisadi siyasətində davamlı iqtisadi artımın təmini vəzifəsi ön plana keçmişdir. Lakin Keynsin nəzəriyyəsi bütövlükdə iqtisadiyyata qısamüddətli iqtisadi təhlil çərçivəsində statik yanaşma ilə fərqlənirdi. Bu yanaşmada əsasmakroiqtisadi parametrlər dəyişməz qalırdı. Neokeynsçilik isə əsas diqqəti iqtisadi dinamikaya və iqtisadi tsikl nəzəriyyəsinə yönəlirdi.
Neokeynsçilik metodologiyası məcmu tələb, məcmu təklif, yığımlar, investisiyalar, milli gəlir və milli iqtisadiyyatın fəaliyyətinin əsas keyfiyyət asılılıqlarını fərqləndirməyə imkan verən başqa məcmu xalq təsərüfatı kəmiyyətlərindən istifadə edən, Keyns tərəfindən işlənib hazırlanan makroiqtisadi yanaşmaya əsaslanır. Lakin neokeynsçilik statik yanaşmanı tənqid etmiş və uzunmüddətli dinamika elementlərinə əsaslanmışdır.
1950-1960-cı illərdən ETİ ilə yanaşı neokeynsçilik də Qərbin inkişaf etmiş ölkələrinin iqtisadiyyatının demək olar ki, böhransız, davamlı inkişafının mühüm mənbəyinə çevrilmişdir. Lakin 1970-ci illərdə neokeynsçilik dərin böhran vəziyyətə düşdü və həmin onilliyin sonunda neokonservativ nəzəriyyələr tərəfindən sıxışdırıldı. Bu, ilk növbədə, artımın dövlət tərəfindən stimullaşdırılması barədə Keynsin reseptlərinin səmərəsinin tükənməsi ilə bağlı idi. Səmərəli tələbi idarə etmək cəhdləri iqtisadiyyatı durğunluq vəziyyətindən çıxarmır, yüksək inflasiyaya səbəb olurdu. Bu hadisə staqflyasiya adlanır.
Son onilliklərin «monetar inqilabı» şəraitində neokeynsçiliyin müstəqil sol təmayülü güclənmiş və postkeynsçilik adı almışdır (Robinson, Koldar, Sraffa və başqaları). Postkeynsçilik neoklassik ənənəni kəskin tənqid edir, bazar iqtisadiyyatında qeyri-müəyyənliyin, inhisarların qeyri-mükəmməl rəqabətinin və başqa amillərin rolunu vurğulayır, bölgü sferasını balanslaşdırmaq məqsədilə dövlət tərəfindən «gəlirlər siyasəti» yeridilməsinin zəruri olmasını israr edir. [1]
Neoklassik nəzəriyyə beynəlxalq ticarət haqqında klassik nəzəriyyə əsasında inkişaf etmişdir. Belə ki, onun tərkib ünsürlərindən biri D.Rikardonun beynəlxalq ticarət-də müqayisəli üstünlük prinsipidir. Ingiltərə iqtisadiyyatının klassiklərindən olan C.S.Mill bu prinsiplərə əsaslanaraq XIX əsrdə dünyada birinci dəfə ölkələr arasında kapitalın hərəkəti məsələlərini təhlil etməyə başlamışdır. O, D.Rikardodan sonra qeyd edirdi ki, ölkələr arasında kapitalın hərəkətinin səbəbi mənfəət normalarındakı müxtəliflikdir. XIX əsrin axırları, XX əsrin əvvəllərində yaşamış ingilis iqtisadçıları C.A.Hobson və C.Keyns, J.B.Seyin is-tehsal amilləri haqqında konsepsiyasından istifadə edərək, onu beynəlxalq iqtisadi münasibətlərin (o cümlədən kapita-lın hərəkəti) üzərinə "keçirmişlər". C.Keyns beynəlxalq tica-rətlə istehsal amillərinin hərəkətinin alternativliyi haqqında sübutsuz müddəanı formalaşdırmışdır. Bu, o deməkdir ki, müəyyən şəraitdə istehsal amillərinin miqrasiyası beynəlxalq ticarəti əvəz edə bilər. Bu isə həmin nəzəriyyənin tərəfdar-larının marjinalizmin baniləri K. Mengerin, U. Cevonsun, Y. Bem-Baverkin əsərlərində işlənib hazırlanmış istehsal amillərinin son məhsuldarlığı məsələlərinə olan marağının səbəbini araşdırmağa əsas verir.[2]
Kapitalın beynəlxalq miqyasda hərəkətinə dair neo-klassik nəzəriyyə son olaraq XX əsrin ilk onilliklərində E. Xekşer və B. Olin, R. Nurkse və K. Iversen tərəfindən bir sıra müddəalarla zənginləşdirilmişdir. Belə ki, E. Xekşer son faydalılıq nəzəriyyəsinə özünün konsepsiyası çərçivəsində istehsal amilləri qiymətlərinin beynəlxalq miqyasda taraz-laşması meylləri haqqında tezisi formalaşdırmışdır. Bu meyllər özünə istər beynəlxalq ticarət, istərsə də istehsal amillərinin beynəlxalq miqyasda hərəkəti vasitəsilə yol açır.
B.Olin özünün beynəlxalq ticarət konsepsiyasında göstərirdi ki, istehsal amillərinin hərəkəti ayrı-ayrı ölkələrdə onlara olan tələbin müxtəlifliyi ilə əlaqədardır. Belə ki, istehsal amilləri adətən son məhsuldarlığı az olan yerlərdən məhsuldarlıq daha yüksək olan yerlərə doğru hərəkət edir. Kapital üçün son məhsuldarlıq isə birinci növbədə faiz dərəcəsi ilə müəyyən edilir. Lakin B.Olin bunlarla yanaşı, kapitalın beynəlxalq miqyasda hərəkətinə təsir göstərən digər məqamları da aşkara çıxarmışdır. Bunlara gömrüklə əlaqədar maneələr, firmaların kapital qoyuluşunu genişləndirməyə cəhd göstərmələri, ölkələr arasında siyasi ixtilaflar və s. misal ola bilər.
R. Nurkse kapitalın beynəlxalq miqyasda hərəkətinə dair müxtəlif modellər yaratmış və belə bir nəticəyə gəlmişdir ki, əmtəə ixracının sürətlə artdığı ölkələrdə kapitala olan tələb də artır. Bu isə kapitalın idxal olunmasını zəruri edir. Əksinə, əmtəə ixracı azaldıqda kapitala olan tələb və onun idxalı da azalır.[2]
K.İversen də neoklassik nəzəriyyəni bir sıra yeni müddəalarla zənginləşdirmişdir. Belə ki, o, kapitalın beynəl-xalq miqyasdaki hərəkətini iki yerə bölmüşdür. Bunlardan birini real, digərini isə tarazlaşdırıcı, yəni tədiyə balansını tənzimləmək üçün lazım olan kapital adlandırmışdır. O. həmçinin göstərmişdir ki, kapitalın müxtəlif növləri beynəlxalq miqyasda müxtəlif sürətlə hərəkət etmək qabiliyyətinə malikdir və eyni bir ölkənin, kapitalı həm ixrac, həm də idxal etməsi məhz bununla əlaqədardır.
Neokeynsçilik nəzəriyyəsində əsas diqqət kapitalın hərəkəti ilə ölkənin tədiyə balansı arasındakı əlaqəyə yönəldilir. C.Keynsin özü kapitalın hərəkətini ayrı-ayrı ölkə-lərin tədiyə balansınadıkı qeyri-bərabərliklə əlaqələndirirdi. O, B.Olinlə mübahisədə qeyd edirdi ki, kapital ixracı o vaxt həyata keçirilir ki, əmtəə və xidmətlərin ixracı onların idxalından çox olsun. Bu qayda pozulduqda isə dövlətin işə qarışmasına ehtiyac duyulur.
R. Xarrod özünün "Iqtisadi dinamika" modelində göstərirdi ki, kapital ilə zəngin olan ölkədə iqtisadi artım sürəti nə qədər aşağı olursa, kapital ixracına meyl də bir o qədər güclü olur. Y.Domar qeyd edirdi ki, kapital ona görə ixrac edilir ki, xaricdə qoyulan investisiyalara görə əldə edi-lən gəlirin artım sürəti, ölkə daxilində qoyulan investisi-yalara görə əldə edilən gəlirin artım sürətindən yüksək olur. Neokeynsçilik nəzəriyyəsi bazar iqtisadiyyatının yüksək dərəcədə inkişaf etdiyi ölkələrin Afrika, Asiya və Latın Amerikası ölkələrinin inkişafına yardım etmələrinə dair yeritdikləri siyasətin əsaslarından biri olmuşdur.[2]
Kapital ixracı ilə əlaqədar marksist nəzəriyyə də diqqəti cəlb edir. K.Marks ölkədən kapital ixracını onun artıqlığı ilə izah edirdi. O da klassiklər kimi kapital artıqlığı dedikdə ölkə daxilində tətbiq olunduqda mənfəət norma-sının aşağı düşməsinə gətirib çıxaran kapitalı nəzərdə tutur-du. K.Marksın fikrincə kapital artıqlığı üç formada – əmtəə, məhsuldar (artıq istehsal gücləri və iş qüvvəsi) və pul formasında – olur. Əmtəə və pul formasında olan bu artıq kapital (real və ya mümkün olan) xaricə göndərilir. Iqtisadi nəzəriyyədə transmilli korporasiyalara xüsu-si diqqət yetirilir. Bu, digər amillərlə yanaşı, həm də XX əsrin II yarısında onların çox sürətlə artması ilə əlaqədardır. Transmilli korporasiyalar əvvəlcə firmalar səviyyəsində, sonra isə müstəqil konsepsiya kimi öyrənilmişdir. Bunların əsasında amerika iqtisadçıları S. Xaymer, R.Kouza və R. Vernonun ideyaları durur. S. Xaymerin fikrincə firma xaric-də birbaşa investisiyaları həyata keçirdikdə yerli rəqiblərlə müqayisədə üstünlüyə malik olmalıdır. R. Kouzanın ideya-sının mahiyyəti ondan ibarətdir ki, iri korporasiyanın daxi-lində spesifik bazar olmalıdır. R. Vernon isə özünün məhsu-lun həyat dövrü konsepsiyasında transmilli korporasiya fenomenini – birinci növbədə milli inhisarların xarici rəqiblərinə xəbərdarlıq zərbəsi endirmələrinə cəhd göstərmələri ideyasını irəli sürmüşdür.
Transmilli korporasiyaların başlıca cəhətləri onların xaricdə əmtəə və xidmətlərin istehsalı ilə məşğul olmaları, yəni birbaşa investisiya qoymalarıdır.[2]