Nephila clavata həmçinin coro hörümçəyi (ジョロウグモ(女郎蜘蛛、上臈蜘蛛)Coro-qomo olaraq da bilinir, qızıl orb-tor hörümçəyi cinsinin bir növüdür. Bu hörümçəyə Yaponiyada, Hokkaydo istisna olmaqala, Koreyada Tayvan və Çində rast gəlinir. Dişi Nephilanın böyük ölçüsü, həmçinin əlvan rəngi və parlaqlığı səbəbi ilə Yaponiyada "lütüfkar" olaraq qəbul olunur. Son vaxtlar elm adamları Şimali Amerikada N.clavatanın bilinən ilk meydana çıxışını doğruladılar.[2]
Nephila clavata | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Dəstə: ???: Nephila clavata |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Nephilalar qışı yumurtada keçirir yayda isə yumurtadan çıxıb səpələnməyə başlarlar. Dişisinin bədəninin ölçüsü 17-25 mm, erkəyininki isə 7-10 mm-dir. Dişi Nephilanın torunun genişliyi bir metrə çata bilir; sarı ip parçası günəş şuaları səbəbi ilə qızıl rəngində görünür. Torun eninə kəsiyindən görünən hissəsinin strukturu orb toruna görə qeyri-adidir; onun 3 təbəqəsi var: mərkəzi orb və iki nizamsız qat, orbun önü və arxa tərəfində. Yetgin dişi fərdlərin qarnının arxasına doğru sarı, tünd göy və qırmızı çizgiləri vardır. Payızda dişinin torunda cütləşəmk üçün erkək(lər) görülə bilir. Cütləşmədən sonra dişi ağaca bir yumurta torbası hörər və bu torbaya 400-1500 yumurta buraxar. Həyat skli payızın sonu və ya qışın əvvəlində bitir.
Tədqiqatçılar Masao Nakaqakinin başçılığı altında Şinşu Universitetində ipəkqurdunun yumurtalarına Nephila clavatanın genlərini yeridərək ənənəvi ipəkdən daha güclü, daha yumuşaq və daha dəvamlı bir iplik yaratmağı başardılar.[3][4]
Coroqumo Yapon folklorunda əvsanəvi məxluqdur. Corogumo öz görünüşünü gözəl bir qadına çevirə bilən bir hörümçəkdir. O yoldan çıxarmağa kişi axtarır sonra onu ipəyinə sarır və yeyir.