Neqara məscidi — Kuala-Lumpurda yerləşən Malayziyanın milli məscidi. Məscidin tutumu 15000 nəfərdir və 53,000 m² sahəni əhatə edən bağların arasında yerləşir. Orijinal struktur İctimai İşlər Nazirliyindən üç nəfərdən ibarət komanda tərəfindən hazırlanıb: Böyük Britaniyalı Hovard Eşli, Malayziyalı Hişam Albakri və Baharuddin Kassim. Məscid 1965-ci ildə keçmiş kilsənin yerində inşa edilib. Məscid hal-hazırda islam ölkəsi olan Malayziyanın mühüm rəmzi sayılır.
İslam | |
Neqara məscidi | |
---|---|
malay Masjid Negara | |
Din | |
Statusu | Malayziyanın milli məscidi |
Yerləşməsi | |
Ölkə | Malayziya |
Şəhər | Kuala-Lumpur |
Memarlıq | |
İnşa tarixi | 1963 – 1965 |
Memarı |
Hovard Eşli Hişam Albakri Baharuddin Kassim |
Üslubu | Müasir memarlıq[d] |
Minarələrin sayı | 1 |
Minarələrin hündürlüyü | 73 metr |
Tutumu | 15,000 nəfər |
Materialı | beton |
Vəziyyəti | fəaliyyət göstərir |
|
|
Saytı | |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Məscidin layihələndirilməsi prosesi Hindistan, Pakistan, İran, Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və İspaniyada yerləşən məscidlərdən ilhamlanaraq təxminən üç il vaxt aparıb. Məscidin əsas xüsusiyyətləri qatlanmış çətirə oxaşayan 73 metr hündürlüyündə minarənin və açılmış çətirə oxşayan 16 itiuclu ulduz formalı beton günbəzlərin olmasıdır. Əsas ibadət zalında günbəzin unikal dizaynı nəhəng açılmış çətir altında dayanan təəssüratını yaradır. Dam örtüyünün tam ortasında İstanbuldakı Sultan Əhməd camisindən ilhamlanaraq[1] alüminium üzərinə Quran ayələri həkk olunur.
Malayziya 31 Avqust 1957 Britaniya hökumətindən öz dövlət müstəqilliyini əldə etdi. İqtisadiyyat, sosial və memarlıq sahələrində böyük inkişaf proqramları fəal şəkildə yeni hökumətin xətti ilə həyata keçirilib. Bu inkişaf proqramları yeni mütərəqqi mədəniyyəti və qazanılmış demokratiyanı təsvir etmək üçün idi. Ona görə də, 30 iyul 1957-ci ildə Federal İcraedici Şuranın iclasında ölkənin müstəqilliyinin rəmzi kimi milli məscid tikmək ideyası müzakirəyə çıxarıldı. 5 mart 1958-ci ildə keçirilmiş digər bir iclasda Malaya Federasiyasının 11 ştatının Baş Nazirləri ölkənin müstəqilliyinin tanınmasında xidmətləri olan Tunku Əbdül Rəhmanın şərəfinə məscidin adını Tunku Əbdül Rəhman Əl-Həc Putra qoyulmasını təklif etdilər. Lakin, Tunku Əbdül Rəhman bu şərəfdən imtina etdi və qan tökülmədən ölkənin sülh şəraitində müstəqilliyi üçün təşəkkür əlaməti olaraq, o məscidi Neqara adlandırdı.[2]
Məscid 1987-ci ildə əsaslı təmir olunub və çəhrayı beton dam örtüyü yaşıl və göy rəngli kirəmitlərlə əvəzlənib. Yeraltı keçid dəmiryol stansiyasının yaxınlığında yerləşən məscidə gətirib çıxarır. Məscidin öz unikal dizaynı müasir ənənəvi islam incəsənət xəttatlıq və ornamentlərinin müasir ifadəsini özündə təcəssüm etdirir . Məscidin yaxınlığnda bir neçə Malayziyalı siyasətçi və liderin dəfn olunduğu Makam Pahlavan[ing.] (Qəhrəmanlar Mavzoleyi) yerləşir. Makam Pahlavan 7 itiuclu ulduz formalı dam örtüyü strukturuna malikdir.[3]