Adi oleandr (lat. Nerium oleander) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin oleandr cinsinə aid bitki növü.
Adi oleandr | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Adi oleandr |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Oleandrın vətəni — qərbdə Mərakeş və Portuqaliyadan şərqdə cənubi Çinə qədər quru və yarımquru subtropiklərin geniş zolağıdır. Təbii halda Aralıq dənizi sahili ölkələrində, Yaponiyada və Hindistanda yayılan 3 növü məlumdur.
Hündürlüyü 6 m olan həmişəyaşıl kol və ya kiçik ağacdır. Budaqlanan gövdələri qonur rəngli, yumru qabıqlarla örtülmüşdür. Yarpaqlarının uzunluğu 12 sm olub, neştərvari formalı, bozumtul-yaşıl rənglidir, üzbəüz və ya dəstələrdə 3-4 ədəd lansetvari və ya xətvari, kənarları bütöv və ya oyuqlu, qısa saplaqda, çılpaq, dərili, açıq orta damarcıqlıdır. Çiçəkləri parlaq, iri, beşləçəkli, qalxanvari çiçək qruplarında yerləşmişdir. Yayda çiçəkləyir. Əsasən toxumla, qələmlə, pöhrələrlə çoxaldılır.
İşıqsevən, tezboyatan, suya həssas, torpağa az tələbkardır. Bitki quraqlığa davamlı, istisevəndir.
Azərbaycan florasında adi oleandr növü mədəni şəraitdə becərilir. Mərkəzi Nəbatat Bağının kolleksiya sahəsində mövcuddur.
Dekorativ bitki kimi yaşıllaşdırmada istifadə edilir.Çiçəkləyəndə dekorativ görünür. Yarpaqlarının şirəsi zəhərlidir, yarpaqlardan alınan neriolin və kornerin preparatları ürək-damar sistemi xəstəliklərinin müalicəsində istifadə olunur.