Ness gölü

Lox Ness (ing. Loch Ness, şot.kelt Loch Nis) — Şotlandiyanın sahəsinə görə ikinci ən böyük gölü. Şirin sulu olan bu göl su həcminə görə ölkədə birincidir.

Lox Ness
ing. Loch Ness, şot.kelt Loch Nis
Lox Ness gölünün şərq sahili
Lox Ness gölünün şərq sahili
Ümumi məlumatlar
Mütləq hündürlüyü 15,8 m
Eni 1,5 km
Uzunluğu
  • 39 km
Sahəsi 56 km²
Həcmi 7,5 km³
Su tutumu 1775 km²
Dərin yeri 226,96 m
Orta dərinliyi 132 m
Minerallaşma tipi şirin
Yerləşməsi
57°18′ şm. e. 4°27′ q. u.
Ölkə  Böyük Britaniya
Region
Lox Ness xəritədə
Lox Ness
Lox Ness
Lox Ness (Böyük Britaniya)
Lox Ness
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi xarakteriska

[redaktə | mənbəni redaktə et]

Göl Qreyt Qlen yüksəkliyində yerləşib. İndiyə qədər bütün dünyanın geoloqları Qreyt Qlenin tektonik quruluşu haqqında mübahisə edirlər. Göl üzərində olan böyük dalğalara, köpüklərə, tez-tez təkrar olunan zəlzələlər təsir edir. Buzlaq mənşəli olan bu gölün şəffaflığı o qədərdə yüksək deyil. Səbəb torf ehtiyatının yüksək konsentrasiyasıdır. Gölün kənarında Urkxart qəsəbəsi və qəsri yerləşir.[1] Lox Ness gölü hal hazırda Kaledon kanalının bir hissəsidir. Kanalın tikintisi zamanı gölün səviyyəsi 3 m. qaldırılmış.Səbəb kanalda olan ümumi hərəkəti asanlaşdırmaq olub.[2] Uzunluğu 37 km olan göldə bir təbii ada olsa da, çoxlu sünü adalar var. Bu adalar əslində krannoqlardı. Krannoqlar tarixən insanların yaşayış yerilər olmuş.

Fauna və flora

[redaktə | mənbəni redaktə et]

Böyük Britaniyanın ən zəngin fauna və florasına malik olan bu göldə Qızılbalıqlar, İlan balığı, Kumja, Durnabalığı və s geniş yayılmışdır. Göl ətrafında palıd, göyrüş, adi fındıqşam ağacı bitkiləri üstünlük təşkil edir. Gölün ətrafındakı heyranedici mənzərələr istənilən turisti heyran qoya bilər.

Lox Ness əjdahası

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Ness gölü bədheybəti

Göl təkcə öz gözəlliyi ilə məşhur deyil. Lox Ness gölü dünyanın ən sirli yerlərindən biri hesab olunur. Bu isə Lox Ness bədheybətinin – Nessinin sayəsindədir. Təəssüf ki, hələ heç bir mütəxəssis göl üzərində qurulmuş videokameralara baxmayaraq onun mövcudluğunu sübut edə bilməmişdir.

  1. "Озеро Лох-Несс". 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-03.
  2. "Ness, Loch". 2011-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-04.