Nişikava Tadahide

Nişikava Coken (西川 如見?, 1648[1], Hizen əyaləti[d], Saykaydo[d]1724[1])Edo dövrünün ortalarında yaşamış Yaponiya astronomu. Əsl adı Nişikava Tadahide olsa da,[2] Cirozaemon adı ilə də tanınmışdır.[3]

Nişikava Coken
yap. 西川如見
Doğum tarixi 1648[1]
Doğum yeri
Vəfat tarixi 1724[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nişikava Coken 1648-ci ildə Yaponiyanın Hizen əyalətində[a] doğulmuşdur.[2] Atası Naqasaki şəhərindən olan bir əyalət məmuru idi.[4] O, Kioto alimi Nambu Socudan konfusiçilik dərsləri, Kobayaşi Yoşinobudan isə astronomiya dərsləri almışdır.[2] 50 yaşında təqaüdə çıxmış və həyatının qalan hissəsini astronomiya ilə coğrafiyaya həsr etməyə qərar vermişdir.[4]

Müxtəlif sahələrə maraq göstərdiyi üçün 1719-cu ildə şoqun Tokuqava Yoşimune tərəfindən astronomiya və Qərb elmləri haqqında məsləhətlər vermək üçün dəvət olunmuşdur.[2] 1712-ci ildə yazdığı "Tenmon Qiron" (azərb. "Astronomiya prinsiplərinin müzakirəsi"‎) kitabında "iki cənnət"in fiziki və əxlaqi dualizmindən bəhs etmişdir.[4] 1714-cü ildə "Ryoqi Şusetsu" (azərb. "Ulduz və yer qlobusları haqqında materialların izahı"‎) əsərini yazmışdır.[4] Nişikava Çin klassiklərinə skeptik yanaşmış və Qərb metodlarının daha üstün olduğunu hesab etmişdir.[4] O, ənənəvi astrologiyanı tərk etsə də, Qərbin zodiak astrologiyasını rədd etmişdir.[4]

1719-cu ildə yazdığı "Çonin bukuro" (azərb. "Tacirin çantası"‎) əsərində təbəqələşmiş cəmiyyətdə tacirlərin yerinə yetirməli olduğu funksiyalardan bəhs etmişdir.[2] Xarici məsələlərdən bəhs edən "Kaytsuşoko" əsərinin müəllifi olmuşdur.[3]

Nişikavanın üçüncü oğlu Nişikava Masayoşi də astronom olmuş və 1740-cı ildə Astronomiya bürosuna qəbul edilmişdir.[4]

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VI cild (Niju–Saka). Tokio: Kodansha. 1983. səh. 17. ISBN 0-87011-626-6. İstifadə tarixi: 18 sentyabr 2022.
  • Biographical Encyclopedia of Astronomers (ingiliscə). Springer. 2007. səh. 837-838. ISBN 9780387304007. İstifadə tarixi: 20 sentyabr 2022.
  • The Japan Biographical Encyclopedia & Who's Who (ingiliscə) (II). Tokio: Rengo Press. 1961. səh. 1057. İstifadə tarixi: 18 sentyabr 2022.