Nicat Qafur oğlu Mustafayev (Nicat Qafuroğlu) (15 iyun 1984, Kürdəmir, Azərbaycan SSR, SSRİ) — Azərbaycan kinorejissoru, ssenaristi və telejurnalisti.
Nicat Qafuroğlu | |
---|---|
Nicat Qafur oğlu Mustafayev | |
Doğum adı | Nicat Qafur oğlu Mustafayev |
Doğum tarixi | |
Doğum yeri | Kürdəmir, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti |
rejissor ssenarist telejurnalist |
Fəaliyyət illəri | 2002-ci ildən |
Təhsili | |
İstiqamət |
kino televiziya |
1984-cü ildə Azərbaycanın Kürdəmir rayonunda, ziyalı ailəsində anadan olub.[1] 2001-2005-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin psixologiya ixtisası üzrə bakalavr,[2] 2006-2008-ci illərdə isə magistr təhsili alıb.
2002-ci ildə bir qrup gənc jurnalistlə "Gənclər üçün" adlı qəzet təsis edib.[2] 2003-2005-ci illərdə "Ədalət" gündəlik ictimai-siyasi qəzetdə müxbir kimi fəaliyyət göstərib.[2]
2005-ci ildə müsabiqə yolu ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinin xəbərlər departamentində müxbir kimi fəaliyyətə başlayan Nicat Qafuroğlu, 2006-cı ildən redaktor, 2007-ci ildən böyük redaktor və xəbərlər proqramının aparıcısı kimi fəaliyyət göstərib.[1][2] "Gənclik meydanı" verilişinin müəllifi və aparıcı olub.
2010-cu ildə "Biz Production" MMC-ni təsis edib[1] və 2014-cü ilə qədər bu müəssisəyə rəhbərlik edib. 2010-2011-ci illərdə "Milli musiqilərin ekranlaşdırılması" layihəsini həyata keçirib. Layihə çərçivəsində unudulmaqda olan 16 aşıq musiqisi yenidən lentə alınıb və klip formatında ekranlaşdırlıb. Azərbaycanın xalq artisti Mələkxanım Əyyubovanın ifasında "Mən necə bağban olaram", muğam müsabiqəsinin qalibi Abgül Mirzəliyevin ifasında "Nar ağacı, nar çiçəyi" mahnılarına klip çəkib. 2011-2013-cü illərdə "Ultionis” tammetrajlı bədii filmini ekranlaşdırıb.[2] Rasim Balayev, Həmidə Ömərova, Sabir Məmmədov, Səidə Quliyeva və başqa görkəmli Azərbaycan aktyorlarının iştirakı ilə çəkilən filmin ssenari müəllifi və quruluşçu rejissorudur.
2014-2016-cı illərdə Azərbaycanın ilk xəbər televiziyası Türkel TV-nin baş redaktoru olub.[3][4] Həmçinin "Gündəm" gündəlik analitik-informasiya proqramının müəllif-aparıcısı olub. 100-lərlə araşdırma televiziya reportajının müəllifidir.
2016-2017-ci illərdə Aran Film Yaradıcılıq Mərkəzində rejissor kimi fəaliyyət göstərib.[5] 2018-ci ilin oktyabrında ARB 24 televiziyasının baş prodüseri vəzifəsinə təyin olunub.[6]
2011-ci ildə "Aranda bir gün" adlı sənədli ekran əsəri ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi turizm filmləri festivalında "Ən yaxşı etnoqrafik film" nominasiyasında qalib olub.[2][7]