Nigar Mahmudova

Nigar Mahmudova (12 dekabr 1981, Bakı) — azərbaycanlı jurnalist və diktor. "Xəzər Televiziyası"nda yayımlanan "Xəzər Xəbər" verilişinin diktoru.

Nigar Mahmudova
Nigar Tahir qızı Mahmudova
Azərbaycan Prezidenti İlham Əliyevlə görüş (10 yanvar 2023-cü il)
Azərbaycan Prezidenti İlham Əliyevlə görüş
(10 yanvar 2023-cü il)
Doğum tarixi 12 dekabr 1981(1981-12-12) (41 yaş)
Doğum yeri
Vətəndaşlığı
Həyat yoldaşı Zaur Şəfiyev (2009-2012)[1]
Atası Tahir Mahmudov
İxtisası Modelyer-dizayner
Təhsili
Fəaliyyəti jurnalist, diktor
Fəaliyyət illəri 2005-ci ildən

Həyatı[redaktə | mənbəni redaktə et]

Nigar Mahmudova 1981-ci il dekabrın 12-də Bakı şəhərində anadan olub. Atası əslən Gədəbəy rayonundan, anası isə Zaqatala rayonundandır. 1988–1998-ci illərdə Bakı şəhər 288 saylı tam orta məktəbdə təhsil alıb. Məktəb illərində həmçinin musiqi məktəbinin Fortepiano şöbəsində də təhsil alıb. Məktəbi bitirdikdən sonra, yəni 1999–2003-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Modelyer və rəssamlıq fakültəsində "modelyer-dizayner" ixtisası üzrə bakalavr təhsili alıb. Daha sonra 2003–2005-ci illərdə həmin akademiyada magistr təhsili də alıb.

Nigar Mahmudova 2009-cu ilin aprel ayında aktyor Zaur Şəfiyevlə ailə həyatı qurmuş, 2012-ci ildə isə boşanmışdır. Övladı yoxdur.[2]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Nigar Mahmudova jurnalist fəaliyyətinə "ANS TV"də başlayıb. O, burada çalışdığı müddət ərzində "Düz bucaq", "Xəbərçi", "Salam Azərbaycan" və "Səhər" verilişlərinin aparıcısı olub.

Nigar Mahmudova hazırda "Xəzər TV"də yayımlanan "Xəzər Xəzər" verilişinin diktorudur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Aparıcı Nigar Mahmudovanın həyat yoldaşı kimdir?". faktor.az. 2021-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 aprel 2018.
  2. "И НИЧЕГО, КРОМЕ ПРАВДЫ!". Блог Бахрама Багирзаде. 13 aprel 2017. 2021-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 aprel 2018.