Nikol Abe

Nikol Abe (安部 ニコル, Abe Nikoru?, 22 dekabr 1993, Filippin)[1]Yaponiya qyaru dəbi modeli.[2] "Ranzuki" (2008-2011) və "Happie Nuts" (2011-2016) kimi qyaru dəbi jurnalları üçün modellik etmişdir. Bir müddət "Ranzuki" jurnalına töhfələr verirdi.[3]

Nikol Abe
安部 ニコル
Doğum tarixi 22 dekabr 1993(1993-12-22) (29 yaş)
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyəti model[d], fotomodel[d]
Fəaliyyət illəri 2008-hazırda

İlk illəri[redaktə | mənbəni redaktə et]

Abe 22 dekabr 1993-cü ildə Filippində doğulmuşdur. Anası filippinli, atası yapondur.[4][5] Atası yapon olduğu üçün Yaponiya vətəndaşlığı əldə etmişdir. Beş yaşında ikən ailəsi ilə birlikdə Yaponiyaya köçmüşdür. Yaponiyaya gəlməzdən öncə yaponca bilmirdi. Yapon dilini öyrənərkən ingilistaqal dillərinin əsaslarını unutmuşdur. Abe Niiqata prefekturasında yerləşən bağçaya getmiş, daha sonra Qunma prefekturasında yerləşən ibtidai məktəbdə 2 il oxumuşdur. Dördüncü sinifə başlamazdan öncə Çiba prefekturasında yerləşən ibtidai məktəbə keçmişdir.[6]

Model karyerası[redaktə | mənbəni redaktə et]

Liseyin üçüncü sinifində təhsil alarkən "Ranzuki" jurnalına modellik etməyə başlamış[7] və ilk dəfə 2008-ci ilin iyun buraxılışında görünmüşdür.[8] Həmin dövrdə "Ranzuki" jurnalında görünən ən gənc model olmuşdur. Üç il yarım boyunca 16 nəşrdə iştirak etmiş və "Ranzuki" jurnalının ən çox görünən və ən çox təsir göstərən modeli olmuşdur.[9] 2011-ci ilin noyabrında jurnaldan ayrılaraq[1] daha populyar qyaru jurnalı olan "Happie Nuts" jurnalı üçün modellik etməyə başlamışdır. 2011-ci ilin dekabr buraxılışında isə debüt etmişdir. "Happie Nuts" jurnalının gənc kvini olmuşdur.[9]

Abe müxtəlif qyaru dəbi modelləri ilə birlikdə işləmişdir: Diamonds Puff, Lis Liza Doll, yukata brendi Koibana, rəngli linza brendi Candy Magic və s.[10]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "安部ニコル" ("Nicole Abe") Arxivləşdirilib 2019-03-30 at the Wayback Machine Model Press
  2. "人気モデル、“がちなスッピン”初公開「エクステもカラコンもしてない」" ("Popular model exposes her 'real without-makeup' at the first time : 'No exte, no color contact'") Arxivləşdirilib 2012-10-28 at the Wayback Machine, 25 May 2012, Model Press
  3. "人気モデル、ビキニで豊満美バスト披露 「おっぱい羨ましい」の声" ("Popular model shows off her voluptuous breasts, getting response of 'I'm jealous'") Arxivləşdirilib 2012-04-18 at the Wayback Machine, 15 March 2012, Model Press
  4. "コメ返し~質問編①~" Arxivləşdirilib 2010-08-19 at the Wayback Machine, 27 July 2010, Official blog, Ameba Blog
  5. "「Ranzuki」6月号、母の日特集にすず&ニコるんママが登場" ("Suzu & Nikorun's mom appear in the Mother's Day feature, 'Ranzuki' June issue'"), 27 April 2010, Model Press
  6. "ちびニコ♪" Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine, 12 December 2010, Official blog, Ameba Blog
  7. "元「Ranzuki」モデルが電撃移籍 モデルプレスへ独占コメント到着" ("Former 'Ranzuki' model makes a surprising move - Exclusive interview") Arxivləşdirilib 2014-10-10 at the Wayback Machine, 17 October 2011, Model Press
  8. "人気モデル、「Ranzuki」からの卒業を発表" ("Popular model announces her graduation from 'Ranzuki'") Arxivləşdirilib 2014-10-10 at the Wayback Machine, 23 August 2011, Livedoor News
  9. 1 2 "元「Ranzuki」モデルが電撃移籍 モデルプレスへ独占コメント到着" ("Former 'Ranzuki' model makes a surprising move - Exclusive interview") Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine, 17 October 2011, Ameba News
  10. "モデル詳細:安部ニコル" ("Model Details : Nicole Abe") Arxivləşdirilib 2011-06-25 at the Wayback Machine Radiant

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]